b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15555842585cb85502bc2d45.88908192_700x390.jpg

“Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.

İnterAz-ın APA-ya istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: “O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də “Yolunuz açıq olsun”, - dedim.  Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.

Ərdoğan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: “Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaq vəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.

Türkiyə prezidenti “Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına “Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, - şəklində cavab verib.

Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırıımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

19 Sentyabr 2019 Fuad Qəhrəmanlının qızı: "Atam qızının dizini, arvadının barmaqlarını sındırıb"
19 Sentyabr 2019 Hüseyn Abdullayevə cəza istənildi, təcili yardım çağırıldı
18 Sentyabr 2019 Deputatların pensiyası artırıldı
18 Sentyabr 2019 Elina faciəsində yeni şübhəli ad - O kimdir?
18 Sentyabr 2019 Bakıda helikopter qəzaya uğradı: Pilot ağır xəsarət alıb
17 Sentyabr 2019 Məhkəmə Koçaryanla bağlı qərar verdi
17 Sentyabr 2019 Elinanın məktəbi ilə bağlı Təhsil nazirindən - Qərar
16 Sentyabr 2019 Mixael Şumaxer xəstəxanadan buraxılıb
13 Sentyabr 2019 İlham Əliyev 208 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub - FOTO
13 Sentyabr 2019 DYP: Avtomobilinizdə bu olmasa 10 AZN cərimələnəcəksiz
12 Sentyabr 2019 Metronun daha bir stansiyası BAĞLANIR
12 Sentyabr 2019 Prezident təmir olunan məktəbdə
12 Sentyabr 2019 Bu şəxslərin də maaşları artırılır - Baş nazirdən qərar
11 Sentyabr 2019 Leyla Əliyeva Bakı bulvarında sərgidə - FOTO
11 Sentyabr 2019 Bu təhsil işçilərinin maaşı artırılır - QƏRAR
10 Sentyabr 2019 Yerevanda Moskva günü: Ermənistanda Rusiyaya belə nifrət edirlər - VİDEO
10 Sentyabr 2019 Sami Yusuf "Sığmazam"ı oxudu, rekord baxış topladı - VİDEO
09 Sentyabr 2019 Aşurada yürüşlərin keçirilməsinə imkan verilməyəcək - RƏSMİ
06 Sentyabr 2019 Vilayət Eyvazov bu şəxsləri rəis təyin etdi
05 Sentyabr 2019 AzTV-nin yeni veb-saytı yaradılıb