1555502690_1524487643tehsil.jpg
Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.
 
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan Missiya.Az-a verilən məlumata görə, nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. 
Bununla yanaşı, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqu cəlb edilməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması məktəb rəhbərliyinə tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb. 
 
Bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub. 
 
Təhsil naziri "Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib. 
 
20 May 2019 Əhaliyə ŞAD XƏBƏR: Prezidentdən 20 milyonluq sərəncam
20 May 2019 Nazir müavini: “Diqlas”dakı 460 sahibkarın problemi həll edilib”
20 May 2019 Rayon maşınlarının Bakıya girişi qadağan edilir
20 May 2019 Milli Qəhrəmanın adı orta məktəbə verildi
17 May 2019 Bakıda Arif Məlikova heykəl qoyulacaq - SƏRƏNCAM
17 May 2019 İlham Əliyev iki icra başçısını vəzifədən azad etdi
17 May 2019 “Günay Bank” "qara zolaqdan" niyə çıxa bilmir? - 100 milyonluq oğurluğun fəsadları
17 May 2019 "Arsenal" və "Çelsi" azarkeşləri düşmən deyil" - Azad Rəhimov
17 May 2019 Azərbaycan “Avroviziya”nın finalında - FOTO/VİDEO
16 May 2019 Bakı Meriyası mitinqinlə bağlı müraciətə cavab verdi
16 May 2019 “Emin 444”ün qətlinə görə dünya çempionu tutuldu - “78 bıçaq vurublar”
15 May 2019 Baş redaktordan Aslan İsmayılova “hodri, meydan” çağırışı. Gələcəkmi?
15 May 2019 "Eurovision 2019"un I yarımfilnalı baş tutdu - Finala keçən ölkələrin SİYAHISI - VİDEO
14 May 2019 Britaniya səfiri: "Mən britaniyalı azarkeşlərin burada isti qarşılanacaqlarına inanıram"
14 May 2019 Prezident İlham Əliyev Brüsseldə Belçika kralı ilə görüşüb - FOTO
13 May 2019 Azərbaycanda polislə silahlı atışma – 5 nəfər saxlanıldı
13 May 2019 Azərbaycanda yabanı halda bitən Dombalan göbələyi - Avropada 1 kilosu 200 avroya satılır - VİDEO
10 May 2019 “Sənədi dəyişə bilər, amma geni yox” - Anar Mədətov
10 May 2019 Bakıda IDEA İctimai Birliyinin "Şəhər ekologiyası" layihəsi həyata keçirilir - FOTO
10 May 2019 Bakıda öldürülən "Emil 444"ün qətlinin TƏFƏRRÜATI məlum oldu - VİDEO