Çinin Hubei əyalətinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən COVİD-19 virusunun dünyadan gizlədilməsinə və gec məlumat verilməsinə dair 117 səhifəlik gizli sənəd mətbuata sızıb.
Missiya.Az xəbər verir ki, CNN televiziyasının əldə etdiyi sənədlərə əsasən Çin höküməti dünyaya COVİD-19 virusu ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verib.
Qeyd edilir ki, sənədlərdə Çində səhiyyə sistemində çatışmazlıqların olduğuna diqqət çəkilir. Ölkədə epidemiyanın başladığı ilk dövrlərdə COVİD-19 virusuna yoluxmuş şəxslərin test nəticələrinin neqativ kimi çıxdığı barədə məlumatlar sənədlərdə öz əksini tapıb. Həmçinin sənədlərdə qeyd olunub ki, virus yayılmağa başladığı ilk vaxtlarda test cavabları səhv təqdim olunub. Məlumata görə, 2 dekabr 2019 cu ildə COVİD-19 epidemiyasının mərkəzi hesab olunan Uhan şəhərində 2032 qrip halı qeydə alınarkən, buradan 320 km qərbdə yerləşən Yichang şəhərində 6135 nəfərdə bu hal aşkarlanıb .
Bundan başqa, virus ilk yayılan zamanlar Çin hökumətinin əldə etdiyi həqiqi məlumatlarla ictimayyətə açıqladığı informasiyalar arasında çox sayda uyğunsuzluq olduğu aşkarlanıb.