İranda benzinin 2 dəfə bahalaşmasına etiraz məqsədi ilə təşkil edilən aksiyalar təhlükəli məcraya yönəlib.
Missiya.Az xəbər verir ki, aksiyalarda polislə toqquşmalar baş verib və gərginlik nəticəsində 25 nəfər etirazçı ölüb, 40 nəfər isə həbs edilib.
Ölkənin Yezd və Tehran şəhərlərində aksiyalar daha gərgin formada keçir.
ABŞ-ın aksiyalarla dəstək açıqlaması fonunda İran hökuməti etirazçılara xəbərdarlıq edib. Hökumətin rəsmi açıqlamasında aksiyaların dayandırılması tələb edilir.
Ölkə rəhbərliyi gözlənilmədən benzin satışını məhdudlaşdırıb. Məktəblərdə dərslər dayandırılıb. Məlumata görə, Tehran, Kirmanşah, Hürrəmabad, Ahvaz, Şiraz, Yəzd, Məşhəd, İsfahan, Kərəc, Təbriz, Bəhbəhan, Kaimşəhr, Kazrun, İslamşəhr və Şəhriyan şəhərlərində etirazlar kütləvi xarakter daşıyır. Müxtəlif şəhərlərdə bank binaları və dövlət obyektləri yandırılıb.
Vəziyyətin gərginləşdiyi bir vaxtda İran parlamenti növbədənkənar iclas keçirəcək. İclasda Həsən Ruhani də iştirak edəcək. 

Missiya.Az