b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dasdasdasd.jpg

“Bizim fikrimizcə, Bəyanatın müddəaları uğurla həyata keçirilir və bu, həm Azərbaycan tərəfin, həm də Ermənistan tərəfin çoxillik münaqişəyə son qoymağa və siyasi nizamlama mərhələsinə çıxmağa hazır olduğunu bir daha nümayiş etdirir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev noyabrın 21-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Mən keçən dəfə Dağlıq Qarabağ münaqişəsinə dair bizim mövqeyimiz barədə sizə danışmışdım. Siz ölkəmizə avqustun axırında gəlmişdiniz. O vaxt həm iyul ayında, həm də avqust ayında Azərbaycana qarşı hərbi təxribat, silahlı təxribat üçün iki dəfə cəhd göstərilmişdi. Onlardan birincisi iyul ayında, sərhədin Tovuz rayonu hissəsində, digəri avqust ayında Ermənistan silahlı qüvvələrinin təxribat qrupu təmas xəttindən ölkəmizə soxulmağa cəhd göstərmiş və həmin qrupun rəhbəri saxlanılmışdı. Onun ifadələri məhz silahlı təxribat təşkil etmək niyyətində olduqlarını sübut edirdi. Bu siyasət davam etdi və onunla bitdi ki, sentyabrın axırlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə bizim yaşayış məntəqələrinə hücum etdilər və biz onlara layiqli cavab verməli olduq. Sonra nələr baş verdiyini biz hamımız yaxşı bilirik.

Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim”.


03 Dekabr 2020 Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım etdi
03 Dekabr 2020 Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır
03 Dekabr 2020 Dünyada COVİD-19-a yoluxanların sayı durmadan artır STATİSTİKA
03 Dekabr 2020 "Yaralı əsgərimizi görəndə şok yaşadıq" - Həkim Məhəmməd Davudov - Müsahibə
02 Dekabr 2020 Ermənilər Paşinyanı istefaya göndərmək üçün bu yola əl atdılar
02 Dekabr 2020 Dünyada “COVID-19”a yoluxanların sayı 64 milyonu ötdü
01 Dekabr 2020 İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
01 Dekabr 2020 Qələbə paradının vaxtı və yeri açıqlandı
30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi
27 Noyabr 2020 Sabah hava yağışlı olacaq
27 Noyabr 2020 İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama