b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dsfdfddfdfdf.JPG

"Cənab İlham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!"

Bu sözləri Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatının sədri Namiq Muradov deyib. 

Namiq Muradov, 27 sentyabrdan bəri Azərbaycan ictimaiyyətinin yüksək birlik nümayiş etdirdiyini,  xalqımızın hər bir nümayəndəsinin həmrəylik və vətənpərvərlik duyğuları ilə  Prezident İlham Əliyevin rəhbərliyi altında ard-arda gələn qələbə müjdələrindən daha da ruhlandığını bildirib. 

Gənclər təşkilatının sədri onu da qeyd etdi ki, Azərbaycan xalqı otuz ildir torpaqlarının sülh yolu ilə qaytarılmasını səbrlə gözləsə də, dünya ictimai rəyininin ikili standartları buna imkan verməyib. Azərbaycan xalqını aşağılamaq məqsədi güdən  Ermənistanın baş naziri Paşinyan Şuşada rəqs edib, Qarabağ Ermənistandır və nöqtə deməklə, bütün beynəlxalq hüququn və norma və prinsiplərini taptalamış oldu. Beynəlxalq  təşkilatlar məhz onların qərarı və iradəsinə zidd olan bu təxribatçı hərəkətə yenə də göz yumdular. Bu haqsızlığa qarşı heç bir tədbir görməyib, susmağı üstün tutdular. Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 27 sentyabrdan sonra bütün xalqımız birləşərək haqq işimiz üçün mübarizə aparır. Döyüşlərdə rəşadətli ordumuzun göstərdiyi şücaət nəticəsində, indi düşmənin heç bir gücü qalmayıb. Azərbaycan ordusunun bu gün istifadə etdiyi silahlar 5-ci nəsil silah yeni bir dövr açdı və bütün erməni təəssübkeşlərinə dərs verdi: Torpaqlarımızın son qarışı işğaldan azad olunana qədər ədalətli mübarizəmizdən əsla vaz keçməyəcəyik.

Hazırda doğma qardaşının da ön cəbhədə könüllü olaraq Vətənin müdafiəsində iştirak etdiyini deyən Namiq Muradov, başda Ali Baş Komandan olmaqla, bütün Azərbaycan ordusuna əzmkarlıq və qələbə arzuladı. İstər döyüş meydanında, istərsə də informasiya müharibəsində bütün dünya azərbaycanlılarının, habelə, vətənsevər  Azərbaycan gənclərinin sıx birləşdiklərini və hər birinin bir əsgər kimi döyüşə atıldıqlarını vurğuladı.Bu çətin anlarda dost və düşmənin daha aydın tanındığını bildirən təşkilat sədri, bu baxımdan Türkiyə gənclərinin göstərdikləri mənəvi dəstəyin əvəzsiz olduğunu qeyd edib, qardaş Türkiyə gənclərinə salam və minnətdarlığını çatdırdı.Cənab İlham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir! Tanrı liderimizi və ordumuzu qorusun! deyə – Namiq Muradov fikrini yekunlaşdırıb.



04 Dekabr 2020 Bu gün Türkiyədə 90 min məsciddə şəhidlərimiz yad edilir
04 Dekabr 2020 Səfir: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”
03 Dekabr 2020 Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım etdi
03 Dekabr 2020 Parlament sədri: Şimali Kipr xalqı hər zaman Azərbaycanın yanındadır
03 Dekabr 2020 Dünyada COVİD-19-a yoluxanların sayı durmadan artır STATİSTİKA
03 Dekabr 2020 "Yaralı əsgərimizi görəndə şok yaşadıq" - Həkim Məhəmməd Davudov - Müsahibə
02 Dekabr 2020 Ermənilər Paşinyanı istefaya göndərmək üçün bu yola əl atdılar
02 Dekabr 2020 Dünyada “COVID-19”a yoluxanların sayı 64 milyonu ötdü
01 Dekabr 2020 İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA
01 Dekabr 2020 Qələbə paradının vaxtı və yeri açıqlandı
30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi