b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_suriya_237875766.jpg
"Suriyadan Azərbaycana 300 yaraqlı göndərilib". Ermənistanın və Rusiyanın mediasında bu dezinformasiya yayılıb, sosial şəbəkələrdə ermənilərlə yaraqlılara "rəğbət"i olanlar paylaşırlar".

Onlar vurğulayırlar ki, guya "Suriyadan Azərbaycana "göndərilənlər "Həmzə" diviziyasının mənsublarıdır".

Bu yalanın mənbəyi, onu yayanlar və məqsədlər barədə yazmışdıq.

Ermənistanın Azərbaycana qarşı apardığı hibrid savaşın tərkib hissəsi olan yalanı xüsusilə də Rusiyanın kütləvi informasiya vasitələrində, habelə sosial şəbəkələrdə yayılır.

İndisə Ermənistanın Azərbaycana qarşı apardığı hibrid savaşın tərkib hissəsi olan yalana son nöqtəni qoyaq.

Suriya Milli Ordusunun tərkibindəki Həmzə Diviziyasının Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Seyf Əbu Bəkir şəxsən bəyan etdi ki, iddialar ağ yalandır. "Həmzə"dən kimsə Azərbaycana getməyib, göndərilməyib və belə xəbərlər "sarsaq uydurma"lardır.

Yayılan "məlumat"lara görə, Suriyadakı "Əhrar əl Şarkiya", "Sultan Murad", "Əl Nuqba", "Səmərqənd Diviziyası", "Bab əl Məndəb" və "Həmzə Diviziyası"nın tərkiblərindən 600 nəfər Azərbaycana göndəriləcək.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_120091208_3159528090811798_8225915164914327003_n.jpg

Suriya parlamentinin deputatı Farez Şəhabi isə Twitter-dəki mikrobloqunda yazıb: "Suriyadan yaraqlıların Azərbaycana göndərilməsi ilə Türkiyə məşğul olur. Azərbaycana göndərilən hər yaraqlıya ayda 2 min dollar verilir. Suriyanın İdlib və Hələb vilayətlərində 1000 yaraqlı ilə müqavilə imzalanıb. Müqavilə 6 aylıqdır. İlkin olaraqsa hər yaraqlı Azərbaycanda 3 ay xidmət edəcək. Onları Qarabağ münaqişəsinin təmas xəttində və Ermənistanla sərhəddə yerləşdirmək nəzərdə tutulub".

Bir daha təkrar edək ki, bütün bunlar ağ yalan, primitiv dezinformasiyadır.

Lakin istənilən halda yalanın mənbəyi və mənşəyi araşdırılmalıdır.

İlk əvvəl bildirək ki, Suriyalı parlamentar Farez Şəhabi PKK terror təşkilatının Suriyadakı bölməsi olan "Demokratik Birlik Partiyas"sının ("Partiya Yekitiya Demokrat", PYD) və "Xalq Özünümüdafiə Dəstələri"nin ("Yekineyen Parastina Gel", YPG) terror birləşmələri ilə sıx təmaslarda olan şəxsdir. Suriya prezidenti Bəşər Əsədin fanatik tərəfdarı kimi özünü tanıtmağa çalışan F.Şəhabi, əslində, Türkiyəyə və türklərə fanatik nifrət edir.

2018-2020-ci illərdə F.Şəhabi 3 dəfə Ermənistanın paytaxtı İrəvanda olub və Suriya parlamentindəki "Suriya-Ermənistan dostluq qrupu"nun mənsubu qismində Ermənistan rəhbərliyindəki funksionerlərlə də görüşüb.

F.Şəhabinin son iki ildəki müsahibə, açıqlama və sosial şəbəkələrdəki paylaşımlarının heç birində Türkiyə və ya Azərbaycan barəsində yalan, dezinformasiya və aşağılama qismində dəyərləndirilməyəcək bir kəlmə (!) də yoxdur.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_photo_2020-09-23_22-50-01.jpg

Dünən onunla əlaqə saxlamağa çalışdıq. Lakin Fariz Şəhabi bütün suallarımızı cavabsız qoydu və danışmaq istəmədiyini bəyan etdi.

F.Şəhabinin "Suriyadan Azərbaycana yaraqlılar göndərilməsi" ilə bağlı açıqlamaları və müsahibələri onun öz təşəbbüsü deyil.

Həmin "məlumat" Ermənistanın və Rusiyanın bir sıra mass-mediasında dərc olunandan, erməni bloqerlərin sosial şəbəkələrdə tirajlamasından sonra F.Şəhabi qəflətən "sensasion açıqlama" vermək niyyətinə düşüb və bu, İrəvanın ssenarisinə uyğun məcradadır.

Xankəndidə yaşayan erməni bloqer Alen Gülyan isə sosial şəbəkələrdəki akkauntlarında və profillərində "Suriyadan Azərbaycana göndərilmiş 300 yaraqlıdan 40 nəfərin" adlarını və fotolarını yayıb.

Bu "məlumat" da aşkar feykdir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dgdfhfh.jpg

A.Gülyanın adlarını çəkdiyi və paylaşdığı siyahıda fotosu olan şəxslərdən biri Suriyanın Hələb şəhərinin sakini, 36 yaşlı Abdulla Sübhi Xamededir.

Əslən kürd olan bu şəxs "Sultan Murad" dəstəsinin hərbçisidir.

Abdulla Sübhi Xamede hazırda Hələb yaxınlığındakı Kəfr Nəboda yaşayır və heç bir yerə də getməyib.

"Əhrar əl Şarkiya"nın döyüşçüsü Əhməd Feysəl əl İbrahim isə İdlibdədir və hərbi xidmətini də elə orada davam etdirir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_screen-shot-2016-09-22-at-11.26.12-am.jpg

"Həmzə, "Sultan Murad", "Səmərqənd" dəstələrindən də kimsə Azərbaycana göndərilməyib.

Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında və Azərbaycanla sərhəddə yeni təxribatlara hazırlaşır. İrəvanın məqsədi yeni ərazilər ələ keçirməkdir.

Düşmənin 1 millimetr də irəliləməycəyi, bunu edə bilməyəcəyi bəllidir.

Aprel, iyul və avqust döyüşlərində sarsıdıcı zərbələr alan Ermənistanı deyəsən, bu dəfə birdəfəlik "sakitləşdirməli" olacağıq.

Elçin Alıoğlu
Milli.Az

31 Oktyabr 2020 Azərbaycan Ordusunun döyüş ruhunu göstərən - VİDEO
30 Oktyabr 2020 İzmirdə zəlzələdə ölənlərin sayı 12-yə, yaralıların sayı 419-a çatıb
30 Oktyabr 2020 Ordumuza məxsus PUA vurulmayıb - RƏSMİ
30 Oktyabr 2020 Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulur - RƏSMİ
29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Azərbaycanda yoluxanların sayı 1000-i keçdi
29 Oktyabr 2020 Fransanın Azərbaycandakı səfirindən Bərdə ilə bağlı paylaşım
29 Oktyabr 2020 "Onlar döyüş meydanlarından qorxaraq qaçırlar" -Hikmət Hacıyev
29 Oktyabr 2020 Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29 Oktyabr 2020 Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Döyüşdən imtina
28 Oktyabr 2020 Bərdədə insanlıq dramı - Qan donduran FOTOLAR
28 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”