b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_veeert.jpg

Sentyabrın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

Missiya.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.  

Komitə sədri Bəxtiyar Əliyev həmkarlarına qarşıdan gələn payız sessiyasında uğurlar arzulayıb.

Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik işləri üzrə planı müzakirə edilib.

B.Əliyev payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq. Digər vacib qanunlar üzərində işlər davam etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.

Sonra komitə sədri “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatı birinci oxunuşda diqqətə çatdırıb.

Qanun layihəsinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, təklif olunan qanuna əsasən, övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

Onlayn iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda müzakirə edilib.

Sonra onlayn iclasda İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə birinci oxunuşda baxılıb.

Bildirilib ki, qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.

Onlayn iclasın sonunda müzakirə edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.


27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”
26 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır” - FOTO
25 Oktyabr 2020 Otuz illik həsrətimiz sona çatır
24 Oktyabr 2020 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
24 Oktyabr 2020 Hikmət Hacıyev: “Terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” - FOTO
24 Oktyabr 2020 Düşmənin zərbə PUA-sı ələ keçirilib - FOTO
23 Oktyabr 2020 Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi
23 Oktyabr 2020 Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ
23 Oktyabr 2020 Təslim olan erməni hərbçi: “Başa düşdüm ki, döyüşməyə gəlməmişəm, qaçmalıyam”- VİDEO
22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı