b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_fedacc.jpg

Bu ilin sonunadək “RBC Consulting” şirkəti Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi Bank və VISA ödəmə sistemi ilə birgə “Azərbaycan Dəmir Yolları”nın şəhərətrafı qatarlarında gediş haqlarının təmassız, bank kartları ilə ödənilməsi üzrə layihənin tətbiqini başa çatdırmaq niyyətindədir.

Missiya.az xəbər verir ki, bunu trend-ə “RBC Consulting”in direktoru Rəşad Rəhimov deyib.

Onun sözlərinə görə, əvvəlcə yalnız Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda təmassız ödəniş sisteminin tətbiqi planlaşdırılsa da, digər istiqamətlər üzrə də sərnişin axını nəzərə alınmaqla tərəfdaşlar bu layihəni genişləndirməyə qərar verib.

R.Rəhimov bildirib ki, layihə gələcəkdə sərnişindaşımanın digər sahələrinə də maraqlı ola bilər.

Hazırda layihənin sınaqları keçirilib və şirkətlər bunu ilin sonunadək reallaşdırmağa hazırdır:

“Layihənin təqdimatı yayın əvvəlinə planlaşdırılsa da, pandemiyaya görə təxirə salınıb.

Təmassız texnologiyalarından istifadə bütün dünyada ödəmə sistemlərinin inkişafı baxımından prioritet istiqamətdir. Bu cür layihə Azərbaycan ərazisində ilk dəfə reallaşdırılır və dəmiryol nəqliyyatında ödəmə üsullarına yanaşmanı qlobal dəyişdirə bilər”.


29 Oktyabr 2020 "Onlar döyüş meydanlarından qorxaraq qaçırlar" -Hikmət Hacıyev
29 Oktyabr 2020 Qubadlının işğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndlərinin görüntüsü - VİDEO
29 Oktyabr 2020 Ermənistanın 3-cü ordu korpusunda üsyan! - Döyüşdən imtina
28 Oktyabr 2020 Bərdədə insanlıq dramı - Qan donduran FOTOLAR
28 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistan insanları bombacıqlarla öldürməsindən heç bir dərs çıxarmayıb”
27 Oktyabr 2020 Düşmən Goranboy, Tərtər və Bərdəni atəşə tutur - RƏSMİ
27 Oktyabr 2020 Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü: 663 yeni yoluxma
27 Oktyabr 2020 "İham Əliyev bütün Azərbaycan gənclərinin qürur yeri, idealı, əvəzolunmaz lideridir!" - Namiq Muradov
27 Oktyabr 2020 Xalq artistinin qardaşı oğlu şəhid oldu - FOTO
27 Oktyabr 2020 İlham Əliyev hərbi əməliyyatların hansı şərtlər altında dayandıracağını açıqlayıb
26 Oktyabr 2020 Prezident Qubadlıya görə bu komandirləri təbrik etdi
26 Oktyabr 2020 İlham Əliyev: “Türkiyənin F-16-ları bizə mənəvi dəstək üçün buradadır”
26 Oktyabr 2020 Birinci vitse-prezidentin köməkçisi: “Qaniçən Paşinyan yenə müharibəyə təhrik edir”
26 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın baş naziri yenidən yalan danışır” - FOTO
25 Oktyabr 2020 Otuz illik həsrətimiz sona çatır
24 Oktyabr 2020 Düşmənin döyüş texnikaları məhv edildi - VİDEO
24 Oktyabr 2020 Hikmət Hacıyev: “Terrorun növbəti qurbanı Rusiya vətəndaşı olub” - FOTO
24 Oktyabr 2020 Düşmənin zərbə PUA-sı ələ keçirilib - FOTO
23 Oktyabr 2020 Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi
23 Oktyabr 2020 Azərbaycanın bəzi rayonlarına giriş-çıxış dayandırıldı - RƏSMİ