b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_emeeeq.jpeg

Milli Məclisin deputatı Aqil Məmmədov Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla bir qrup Kəlbəcər rayon ağsaqqalları ilə görüşüb.Görüşdə Millət vəkili Aqil Məmmədov ölkə prezident cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə ağsaqqallara ətraflı məlumat verib.

Səmimi şəraitdə keçən görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalimizin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.

Daha sonra İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, hərbçilərimizin mətinliyindən, mübarizliyindən söz açan deputat xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini qeyd edərək bildirib ki, on minlərlə azərbaycanlı öz ordusuna, ali baş komandanına dəstəyini nümayiş etdirmək məqsədi ilə meydana axışmış milli birlik nümayiş etdirmişdir. Bu təkcə ölkəmizdə deyil xaricdə yaşayan soydaşlarımızın da, ürəyi öz vətənləri ilə döyünmüş, yaşadıqları ölkədə ordusuna və rəhbərinə dəstək aksiyası keçirərək ermənilərin iç üzünü dünyaya bəyan etmişdirlər. Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın hər zaman hörmət və ehtiramla xatırlanacağını vurğulayan millət vəkili bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan ordusunda general arxada deyil, öz əsgərləri ilə səngərdə düşmənə qarşı çiyin-çiyinə mübarizə aparır. Silahlı qüvvələrimiz tərəfindən şəhidlərimizin, qanının yerdə qalmayacağını, qisaslarının alınıb və alınacağını qeyd edib. Millət vəkili vurğulayıb ki, hər birimiz Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun “İrəli” döyüş əmrini gözləyirik. Azərbaycan Ordusunun qələbə qazanacağı günün çoxda uzaqda olmadığına əminik.Çünki son günlər ərzində baş vermiş toqquşmaların və qanlı döyüşlərin Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyini nümayiş etdirib.

Hər bir kəlbəcərlinin sevincinə səbəb olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adının verilməsi mühüm hadisədir. Xarici sularda istismarı nəzərdə tutulan, unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” gəmisi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Millət vəkili bildirib ki, bu hadisə kəlbəcərli köçkünlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb. Dövlətimizin, cənab Prezidentin Kəlbəcər rayonuna, Kəlbəcər adına göstərdiyi bu həssaslıq camaatımızda doğma yurda dönmək inamını bir qədər də gücləndirdi. Mən bu inamın yaradıcısı olan Prezident İlham Əliyevə, eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm. “Kəlbəcər” tankerinin heyətinə açıq yol arzu edirəm. Bu ad ölkəmizə xeyirli-uğurlu, Kəlbəcərimizə qovuşmağımıza düşərli olsun.

Çıxış edən rayon ağsaqqalları Kəlbəcər camaatının hər zaman dövlətimizin, ölkə Prezidentinin yanında olduğunu, ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiklərini bildirib. Bu amilin bundan sonra da belə olacağını bir daha əminliklə vurğulayıblar. Çıxış edən hər bir ağsaqqal, son günlər ölkəmizdə yaşanan xoşagəlməz hadisəni birmənalı şəkildə pisləyiblər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını uğurla almasını qürur hissi ilə qarşıladıqlarını, mərdlik, igidlik nümayiş etdirən əsgərlərimizlə, hərbçilərimizlə, Vətənin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə fəxr etdiklərini dilə gətiriblər.Pandemiya ilə mübarizədə yorulmadan, xalqının rifahı və sağlamlığı uğrunda gecə-gündüz çalışan cənab İlham Əliyevin hər zaman yanında olduqlarını bildiriblər. “Kəlbəcər” tankerinin suya buraxılmasını və dünya sularında üzməsinin kəlbəcərlilər üçün qürurverici bir hal olduğunu, onlarda doğma yurd-yuvalarına qayıtmaq inamını dahada gücləndirdiyini söyləyiblər. Rayon ağsaqqalları xalqın çətin anında onların yanında olduğuna, dəstək göstərdiyinə, qayğıları ilə maraqlandığına görə kəlbəcərlilər adından ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.


29 Sentyabr 2020 MN: “Ermənilər itirdikləri mövqeləri geri qaytarmaq cəhdlərin qarşısı alınıb”
28 Sentyabr 2020 Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verildi
28 Sentyabr 2020 Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
26 Sentyabr 2020 XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
25 Sentyabr 2020 "Bizdən Azərbaycana kimsə getməyib" - Suriya mücahidləri danışdılar
24 Sentyabr 2020 Azərbaycanda bu gün koronavirusa nə qədər insan yoluxub? - RƏSMİ
23 Sentyabr 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artdı - RƏSMİ
23 Sentyabr 2020 Məktəb direktoru karantin qaydasını pozaraq özünə ad günü keçirib - VİDEO
22 Sentyabr 2020 DİN ​​​​​​​"Pikap"ların saxlanılmasının səbəbini açıqladı
19 Sentyabr 2020 Baş redaktor: “Gənclərimiz aktiv olmalıdır”
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
18 Sentyabr 2020 Ceyhun Bayramov BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsini qaldırıb
17 Sentyabr 2020 Şamaxıda kişi keçmiş arvadını mağazada bıçaqladı
15 Sentyabr 2020 Baş prokuror və deputat nümayəndə heyətlərinin rəhbərləri oldular
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə HHQ aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib
15 Sentyabr 2020 Samir Nuriyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri seçilib
14 Sentyabr 2020 Təşkilat sədri Namiq Muradov: “İnformasiya müharibəsi günümüzün ən güclü silahlarından biridir"
14 Sentyabr 2020 “Qarabağa köçürülən ermənilər Azərbaycana, Türkə “nifrət məktəbi” keçiblər”- Aqil Məmmədov
11 Sentyabr 2020 Tanınmış teleaparıcı ARB TV-də veriliş aparacaq - FOTO
09 Sentyabr 2020 Qərbi Azərbaycan İcmasının Gənclər Təşkilatı informasiya müharibəsində mövzusunda konfrans keçirdi