b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_nazirler-kabineti.jpg

Goranboy və Göygöl rayonlarında da sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq.

Missiya.Az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib.

Qüvvədə olan qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib. 

Dəyişikliyə əsasən, artıq sərtləşdirilmiş xüsusi karantin rejimi yalnız Goranboy və Göygöl şəhərlərində deyil, ümumən bu rayonlarda tətbiq olunacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı bu gündən qüvvəyə minir.



07 Avqust 2020 “Gəmiyə Kəlbəcər adının verilməsi mühüm hadisədir” – Kəlbəcərli deputat
06 Avqust 2020 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
04 Avqust 2020 Azərbaycanlı deputatlar Belarusda prezident seçkilərini müşahidə edəcəklər
04 Avqust 2020 Ziyarətgaha gedənlər cərimələndi
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı son statistika açıqlandı – SON DƏQİQƏ
03 Avqust 2020 Avqustun 5-dən sonra bu mağazalar açıla bilər - AÇIQLAMA
30 İyul 2020 Prezident Təhsil Nazirliyinin səlahiyyətlərini artırdı - FƏRMAN
29 İyul 2020 Allahşükür Paşazadə bayram fətvası verməməsinə aydınlıq gətirib
29 İyul 2020 Jurnalist kitabının çapı üçün kömək istədi - Müraciət
29 İyul 2020 Hərbçimiz bəd­bəxt hadisə nəticəsində vəfat etdi
29 İyul 2020 İlham Əliyev İsmayıllıda - FOTO
28 İyul 2020 Baş Nazir Əli Əsədovdan yeni QƏRAR
28 İyul 2020 Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq - SİYAHI
27 İyul 2020 "Dinamik inkişafı təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir" – QHT SƏDRİ
26 İyul 2020 Cəbhədə vəziyyət necədir? - RƏSMİ
25 İyul 2020 Bu tarixlərdə ictimai nəqliyyat işməyəcək - RƏSMİ
24 İyul 2020 Milli Məclisin spikeri Rusiya səfiri ilə ermənilərin azərbaycanlılara hücumundan danışdı
24 İyul 2020 Türk dövlətlərinin nümayəndələri Azərbaycan üçün toplanır
24 İyul 2020 Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxdu, 573 nəfər sağaldı
24 İyul 2020 Günümüzün qəhrəmanları - Biz birlikdə güclüyük! - Esmira İsmayılova yazır