1589911631_1589908602_postyevlaxkarantin.jpg

Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.

Missiya.Az xəbər verir ki, hadisə şəhərin "Qaraçılar məhəlləsi" adlanan küçədə baş verib.

Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib.

Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.

"report"



27 Yanvar 2021 Ermənilərin dağıtdığı daha bir kəndin görüntüləri
26 Yanvar 2021 İlham Əliyev: "Azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf ərazisi olmalıdır"
26 Yanvar 2021 İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib
26 Yanvar 2021 Dövlət başçısı: "Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər"
26 Yanvar 2021 Ərdoğan hərbçilərin Azərbaycanda fəaliyyətini müzakirə edəcək
21 Yanvar 2021 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı
20 Yanvar 2021 Tariximizin 20 Yanvar dastanı - UNUDULMAYAN TARİX
19 Yanvar 2021 “YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib
19 Yanvar 2021 Ərəb KİV-lərində azərbaycanlı alimin 20 Yanvar hadisələri haqqında məqaləsi yayılıb
19 Yanvar 2021 İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
18 Yanvar 2021 Əhməd Cavadın nəticəsi:“Arzulayıram ki, babamın adına Şuşada Türk Dünyası Mədəniyyət və Ədəbiyyat Mərkəzi açılsın”
17 Yanvar 2021 Müdafiə Nazirliyinə veteran adı ilə bağlı müraciət edən vətəndaşların NƏZƏRİNƏ
17 Yanvar 2021 Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlərin sayı bəlli oldu
16 Yanvar 2021 Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
16 Yanvar 2021 Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
16 Yanvar 2021 Ağdamın Şelli kəndindən görüntülər
15 Yanvar 2021 Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə edilir
14 Yanvar 2021 380 yeni yoluxma faktı qeydə alınıb
13 Yanvar 2021 Füzulinin Ələsgərli kəndindən görüntülər
13 Yanvar 2021 Abdullah Gül : "Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bizi son dərəcə məmnun edib"