b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_3386d3e6-e492-4623-9475-d184e5e30cf8_700x390.jpg

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla bağlı məlumat yayıb.

Missiya.Az xəbər verir ki, məlumatda deyilir: 

Azərbaycan Respublikasında dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının işinə kölgə salan hüquqazidd əməllərə yol vermələrinə dair məlumatlar əsasında araşdırma tədbirləri davam etdirilməkdədir.

Toplanılmış materiallar üzrə, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin icra hakimiyyətinin sərəncamında olan vəsaitlərin sosial yardım adı altında bir hissəsini ələ keçirilməsini, eləcə də ölkə ərazisində xüsusi karantin rejiminin tələblərinin pozulması ilə sərbəst hərəkət etmək üçün bəzi vətəndaşlara saxta arayışların verilməsini tapşırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsənilən pul vəsaitlərini sahibliyində olan yaşayış evində qəbul etdiyinə əsaslı şübhələr müəyyən olunmuşdur.

2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir. Müvafiq ünvanlarda keçirilmiş baxış zamanı Vilyam Hacıyevin rayon icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, habelə ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülmüşdür.

İstintaq araşdırmaları zamanı, sosial-məişət şəraitinin aşağı olması ilə bağlı mənzil növbəsində olan şəxslərə İmişli şəhərində dövlət büdcəsi vəsaiti hesabına inşa edilmiş çoxmənzilli yaşayış binasında növbəli qaydada verilməli olan mənzillərin Vilyam Hacıyev tərəfindən rüşvət müqabilində qanunazidd verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Eyni zamanda, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğlərin Vilyam Hacıyev tərəfindən ələ keçirilməsinə dair məlumatlar əldə edilmişdir.

Həmçinin Vilyam Hacıyevin rayon ərazisində təmir-tikinti, abadlıq işlərinə, habelə İmişli Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin müntəzəm nağdlaşdıraraq mənimsəməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Vilyam Hacıyevin tabeçiliyində olan vəzifəli şəxslər vasitəsilə yerli icra hakimiyyəti və digər dövlət orqanlarının vəzifəli şəxslərindən, eləcə də rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlardan müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair məlumatlar əldə edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda araşdırmalar davam etdirilir.



03 İyul 2020 Evdə müalicə alanlar üçün istifadə olunacaq dərmanlarla bağlı - AÇIQLAMA
03 İyul 2020 Bu şəxslərin evdən çıxması QADAĞAN OLUNDU - RƏSMİ
03 İyul 2020 Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə! - DYP-dən AÇIQLAMA
03 İyul 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ - Bu tarixdə küçəyə çıxmayın!
02 İyul 2020 Son 24 saatda Azərbaycanda koronavirusa yoluxma sayı
02 İyul 2020 Baş epidemioloq: "Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam" - SƏS YAZISI
02 İyul 2020 BDU-nun rektoru hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüş keçirib - FOTO
01 İyul 2020 “Pandemiyaya baxmayaraq parlament yaz sessiyasında çox dinamik işlədi” – Aqil Məmmədov
30 İyun 2020 Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - VİDEO
30 İyun 2020 Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ + VİDEO
29 İyun 2020 Ev şəraitində COVID-19-dan sağalan Səbinə Əliyeva: “Tam ciddi öləcəyimi düşünürdüm"
29 İyun 2020 Jurnalist Ekspert Mərkəzi koronavirusla mübarizəyə dəstək layihəsinə başlayır - Verlişlər hazırlanacaq
29 İyun 2020 Bakıda hamilə qadın koronavirusdan öldü
28 İyun 2020 Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədi
26 İyun 2020 AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına başlayıb – RƏSMİ
25 İyun 2020 Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
25 İyun 2020 Kann Festivalına və Fransa səfirliyinə AYB-dən ETİRAZ
25 İyun 2020 Bu əlamətlərdən biri varsa, təcili COVİD-19 analizi verin
24 İyun 2020 STM yeni ümumölkə sorğusunu təqdim edib - FOTO
24 İyun 2020 Bakı sakinləri zibillikdən şikayət edir, İcra Hakimiyyəti isə başqa fikirdədir - VİDEO