b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_frggfdddfdffdf.jpg

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxış qadağası hələ də qüvvədə qalacaq. Amma bu gecə saat 12-dən etibarən digər rayonlararası girişə-çıxışa heç bir məhdudiyyət qoyulmayacaq. Bu arada rayonlararası sərnişindaşıyan avtobusların da hərəkəti ayın 31-dək hələki bərpa edilməyəcək.

Missiya.Az xəbər verir ki, rayon qeydiyyatında olan şəxslərin paytaxa girişinə qoyulan qadağa hələ də qüvvədədir.

Day.Az xəbər verir ki, bu barədə ''Xəzər Xəbər''ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, gecə saat 12-dən etibarən ölkə ərazisində xüsusi karantin rejmi qaydası nisbətən yumşaldılsa da rayon qeydiyyatında olanların Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna girişinə qoyulmuş qadağa ayın 31-dək qüvvədə qalacaq.

O, cümlədən də adı çəkilən şəhərlərin sakinlərinin rayonlara gedişi də may ayının 31-dək qadağan edilib. Əgər bu qadağalara əməl etməyib, gizli şəkildə getmək istəyən şəxslər aşkar edilsə onlar qanuna uyğun olaraq inzibati qaydada cərimə oluncaqlar. Sabahdan etibarən rayonlar arasında olan müvəqqəti polis postları da yığışdırılacaq.

Xatırladaq ki,rayonlar arasında ictimai nəqliyyatın hərəkəti də hələki bərpa edilmir. Vətəndaşlar yalnız özlərinə aid şəxsi minik avtomobilləri ilə yaşadıqları rayondan başqa rayona gedib gələ bilərlər.

Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı da uzadılıb. ''Azərbaycan Dəmir Yolları'' QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir.

''Azərbaycan Dəmir Yolları'' QSC-nin mətbuat katibi Natəvan Bayramova onu da bildirdi ki, elektrik qatarlarının Abşeron dairəvi xətti üzrə hərəkəti hazırkı qrafiklə davam edir.



06 İyul 2020 BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
05 İyul 2020 "İcaze.e-gov.az" portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05 İyul 2020 Bu gündən növbəti iki həftəlik sərt karantin rejimi başlayır
03 İyul 2020 Evdə müalicə alanlar üçün istifadə olunacaq dərmanlarla bağlı - AÇIQLAMA
03 İyul 2020 Bu şəxslərin evdən çıxması QADAĞAN OLUNDU - RƏSMİ
03 İyul 2020 Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə! - DYP-dən AÇIQLAMA
03 İyul 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ - Bu tarixdə küçəyə çıxmayın!
02 İyul 2020 Son 24 saatda Azərbaycanda koronavirusa yoluxma sayı
02 İyul 2020 Baş epidemioloq: "Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam" - SƏS YAZISI
02 İyul 2020 BDU-nun rektoru hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüş keçirib - FOTO
01 İyul 2020 “Pandemiyaya baxmayaraq parlament yaz sessiyasında çox dinamik işlədi” – Aqil Məmmədov
30 İyun 2020 Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - VİDEO
30 İyun 2020 Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ + VİDEO
29 İyun 2020 Ev şəraitində COVID-19-dan sağalan Səbinə Əliyeva: “Tam ciddi öləcəyimi düşünürdüm"
29 İyun 2020 Jurnalist Ekspert Mərkəzi koronavirusla mübarizəyə dəstək layihəsinə başlayır - Verlişlər hazırlanacaq
29 İyun 2020 Bakıda hamilə qadın koronavirusdan öldü
28 İyun 2020 Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədi
26 İyun 2020 AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına başlayıb – RƏSMİ
25 İyun 2020 Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
25 İyun 2020 Kann Festivalına və Fransa səfirliyinə AYB-dən ETİRAZ