b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_baku_metro_train_new_200418_02-768x403.jpg

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.

Missiya.Az xəbər veri ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii havalandırma şəraiti olmadığından qapalı məkan kimi metro hazırda virusun yayılmasına əlverişli şərait yaradır:

“Eyni zamanda Bakı metropolitenində sərnişinlər arasında sıxlıq və karantin rejimi tələblərinə əməl edilmədiyi də müşahidə olunmaqdadır.

Əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan 20 aprel 2020-ci il tarixinədək dayandırılır.

Bakı şəhərində sərnişindaşımaları müntəzəm və ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Həm müntəzəm, həm də ekspress marşrut xətləri üzrə avtobuslararası interval sərnişin axınına uyğun tənzimlənəcək. Eyni zamanda, mümkün sərnişin sıxlığının qarşısını almaq məqsədi ilə ekspress xətlər üzrə ehtiyat avtobusların buraxılıb.

Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, ictimai nəqliyyatda insanlar arasında ara məsafəsini gözləməyə, xüsusi karantin rejimi qaydalarına əməl etməyə çağırırıq”.



03 İyun 2020 Deputat kəşfiyyatçı anası ilə görüşdü
03 İyun 2020 Azərbaycanda karantin müddətinin uzadılması ilə bağlı OPERATİV QƏRARGAHDAN AÇIQLAMA
02 İyun 2020 Könül Xasıyevaya ağır itki üz verdi - FOTO
01 İyun 2020 İcra başçısı müavinini işdən çıxardı
01 İyun 2020 Azərbaycanda YENİLİK - Bu şəxslərə 525 dollar veriləcək
29 May 2020 Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır - RƏSMİ
28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
26 May 2020 Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA