b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_345454545454.jpg

Jurnalist Ekspert Mərkəzi (JEM) media mənsublarına tövsiyə məzmunlu çağırış ünvanlayıb. JEM sədri Ceyhun Musaoğlunun müəllif yazısı kimi təqdim olunan fikirlərdə dünyanı çuğlayan koronavirusla mübarizədə jurnalistikanın, o cümlədən sosial şəbəkə adminlərinin sərgilədiyi mövqedə vacib məqamlara dəqiqliklə əməl etməyin üstünlüklərindən söz açılır. 

Neqativləri tirajlamadan həllinə nail olaq

Əziz həmkarlar, jurnalistikanın mahiyyətinin əsası, kökünü problemin həllinə nail olmaqdır. Razıyam, jurnalist hadisələri ictimailəşdirməklə işini bitmiş hesab edə bilər. Onun borcu yaşananlara hökumətin və cəmiyyətin diqqətini çəkməkdir. Sadəcə incə məqam var: jurnalistika ekstremal vəziyyətlərdə prinsiplərində cüzi dəyişikliklər etməyə borcludur. “Müharibə jurnalistikası” ifadəsi də müəyyən dövrlərdə mətbuatın fəaliyyət azadlığında labüd dəyişikliklərin vacibliyi önə çıxan zaman işlənir.

Dünyanı virus müharibəsi bürüyüb. Belə məqamda jurnalist yazılarında vətəndaş mövqeyinə söykənsə yaxşı olar. O, problemi ictimailəşdirmədən öncə, onun həllinə nail olmağı prioritet götürür. Problemi ictimailəşdirmədən aradan qaldırmaq mümkündür. Orijinallığı dırnaq arasında olan indiki dönəmdə ikinci şərtin işə düşməsinə çalışmaq daha vacibdir.

Dünən sosial şəbəkələrdə yayılan videoda Astara Mərkəzi Rayon Xəstəxanası kimi təqdim olunan səhiyyə ocağında karantinə alınan insanlara qarşı çox pis münasibət göstərilməsindən bəhs olunurdu. Görüntülər adamı vahiməyə salırdı – təbii xırdalığına varmayacağıq. Təbii videonu yaymadım, adım xatırlatma küncünə çıxmasın, diqqət cəlb etməsin, neqativdən az adam xəbər tutsun deyə, münasibət bildirmədim.

Bu gün həmin vəziyyətlə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha, “TƏBİB”in “Qaynar xətt”inə məlumat verdim. Dinlədilər və tez bir zamanda araşdırıb, sərt tədbirlər həyata keçirəcəklərini bildirdilər.

Dünən daha bir informasiya yayılmışdı. Qubada otellərin birində karantində saxlanılan tələbə qız şəraitin yüksək səviyyədə olduğunu söyləyirdi.

İki ziddiyətli məlumat eyni anda yayılır, insanlar çaşqınlıq içərisinə düşür, panik durum dərinləşir. Ora elə dərin və qaranlıq quyudur ki, xəstəliyin özündən daha ağır fəsadlar verə bilir, gün üzünə çıxmaq çətinləşir.

Bəlkə belə edək: neqativləri yaymadan Operativ Qərargahı, “TƏBİB”i məlumatlandıraq. Pozitiv məqamlarısa gözdən qaçırmayaq, daha çox tirajlamağa çalışaq.

Bizə problemin həlli lazımdır, yoxsa ictimailəşməsi, ətrafda xof yaratması? Əlbəttə, birinci amil vətəndaşın bilavasitə arzusudur. Onda niyə bu arzunun gerçəkləşməsinə çalışmayaq? Bir anlıq düşünək: Astara xəstəxanasından çəkilən videonu orda digər xəstəliklərdən əziyyət çəkənlərin, elə karantinə alınanların qohumları, yaxınları görürülər. Belədə onlar dəhşətli hisslər keçirə, psixoloji zərbə ala, stressdən müxtəlif ağır xəstəliklər qazana bilərlər.

Əziz dostlar, dünyanı caynağına alan bəla mütləq tezliklə sona çatacaq. Günəş şəfəqlərini saçanda ağır günləri xatırlayacağıq. Onda bizi cəmi bir sual üşüdə bilər: Virusla mübarizə prosesində mən neylədim? Bu suala beynimizin verdiyi cavab üşütməmizi kəsə də bilər, qızil günlərdə bizi yerimizdəcə dondura da bilər.

Əziz həmkarlarım, sabah bugündən daha gözəl olacaq, yetər ki, ora uzanan yolda büdrəməyək, büdrədiyimiz üçün bezməyək, yorulmayaq, cəmi bir cığır var, ondan kənara çıxmayaq.



29 May 2020 Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qaldırılır - RƏSMİ
28 May 2020 Prezident Cümhuriyyət abidəsini ziyarət etdi - FOTO
26 May 2020 Bakıda beşmərtəbəli yaşayış binasında uçqun
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
12 May 2020 DİN-dən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
11 May 2020 Azərbaycanlı həkim COVID-19-dan öldü - FOTO
08 May 2020 DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT