b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1583744981_def9c26b-c9b8-461c-8292-da01a9eac9e5vg.jpg
"Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədris müəssisələrində təhsilin müvəqqəti olaraq dayandırılmasından sonra "WhatsApp" ani mesajlaşma şəbəkəsində naməlum şəxs səs yazısı yayaraq repititor müəllimləri ehtiyatlı olmağa çağırır".
 
Missiya.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov "Report"a verdiyi məlumata görə, səs yazısında iddia olunur ki, guya polis əməkdaşları repititor yanına gedən şagirdləri saxlayıb sorğu-sual etdikdən sonra müəllimin evinə gedir və onu bu fəaliyyətinə görə 2800 manat məbləğində cərimələyirlər.
 
Bununla əlaqədar bildiririəm ki, tamamilə əsassız və uydurma bir iddiadır. Bildiyiniz kimi Nazirlər Kabinetinin Sərəncamına əsasən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə martın 10-dan 27-dək bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb.
 
Bunun müəllimlərin repititorluq fəaliyyətinin məhdudlaşdırılması ilə heç bir əlaqəsi yoxdur. Odur ki, polisin bu sahə ilə məşğul olan müəllimlərə qarşı cərimələr tətbiq etməsi həqiqəti əks etdirmir və şayiədən başqa bir şey deyil.
 
Həmin səs yazısını yayan şəxsin və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.


09 Aprel 2020 Nizami rayonunda aztəminatlı ailələrə yardım göstərilir - FOTOLAR
08 Aprel 2020 Nizami rayonunda koronavirusla bağlı profilaktik tədbirlər davam edir - FOTOLAR
08 Aprel 2020 Bu yerlərdə bütün sürücülər saxlanılacaq — DYP-dən XÜSUSİ AÇIQLAMA
05 Aprel 2020 ATV də Prezidentin çağırışına qoşuldu – 50 min ianə
04 Aprel 2020 Heydər Əliyev Mərkəzindən Çinə maraqlı dəstək - VİDEO
03 Aprel 2020 “Azəriqaz” koronavirusla mübarizəyə vəsait ayırdı
02 Aprel 2020 Mehriban Əliyevadan Aprel döyüşləri ilə bağlı paylaşım - FOTO
31 Mart 2020 Bakı metrosu bu gün bağlanır - QƏRAR
28 Mart 2020 Sabahdan koronavirus xəstələri “Yeni klinika”ya yerləşdiriləcək
28 Mart 2020 “Sky Residence” şirkəti də Prezidentin çağırışına qoşuldu - FOTO
27 Mart 2020 ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı – VİDEO – FOTO
25 Mart 2020 Gəncə Regional Mədəniyyət İdarəsindən nümunəvi addım - VİDEO
24 Mart 2020 Jurnalist koronavirusla mübarizəyə cəlb olunmaq üçün TƏBİB-ə müraciət etdi
23 Mart 2020 JEM-dən koronavirusla bağlı bəyanat - MƏTN
22 Mart 2020 ATV #EVDƏQAL həştəqini loqosu ilə eyniləşdirdi - FOTO
21 Mart 2020 “Feysbuk”da koronavirusla bağlı uydurma məlumatlar yerləşdirən şəxs müəyyən edilib
20 Mart 2020 ATV telekanalının yayımında dəyişiklik olub
20 Mart 2020 Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - Nazirdən AÇIQLAMA
19 Mart 2020 Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - FƏRMAN
19 Mart 2020 "Lider TV"-dən koronavirusla bağlı maraqlə VİDEOÇARX