b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_755319.jpg

Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla, onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

Missiya.Az xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Tədbirdə əmək münasibətlərinin qeyri-rəsmi şəkildə qurulmasının mənfi nəticələri haqqında da bəhs olunub.



28 Mart 2020 Sabahdan koronavirus xəstələri “Yeni klinika”ya yerləşdiriləcək
28 Mart 2020 “Sky Residence” şirkəti də Prezidentin çağırışına qoşuldu - FOTO
27 Mart 2020 ARB TV əməkdaşları Bakı sakinlərinə tibbi maska payladı – VİDEO – FOTO
25 Mart 2020 Gəncə Regional Mədəniyyət İdarəsindən nümunəvi addım - VİDEO
24 Mart 2020 Jurnalist koronavirusla mübarizəyə cəlb olunmaq üçün TƏBİB-ə müraciət etdi
23 Mart 2020 JEM-dən koronavirusla bağlı bəyanat - MƏTN
22 Mart 2020 ATV #EVDƏQAL həştəqini loqosu ilə eyniləşdirdi - FOTO
21 Mart 2020 “Feysbuk”da koronavirusla bağlı uydurma məlumatlar yerləşdirən şəxs müəyyən edilib
20 Mart 2020 ATV telekanalının yayımında dəyişiklik olub
20 Mart 2020 Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - Nazirdən AÇIQLAMA
19 Mart 2020 Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı - FƏRMAN
19 Mart 2020 "Lider TV"-dən koronavirusla bağlı maraqlə VİDEOÇARX
17 Mart 2020 Koronavirusun müalicəsi zamanı bu dərmanı için - ÜST
16 Mart 2020 AMEA: Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
16 Mart 2020 Bakıya giriş-çıxış bağlanır? — RƏSMİ AÇIQLAMA
11 Mart 2020 "Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır" - Tural İsmayılov
10 Mart 2020 SON DƏQİQƏ! Qənirə Paşayeva sədr seçildi
09 Mart 2020 DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA
09 Mart 2020 Azərbaycanda bu tələbələrə təqaüd verilməsi DAYANDIRILACAQ - VİDEO
08 Mart 2020 Mehriban Əliyeva autizm sindromlu uşaqlara bayram təbriklərinə görə təşəkkür etdi