b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_maxresdefault.jpg

Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına kömək etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

Missiya.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə F.Laçın və digərləri son söz demək üçün məhkəmədən vaxt istəyiblər.

Buna görə məhkəmə iclası mayın 20-dək təxirə salınıb.

Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın beş il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev doqquz il, qarovul rəisi Ceyhun Səmədov doqquz il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev yeddi il, Günay Atakişiyeva altı il, Aqil Nəcəfov doqquz il, İsrafil Soltanov yeddi il, Şahmar Bəyəlizadə yeddi il, Tərlan Zeynalov yeddi il, Anar Əsgərov yeddi il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.



21 May 2020 Prezident Ağstafaya yeni icra başçısı təyin etdi
21 May 2020 Azərbaycanda koronavirusa görə sakinlərlə polis arasında kütləvi dava
21 May 2020 Azərbaycanda koronavirusdan vəfat edənlər necə dəfn olunur? - RƏSMİ
15 May 2020 İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək? - RƏSMİ AÇIQLAMA
15 May 2020 Naxçıvanda koronavirusa yoluxanların və ölənlərin sayı açıqlandı
14 May 2020 Azərbaycanda general və yüksək rütbəli hərbçilər saxlanıldı - RƏSMİ
14 May 2020 Azərbaycanda bu qurumun əməkdaşları koronavirusa yoluxdu - RƏSMİ
14 May 2020 DTX-nin həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO
13 May 2020 DTX və Baş Prokurorluq DSX-də əməliyyat keçirdi - RƏSMİ
12 May 2020 Prezident İlham Əliyev fərman imzaladı - Bu nazirliyin səlahiyyəti artırıldı
12 May 2020 Operativ Qərargahdan karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA
12 May 2020 DTX nazirlikdə keçirdiyi əməliyyatla bağlı məlumat yaydı - VİDEO
12 May 2020 "Azəriqaz"dan qaz sayğacları ilə bağlı AÇIQLAMA
12 May 2020 DİN-dən karantin rejimi ilə bağlı VACİB AÇIQLAMA
11 May 2020 Azərbaycanlı həkim COVID-19-dan öldü - FOTO
08 May 2020 DTX nazir müavinini saxladı - ƏMƏLİYYAT
08 May 2020 Metro bu tarixdə fəaliyyət başlayır - RƏSMİ
08 May 2020 “Günəşli”dəki qəzada itkin düşən neftçilərdən ikisinin cəsədi 4,5 il sonra tapıldı - FOTO
07 May 2020 DTX İmişlinin icra başçısının həbsi ilə bağlı məlumat yayıb
05 May 2020 Tanrıverdi Mustafayev yeni vəzifəyə təyin olundu