b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_12621190.jpg

Şəmkir rayonunda güllələnmiş 29 yaşlı Kəramət Məmmədli Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasının əməkdaşı olub.

Missiya.Az xəbər verir ki, bu haqda Oxu.Az-a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

Xatırladaq ki, hadisə mayın 1-də günorta saatlarında Bayramlı kəndində baş verib.

Qətlin üzərindən üç gün keçsə də, müstəntiqlər hadisə şahidinin olmadığına görə,  qatilin izinə çıxmaqda və  şəxsiyyətini müəyyən etməkdə çətinlik çəkir.

Məlumata görə, Məmmədli öz evində kiçikkalibrli tüfənglə  (5,6 mm) öldürülüb. Güllə yaxın məsafədən (təxminən 1 metr) alın nahiyəsinə tuş gəlib.

Kriminalistlər hər hansı müqavimət izləri aşkarlamayıb. Ehtimala görə,  atəş açılmazdan əvvəl qatillə qurban arasında söhbət olub. 

Onların bir-birini tanıdığı güman edilir. Qatil hadisəni törətdikdən sonra izsiz şəkildə yoxa çıxıb.  K.Məmmədlinin meyitini  valideynləri tapıb. Məmmədlinin evindən heç bir qiymətli əşyanın oğurlanmadığından, müstəntiqlər tamah məqsədilə qətl versiyasını istisna edir.

Kəramət Məmmədli  Beynəlxalq Bankın rayon filialının keçmiş rəhbərinin (hazırda təqaüdə çıxıb) oğlu olub. İki il əvvəl boşanıb. 

Cinayətin motivləri hələ aydın deyil. Qətlin qurbanın peşə fəaliyyəti ilə əlaqəli olduğu istisna edilmir.  Cinayətin törədildiyi ünvanın yaxın çevrəsində müşahidə kameralarının olmaması müstəntiqlərin işini daha da çətinləşdirir.

Faktla bağlı istintaq davam edir.

19 Sentyabr 2019 Zəhərlənməyə görə Bakıdakı məşhur dönərxana bağlandı - Araşdırma başladı
16 Sentyabr 2019 AZTV və "Mədəniyyət TV"nin loqosu, "İdman Azərbaycan"ın adı dəyişib
12 Sentyabr 2019 Sabahın hava proqnozu açıqlanıb
11 Sentyabr 2019 Baş nazir polis və hərbçilərin maaşları ilə bağlı qərar imzaladı
10 Sentyabr 2019 Şirvan el məzarlığında şəhidlərin xatirə guşəsi yaradıldı - FOTOLAR
07 Sentyabr 2019 Təhsil nazirindən yeni - TƏYİNAT
06 Sentyabr 2019 Putin indiyə qədər gördüyü ən gözəl yerdən danışıb
06 Sentyabr 2019 İşsizlərə ŞAD XƏBƏR - Yeni iş yerləri var
06 Sentyabr 2019 Telman İsmayılov villasında belə istirahət edir - FOTO
31 Avqust 2019 Rəsmi Bakıdan İslamabadın dəstək istəyinə reaksiya
30 Avqust 2019 Sürücü ilə kobud davranan yol polisi işdən çıxarıldı
29 Avqust 2019 Xanım müğənnimiz Türkiyədə 1 milyona villa alır
29 Avqust 2019 Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR
26 Avqust 2019 Fədaya Laçından bəd xəbər
20 Avqust 2019 Deputatın oğlunun həbsinin pərdəarxası - İlginc faktlar
10 Avqust 2019 Sabah yağış yağacaq, güclü külək əsəcək
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb
09 Avqust 2019 Şəki Xan Sarayına giriş bərpa olunub
31 İyul 2019 Qəzaya uğramış MİQ-29 təyyarəsi haqda YENİ XƏBƏR
29 İyul 2019 Xəzərə düşən MİQ-29 barədə YENİ XƏBƏR