b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_vngjhjhhjkjk.jpg

“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edən şəxslərin sağlam həyat tərzinə qaytarılması üçün təbliğat və maarifləndirmə işinin təşkili” layihəsinin icrasına başlanılıb. 

İB-dən Azadinform-a verilən məlumata görə, layihə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində təbliğat və maarifləndirmə işinin gücləndirilməsindən bəhs edir. 

Layihənin məqsədi gənclər və valideynlər arasında narkomaniyanın fəsadlarını izah etmək, müvafiq yaş qrupları arasında əyani təbliğat vasitələrindən istifadə etməklə narkotikaya aludəçiliyi aradan qaldırmağa yardımçı olmaqdır.  

Layihə çərçivəsində təhsil işçiləri, məktəblilər və ümumilikdə əhali arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılacaq, bu barədə video filmlər nümayiş etdiriləcək, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə region əhalisi (Lənkəran, Lerik) məlumatlandırılacaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəaları əhaliyə izah ediləcək, narkomanlıq və onun fəsadları barədə yazılı və internet mediada dolğun məlumatlar veriləcək, müəllif yazıları və buklet hazırlanacaq.

20 May 2019 Özbaşınalıq edən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür
16 May 2019 Məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı
15 May 2019 Azərbaycanda itkin sayılırdı, diasporun köməyi ilə Ukraynada tapıldı
10 May 2019 Bakıda kanalizasiya lyukuna ilişib dağılan bolid təmir olundu
08 May 2019 Məhkəmə Rüfət Axundov və Rəşad İlyasovla bağlı qərar verdi
06 May 2019 Fədayə Laçın məhkəmədə son söz deyəcək
06 May 2019 Təyyarə qəzası ilə bağlı matəm elan edildi – VİDEO
04 May 2019 Gəncə təcridxanasının nəzarətçisi niyə güllələndi?
03 May 2019 AQTA sədri: Dələduzların işinə Baş Prokurorluq hüquqi qiymət verəcək
30 Aprel 2019 Heydər Əliyev Fondu mayın 10-dək bölgələrdə konsertlər təşkil edəcək
26 Aprel 2019 İtkin düşmüş şəhidimizin məzarı 26 ildən sonra tapıldı - VİDEO
26 Aprel 2019 “10 min dollardan artıq kreditlərə güzəşt edilməyəcək” - Elman Rüstəmov
25 Aprel 2019 Bakıda müəllim şagirdi döydü - FOTO
25 Aprel 2019 Qar uçqununa düşən hərbçi dəfn olunur - FOTO
20 Aprel 2019 Azərbaycanda əhali arasında piylənmə artır – Acınacaqlı proqnozlar
19 Aprel 2019 Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
19 Aprel 2019 Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - VİDEO
16 Aprel 2019 Rəşad İlyasovun AzTV-dəki verilişi bağlandı - VİDEO
14 Aprel 2019 İmişlidə dəhşət: Qadını öldürüb, meyitini torbaya qoyub Araza atdılar
13 Aprel 2019 Ramil Usubovdan növbəti təyinat