b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1554121344_5411055_1.jpg
"Bu cür və bənzər hadisələrin baş verməsi həm ziyalılar, həm də sadə vətəndaşlar tərəfindən məqbul sayılmır. Çünki illərlə oturuşmuş əxlaqi dəyərlər, adət-ənənələrimiz var ki, bu milli-mənəvi dəyərlərdən gəlib keçir. Həmin görüntülər də kişi və qadının əxlaq və dəyərləridir”.
 
Missiya.Az xəbər verir ki, bunu "Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçəri şəhər "Cümə məscidi”nin axundu hacı Surxay Məmmədli sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoya münasibət bildirərkən deyib.
 
QMİ rəsmisi qeyd edib ki, əxlaq və tərbiyə, ilk növbədə, ailədən gəlir: "Hər insan öz ailəsinə diqqət etməlidir. Cəmiyyətdə əgər pozğunluq, əxlaqsızlıq, hər hansı fəsadlar baş alıb gedirsə, o zaman insan öz kökünə, tərbiyəsinə qayıtmalıdır. Cəmiyyətdə günahlar, fəsadlar açıq və gizli şəkildə baş verir. Açıq şəkildə görülən günahlar cəmiyyətdə qəfil ölümlərə gətirib çıxara bilər”.
 
O həmçinin əlavə edib ki, məktəblərə milli-mənəvi dəyərlərin təbliği güclü olmalıdır: "Kütlənin belə şəkildə əxlaqsızlığa tərəf getməsi millətin məhvi deməkdir. Əgər din insana milli-mənəvi dəyərlər aşılaya bilmirsə, deməli dinin mahiyyəti itir. Bir insan əxlaqsızlıqla məşğul olub bunu ictimaiyyələşdirirsə, bu cəmiyyətə və ətrafa böyük təsir edəcək və bu da yolverilməzdir”. 


06 İyul 2020 BDU alimləri “HORİZON 2020” üzrə beynəlxalq qrant müsabiqəsinin qalibi olublar
05 İyul 2020 "İcaze.e-gov.az" portalında problem yaranıb, sahibkarlar qeydiyyatdan keçə bilmir
05 İyul 2020 Bu gündən növbəti iki həftəlik sərt karantin rejimi başlayır
03 İyul 2020 Evdə müalicə alanlar üçün istifadə olunacaq dərmanlarla bağlı - AÇIQLAMA
03 İyul 2020 Bu şəxslərin evdən çıxması QADAĞAN OLUNDU - RƏSMİ
03 İyul 2020 Məzuniyyətə çıxıb rayona getmək istəyənlərin nəzərinə! - DYP-dən AÇIQLAMA
03 İyul 2020 Bakı sakinlərinə XƏBƏRDARLIQ - Bu tarixdə küçəyə çıxmayın!
02 İyul 2020 Son 24 saatda Azərbaycanda koronavirusa yoluxma sayı
02 İyul 2020 Baş epidemioloq: "Heç nədən də xəbərim yoxdur, kənddə oturmuşam" - SƏS YAZISI
02 İyul 2020 BDU-nun rektoru hərbi xidmətə çağırılmış məzunlarla onlayn görüş keçirib - FOTO
01 İyul 2020 “Pandemiyaya baxmayaraq parlament yaz sessiyasında çox dinamik işlədi” – Aqil Məmmədov
30 İyun 2020 Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi - VİDEO
30 İyun 2020 Xüsusi karantin rejimi iki həftə uzadıla bilər - RƏSMİ + VİDEO
29 İyun 2020 Ev şəraitində COVID-19-dan sağalan Səbinə Əliyeva: “Tam ciddi öləcəyimi düşünürdüm"
29 İyun 2020 Jurnalist Ekspert Mərkəzi koronavirusla mübarizəyə dəstək layihəsinə başlayır - Verlişlər hazırlanacaq
29 İyun 2020 Bakıda hamilə qadın koronavirusdan öldü
28 İyun 2020 Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədi
26 İyun 2020 AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına başlayıb – RƏSMİ
25 İyun 2020 Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
25 İyun 2020 Kann Festivalına və Fransa səfirliyinə AYB-dən ETİRAZ