b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_sccsfdfdfdfdf.png
Azərbaycana qarşı qərəzi ilə seçilən ölkələrin, xüsusən də erməni diasporunun himayəsi altında olan ayrı-ayrı beynəlxalq təşkilatların sifarişi ilə dövlətimizə qarşı fəaliyyət göstərən Youtube kanalları 44 günlük vətən müharibəsi dövründə də öz xain davranışlarını davam etdirdilər. 
 
Xarici ölkələrin xüsusi xidmət orqanları ilə də əməkdaşlıqları istisna olunmayan, bloger adı altında təxribatçı fəaliyyətlə məşğul olan, ölkəmizdə hakimiyyəti zorla dəyişdirmək, cəmiyyətdə qarşıdurmalar yaratmaq, süni gərginlik ab-havası formalaşdırmaq məqsədilə müxtəlif çağırışları, dövlətimizin rəhbər şəxslərinin ünvanına təhqiramiz çıxışları ilə tanınan Youtube şivənçiləri, II Qarabağ müharibəsinin davam etdiyi günlərdə xalqın qələbə ruhuna xələl yetirmək, cəmiyyətdə bu vaxta qədər görünməmiş birlik nümunəsini pozmaq, Azərbaycan Ordusunun əməliyyatarı barədə həqiqətə uyğun olmayan məlumatlar tirajlamaq, eləcə də dövlətin hədəflərini təhrif edərək vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq mühiti yaratmaq istiqamətində sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərdilər ki, bütün bunlar da həmin adamların dövlətə və xalqa qarşı açıq düşmənçilik mövqeyində dayandıqlarını bir daha sübuta yetirmiş oldu. 

Məsələn, “Diktator TV” adlı təxribatçı Youtube kanalının yaradıcısı və aparıcı Manaf Cəlilazadə adlı xəyanətkar ünsür bütün fəaliyyətini erməni tərəfinin maraqlarına cavab verən tezislər üzərində qurmaqla, əslində kimlərə, hansı dairələrə xidmət etdiyini açıq şəkildə nümayiş etdirməkdən çəkinmədi. Ümumiyyətlə, bu adamın bütün çıxışları birmənalı şəkidlə dövlətimizin və xalqımızın maraqlarına qarşı yönəlir. Vətəndaşları açıq şəkildə itaətsizliyə, dövlət çevrilişinə, qanunsuz küçə aksiyalarına, dövlətin Konstitusiya quruluşunu dəyişdirməyə çağırır, çıxışlarında dövlət məmurlarının ünvanın ağır təhqiredici ifadələr işlədir, vətən müharibəsində əldə etdiyimiz qələbəyə ciddi cəhdlə kölgə salmağa çalışır.

Döyüşlərin ilk günlərindən daha çox düşmənin maraqlarına xidmət edən çağırışlarla vətəndaşlara və xüsusən də könüllü şəkildə cəbhə yollananlara xitab edərək, vətən torpaqlarının azadlığı uğrunda döyüşlərin guya mənasız olduğuna dair fikir formalaşdırmaq yönündə xüsusi fəallıq göstərən Manaf Cəlilzadə, özünü informasiyalı şəxs kimi göstərib, hətta xarici xüsusi xidmət orqanlarında ona məlumatlar ötürən şəxslərin olduğunu açıq şəkildə elan edir və bu da cəmiyyətdə onun gerçək kimliyi barədə bir sıra suallar yaratmış olur. Bu Youtube desantı, dediklərinə insanları inandırmaq üçün çıxışlarında bəyan edir ki, Rusiyanın xüsusi xidmət orqanlarında etibarlı mənbələri var və hətta yüksək vəzifəli şəxslər ona məlumat ötürür. Elə təkcə bu məqamın özü ciddi araşdırma predmeti ola bilər. 
 
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_129505404_431257198033498_6469358230877160599_n.jpg
 
Vətəndaşlarımız, Orduxan Bədirov, Tural Sadıqlı və barələrində Baş Prokurorluq tərəfindən cinayət işi açılmış digər blogerlərdən fərqli olaraq Manaf Cəlilzadənin hələd əd cinayət təqibinə alınmamasına görə həm təəssüflənir, həm də təəccüblənirlər. Sual olunur ki, M.Cəlilzadə, hətta hərbi qulluqçularımızı belə küçələrdə etiraz aksiyaları təşkil etməyə çağırdığı halda, nədən onun barəsində cinayət işi açılmır, tutularaq ölkəyə gətirilməsi istiqamətində zəruri addımlar atılmır? “Ağzını söyüşlə açıb, söyüşlə yuman Manaf nəyə arxayındır?”, “Özünü toxunulmaz şəxs kimi gösətərən Manafın məsuliyyətdən uzaq qalması çoxmu uzun çəkəcək?” və sairə kimi suallara bu gün sosial şəbəkələrdə tez-tez rast gəlinir.
 
Qeyd edək ki, Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə cinayət işi açılıb. Adı çəkilənlər təqsirləndirilən şəxs qismində cəlb ediliblər və Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Onların barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.

Amma...

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_129503901_297087781616359_4564746558935741353_n.jpg
 
Manaf Cəlilzadə hələ də Youtube pəncərəsindən dölətimizə barmaq silkələyir, dövlət siyasətinin ayrı-ayrı konturları ətrafında təhrif olunmuş fikirlər dilə gətirir və bu yöndə fəaliyyətini getdikcə daha da genişləndirdiyi halda, onun adına barələrində cinayət işi açılmış şəxslərin sırasında rast gəlmirik. Doğrudan da maraqlıdır, Manafı Orduxandan, Turaldan, Rafaeldən və s. fərqləndirən nədir? O, hətta bir çox hallarda daha təhlükəli çağırışlara müəlliflik edir, vəzifəli şəxslərə qarşı daha ağır təhqirlərə yol verir. Görünür məsuliyyətdən kənarda qalmasının nəticəsidir ki, M.Cəlilzadə xəyanətkar fəaliyyətini daha da genişləndirir, canlı yayınlarının sayını artırır, insanları hüquq-mühafizə orqanlarının əməkdaşları ilə açıq qarşıdurmalara çağırır. Özünü o qədər rahat və arxayın hiss edir ki, hər yeni çıxışında daha təhlükəli fikirlər dilə gətirir və daha ağır cinayət əməli kimi qiymətləndirilə biləcək çağırışlar yayır. Belədə vətəndaşlar – sosial şəbəkə istifadəçiləri narahatlıq ifadəsi olan bir sıra suallara cavab axtarmalı olurlar: 
 
- Harandır bu cəsarət? 
 
- Manafın fəaliyyəti, barələrində cinayət işi açılmış, interpolun axtarışında olan məlum blogerlərin əməllərindən daha təhlükəli olduğu halda, niyə onun məsuliyyətə cəlb olunması yönündə tələb olunan hüquqi prosedurlar hələ də müçahidə olunmur? 
 
- Niyə ona hələ də “gözün üstə qaşın var deyən yoxdur?” 
 
İnanırıq ki, müvafiq qurumlar Manaf Cəlilzadənin də əməllərinə görə cəzalandırılması istiqamətində zəruri addımları atacaqlar.

Missiya.Az


16 Yanvar 2021 "İnanırıq ki, qardaş ölkələr tezliklə bizi tanıyacaq" - Şimali Kiprin Bakı təmsilçisi
16 Yanvar 2021 “Prezidentin Şuşaya səfəri xalqımızın qalibiyyət ruhunu daha da yüksəltdi” – Ramin Əhmədov
16 Yanvar 2021 Prezidentin köməkçisindən Azərbaycanın aldığı vaksinlərlə bağlı açıqlama
16 Yanvar 2021 Şahmar Mövsümov: "Hamımız peyvəndləməyə cəlb olunacağıq"
16 Yanvar 2021 SMS-icazə ləğv olunur
15 Yanvar 2021 İlham Əliyevin Şuşa səfəri erməniləri bir-birinə vurdu – “Bu artıq sondur”
15 Yanvar 2021 Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərindən - FOTOREPORTAJ
15 Yanvar 2021 Paşinyanın ailəsi Moskvada qalmaqalla üzləşərək təhqir edildi
14 Yanvar 2021 ICESCO işğaldan azad olunan ərazilərə yeni missiya göndərəcək
13 Yanvar 2021 Azərbaycan, Pakistan və Türkiyə XİN başçıları bəyannamə imzalayıb
13 Yanvar 2021 COVID-19-la bağlı SON STATİSTİKA
12 Yanvar 2021 Medianın İnkişafı Agentliyinə direktor təyinatı olub
12 Yanvar 2021 “Paşinyan “siyasi meyitdir”, İlham Əliyev yenə istədiyini aldı” – Erməni analitiklər
11 Yanvar 2021 Azərbaycanda əhaliyə koronavirusun daha təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ
11 Yanvar 2021 Dünyada koronavirusa yoluxanların sayı 90 milyonu ötdü
11 Yanvar 2021 Bakıdan rayonlara gediş-gəliş bu tarixdə açıla bilər - DEPUTAT AÇIQLADI
09 Yanvar 2021 XİN: Ermənistanı atəşkəsə əməl etməyə, təxribata son qoymağa çağırırıq
09 Yanvar 2021 Milli Məclisə hücum edənlər güllələnsəydi... – ABŞ polisinin silahı da “demokratikdir”?
09 Yanvar 2021 Hündürlüyü iki metr olan "Şuşa" yazısı hazırdır
09 Yanvar 2021 Rusiya Donald Trampa yeni mübarizə meydanı təklif etdi - "Odnoklassniki"