b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_koronavirus-vyyavlen-v-72-stranakh-chislo-zabolevshikh-prevysilo-90-tysyach-chelovek.jpg

Azərbaycanda COVİD-19 virusunun artım dinamikası həyacan təbili çalmağa əsas yaradır. Yoluxmanın artmasına səbəb kimi, həm fəsilə uyğun olaraq soyuq havaların müşayət olunmasını, həm də geridə qoyduğumuz Vətən Müharibəsi ilə bağlı yaşanan qələbəliklər, dəfn mərasimləri və s. kimi tədbirləri göstərmək olar.

Müharibə şəraitinə uyğun olaraq tətbiq olunan komendant saatının da vəziyyətin heç olmasa stabil qalmasına kömək etmədiyinin şahidi oluruq. Açıq demək lazımdır ki, vətəndaşlarımızın böyük əksəriyyəti müəyyən olunmuş qaydalara hələ də riayət etmir, elemantar sosial məsafə tələblərini pozur, maska taxmaqdan imtina edir. Bu isə heç şübhəsiz ki, epidemioloji vəziyyətin ağırlaşmasına gətirib çıxarır.  Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Əlbəttə, bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün olduqca zəruri addımdır.

Biz nəyi bilirik?

Koronavirusun yeni-yeni “ayaq açdığı” mərhələdə dünya iki yolu tutdu.

Birincisinə Çin modeli deyilən, şiddətli karantin tədbirləri, hərəkət məhdudiyyətləri, özünü təcrid etmək, məcburi maskalar taxmaq, dezinfeksiya, insanların toplu yığışdığı məkanlarda məhdudiyyətlər aiddir.

İkincisi, İsveç modeli - sərbəst hərəkət, sərbəst toplaşmaq azadlığı, davam edən iqtisadi fəaliyyət, eyni zamanda, fərdi qoruyucu tədbirlərin təşviq edilməsidir.

Hazırda ölkəmizdə demək olar ki, ikinci variant tətbiq olunur. Lakin bunu davam etdirmək mövcud təhlükəli vəziyyətə adekvat deyil.

İsveç əhalisinin intizamı...

İsveç ilkin dövrlərdə böyük ölüm statistikası ilə fərqlənirdi. Ancaq tədricən ölkədə virusdan ölüm sayı ciddi şəkildə azalmağa başladı. Bu günə qədər İsveçdə koronavirus infeksiyası diaqnozu qoyulmuş insanların sayı 96.145 nəfərdir. 5883 nəfərin isə dünyasını dəyişib. İyun ayının ortalarına qədər gündə orta hesabla 50 nəfər ölürdüsə, indi bu rəqəm sıfıra düşüb. Bu statistikaya müraciət etməkdə məqsdədimiz İsveç əhalisinin, Azərbaycan kimi, 10 milyon olmasıdır. Ümumiyyətlə, COVİD 19 pandemiyası ərzində ən çox müzakirə olunan ölkələrdən biri, virusa qarşı tədbirlərdə olduqca “soyuqqanlı” görünməyə çalışan İsveç oldu. Amma və lakin, bu soyuqqanlı tədbirlərin altında da müəyyən ehtiyat tədbirlərinin olması və bu ölkədə yaşayan insanların olduqca məsuliyyətli davranması heç kəsə sirr deyil. Hökumət tərəfindən isveçlilərin gündəlik həyatında demək olar ki, heç bir dəyişiklik edilməsə də, insanlar təhlükəsizlik məsələlərinə xüsusi önəm verirlər. Ölkə əhalisi ictimai yerlərdə daha az olmağa çalışır, gigiyenik vasitələrdən maksimum istifadə edir, “məsafədən iş” prinsipinə üstünlük verirlər. Ümumiyyətlə, İsveç nümunəsinin əsas özəlliyindən biri odur ki, vətəndaşlar hökumətin sərt tədbirlərə əl atmasına şərait yaratmırlar. Başqa sözlə, bu ölkədə epidemoloji vəziyyətə vətəndaşların özləri nəzarət edir. İsveçin baş epidemioloqu Anders Tegnell qeyd edir ki, rəsmi məhdudiyyətlər olduğu kimi, könüllü məhdudiyyətlər daha çox işləməlidir: “Bizdə bu işlədi".

Təhlükəli gedişat – Nə etməli?

Bəs Azərbaycanda vəziyyət necədir? Azərbaycanda yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması təbii olaraq gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir. Vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45 000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməsə, aktiv xəstələrin sayı 90.000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır.

Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000 - 6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Koronavirus bəlasına qalib gəlməyin başlıca yolu.

Seçim öz əlimizdədir. Ya qaydalara riayət edərək, həm sosial vəziyyətimzi, həm də ənənəvi gündəlik rejimimizi qorumalı, ya da epidemioloji vəziyyətin faciəvi hal almasına imkan verməmək üçün təcili qapanmalara getməliyik. Ötən dövr ərzində Azərbaycan hökuməti koronavirusla mübarizə istiqamətində bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, eləcə də həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb. Bu günə qədər virusun yayılmasının qarşısını almaq məqsədilə sərt məhdudiyyətlər tətbiq olunub. Məhz bunun nəticəsində xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insanlara sosial-psxoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir. Görünən odur ki, yumşaq qapanmalar insanlarımızı daha da məsuliyyətsizliyə sövq edir. Hamı bilməlidir ki, vəziyyət belə davam edərsə, sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlər qaçılmaz olacaq. Gəlin vətəna müharibəsində olduğu kimi, COVİD-19-la mübarizədə həmrəy olaq, birlik nümayiş etdirək. Bacardıqca könüllü qapanmalara getməli, müəyyən olunmuş qaydalara hamılıqla riayət etməliyik. Koronavirus bəlasına qalib gəlməyin ən başlıca yolu dövlət-vətəndaş əməkdaşlığından keçir. Biz birlikdə güclüyük!

 

Lamiyə Rövşənqızı

Missiya.Az



15 Yanvar 2021 Akopyanın Moskva səfərinin təfərrüatı: 10 silahlı mühafizəçi ilə alış-veriş edib - FOTO
15 Yanvar 2021 Mehriban Əliyeva: "İşğaldan azad olunan qədim Şuşa şəhərimizdə olmağımdan çox xoşbəxtəm"
15 Yanvar 2021 İlham Əliyev Vaqif türbəsini ziyarət edib
15 Yanvar 2021 Güllələnmiş heykəllər Şuşaya qaytarıldı - Fotolar
15 Yanvar 2021 Putinlə Paşinyan arasında söhbətin təfərrüatı məlum olub - Erməni qəzeti
15 Yanvar 2021 Mehriban Əliyeva Şuşaya səfərlə bağlı yeni paylaşım edib
14 Yanvar 2021 Paşinyanın köməkçisi: "Bilirsiniz ki, Qarabağ Azərbaycan ərazisidir" - VİDEO
14 Yanvar 2021 Vüqar Səfərli həbs edildi - RƏSMİ
14 Yanvar 2021 Rusiya Paşinyanı niyə hakimiyyətdə saxlayır? - Erməni ekspert Moskvanın planını AÇIQLADI
14 Yanvar 2021 "Paşinyanın Moskva səfəri həm siyasi-diplomatik, həm də etik baxımdan biabırçılıqdır" - Erməni mediası
14 Yanvar 2021 Putin Paşinyanı 1 həftə karantində saxlayıb - İDDİA
14 Yanvar 2021 İşğaldan azad edilmiş Füzulinin daha bir kəndindən görüntülər - VİDEO
14 Yanvar 2021 Tramp ABŞ-ın iki dəfə impiçment elan edilən ilk prezidenti oldu
13 Yanvar 2021 Medianın İnkişafı Agentliyi jurnalistikaya körpü olsun - Buzlar əriyir
13 Yanvar 2021 İCESCO-nun Baş direktoru Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
13 Yanvar 2021 “Azərbaycanın növbəti hədəfi Ermənistanı nəzarət altına almaqdır” – Erməni ictimaiyyəti təşviş içində
13 Yanvar 2021 ICESCO-nun Baş direktoru Azərbaycan Prezidentinə Qələbə münasibətilə xatirə hədiyyəsi verib
13 Yanvar 2021 Türkiyə nüvə silahı əldə edəcək? - Pakistanla gizli danışıqlar iddiasına REAKSİYA
12 Yanvar 2021 "Ölmüş əsgərin ailəsi mənimlə şəkil çəkdirmək istəmirsə, görüşə getmirəm" - Paşinyanın arvadı
12 Yanvar 2021 “Ay axmaq, sənin yolların kimə lazımdır?” – 11 yanvar bəyanatına erməni baxışı