b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1606824166_parad.jpg
Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək.
 
Missiya.Az xəbər verir ki, hərbi mənbələrdən Modern.az-a verilən məlumata görə, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.
 
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı Modern.az-a danışıb.
 
O, paradın tarixi barədə hələlik məlumatsız olduğunu deyib:
 
"Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildirmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik.
 
Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə olacaq, bunu rəsmi qurumlar açıqlayacaqlar”.
 
Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:
 
"Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyi ilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.


16 Yanvar 2021 Rusiya Müdafiə Nazirliyindən Qarabağda son vəziyyətlə bağlı məlumat
16 Yanvar 2021 Hikmət Hacıyev: Respublika Veteranlar Təşkilatı qarşısında ciddi vəzifələr dayanır
16 Yanvar 2021 Ağdamın Şelli kəndindən görüntülər
15 Yanvar 2021 Gürcüstandan 250 Azərbaycan vətəndaşı təxliyə edilir
14 Yanvar 2021 380 yeni yoluxma faktı qeydə alınıb
13 Yanvar 2021 Füzulinin Ələsgərli kəndindən görüntülər
13 Yanvar 2021 Abdullah Gül : "Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bizi son dərəcə məmnun edib"
13 Yanvar 2021 Vaksinasiya ilkin mərhələdə yalnız dövlət xəstəxanalarında ediləcək
13 Yanvar 2021 Koronavirus peyvəndi ölümə səbəb ola bilərmi?
11 Yanvar 2021 Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
11 Yanvar 2021 Ersin Tatar BMT Baş katibinin xüsusi nümayəndəsi ilə görüşəcək
09 Yanvar 2021 “Türkiyə-Naxçıvan qaz istehsalının inşasına başlayacağıq” - Fatih Dönmez
09 Yanvar 2021 DİN: 2 258 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb
09 Yanvar 2021 Azərbaycan nefti bahalaşıb: 56 dollara çatır
09 Yanvar 2021 Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar
08 Yanvar 2021 Sədaqət Vəliyeva: İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin dayanıqlılığına və inkişafına nail olunub
08 Yanvar 2021 Baş prokuror müşavirədə çıxış edib
07 Yanvar 2021 Fransa mətbuatında Azərbaycan həqiqətləri barədə geniş məqalə dərc olunub
07 Yanvar 2021 İlham Əliyev koronavirus peyvəndindən danışdı: "Bütün kontraktlar imzalanıb"
06 Yanvar 2021 Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir (VİDEO)