|
![]() |
Fransadan Dağlıq Qarabağa döyüşə gələn erməni muzdlu Ermənistan mətbuatına açıqlamasında Azərbaycan əsgərlərinin şücaətindən danışıb.
Missiya.Az xəbər verir ki, erməni muzdlu “İrəvan Today” kanalına müsahibəsində Azərbaycan əsgərlərinin əsasən gecə və dumanlı havalarda hücumlar həyata keçirdiklərini deyib.
Erməni döyüşçü bildirib ki, Azərbaycan əsgərlərinin gəldiklərini müəyyənləşdirmək üçün səngərlərin önünə cipsi tökürmüşlər: “Onların gəlişi, ölüm mələyinin gəlişi kimi idi. 3-4 nəfərlə gəlirdilər, səngərdə 20-30 silahlı erməni əsgərini öldürüb gedirdilər. Öldürdükdən sonra anidən yox olurdular. Onları gecə ova çıxan ac qurtlara bənzədirdik”.
Düşmən əsgəri erməni döyüşçülərin döyüş meydanından qaçması barədə danışıb. O bildirib ki, erməni əsgərlərin döyüş meydanından qaçması ilə bağlı yayılan xəbərlər düzdür: “1500 nəfər erməni əsgərin 5-6 nəfər Azərbaycan əsgərinin qarşısından qaçdığını deyirlər və bizi ittiham edirlər. Düzdür, biz qaçırdıq. Əgər qaçmasaydıq, öləcəkdik”.
Erməni əsgər Şuşa döyüşlərindən də danışıb. Onun sözlərinə görə, Ermənistan əsgərləri azərbaycanlı döyüşçüləri Şuşa yolu tərəfindən gözləyiblər: “Biz onları yol tərəfdən gözləyirdik, amma bir də baxdıq ki, artıq aramızdadırlar. Qorxunc bir döyüş idi”.
Əsgər bildirib ki, daha döyüşmək istəmir: “Məlumatlar var ki, Qarabağı geri qaytarmaq üçün yeni müharibə olacaq. Amma bu müharibəni görən heç bir əsgər və zabit Qarabağda döyüşmək istəmir”.
Elvin
Missiya.Az