Ermənilərə Laçını tərk etmək üçün noyabrın 30-u saat 18:00-a qədər vaxt verilib.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərinə illərdir ərazidə qanunsuz məskunlaşmış ermənilər məlumat veriblər.
Yerli xəstəxananın mühasibi Meri Melikyan deyib ki, onlar evdən yalnız vacib əşyaları çıxarıblar: “Qalan nə varsa saxladıq, ümid edirdik ki, qayıdacağıq. Amma belə görünür ki, artıq geri qayıda biıməyəcəyik. Məlumatlar gəzir ki, buranın meri də azərbaycanlı olacaq”.
Missiya.Az ermənilərin laçını boşaltması prosesini əks etdirən qısa süjeti təqdim edir.