vdgffhgjgjghj.JPG

Bu gün Qarabağdakı qondarma rejim “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın “döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını” açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə “sıraya qayıdacaq”.

Missiya.Az xəbər verir ki, "Virtualaz.org" hərbi cani Cəlal Arutyunyanın doğrudan da “sıraya qayıtdığını” təsdiq edən sensasion videokadrlar əldə edib və belə məlum olub ki, bu qondarma “komandan” əslində indiyədək ordumuzun Qarabağda məhv etdiyi digər hərbi canilərin sırasına “qayıdıb”.

Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Cəlal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitin də məhv edildiyi görünür.

Azərbaycan hakimiyyəti Cəlal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.

Azərbaycan hakimiyyəti bütün hərbi caniləri silahı yerə qoymağa və qanuni hakimiyyətin tələblərinə tabe olmağa çağırır. Əks halda Azərbaycan dövləti “Qisas” əməliyyatını davam etdirmək və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində digər hərbi caniləri də məhv etmək haqqını özündə saxlayır.

Qeyd edək ki, antibəşəri və terror cinayətləri törətmiş hərbi canilərin, cinayətkarların məhv edilməsi praktikasından ABŞ, İsrail, Rusiya, Türkiyə və digər qabaqcıl ölkələrin xüsusi xidmət orqanları, xüsusi təyinatlı qüvvələri istifadə edirlər.


03 Dekabr 2020 Bakıda Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaq – SƏRƏNCAM
03 Dekabr 2020 Azərbaycan Vətən Müharibəsində nə qədər şəhid verib? - RƏSMİ AÇIQLAMA
03 Dekabr 2020 Yeni mərhələdə yeni inkişaf imkanları: Dövlətimizə güvənməli, birliyimizi qorumalıyıq – Ramin Əhmədov
02 Dekabr 2020 DiktatorTV-nin təhlükəli fəaliyyəti: Manaf Cəlilzadəyə qarşı cinayət işi niyə açılmır?
02 Dekabr 2020 Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02 Dekabr 2020 Şəhid olduğu deyilən əsgər sağ qayıtdı - Kəşfiyyatçı ilə müsahibə - VİDEO
01 Dekabr 2020 Prezident İlham Əliyev xalqa müraciət edib
01 Dekabr 2020 Ermənilər İsveçrədə "Qarabağ" restoranına hücum edib - VİDEO
30 Noyabr 2020 Bu gün Laçın işğaldan azad edilir
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçına girir - VİDEO
30 Noyabr 2020 Erməni əsgərin döyüşlərlə bağlı etirafı: "Onların gəlişi, ölüm mələyinin gəlişi kimi idi, qaçırdıq"
30 Noyabr 2020 Paşinyan hakimiyyətini itirə bilər - Prezident Sarkisyan baş nazirə qarşı çıxdı
27 Noyabr 2020 Azərbaycan hərbçiləri Zod qızıl mədəni ətrafında - Paşinyandan reaksiya - VİDEO
27 Noyabr 2020 Paşinyan ölkədə çevriliş ehtimalından danışdı: “Qan tökməyə çalışırlar” – “Qarabağ klanına” açıq işarə
27 Noyabr 2020 Ermənilər Laçını belə boşaldır – Noyabrın 30-na qədər vaxt verilib - VİDEO
27 Noyabr 2020 Allahverdi Bağırovun qızları 27 il sonra onun qəbrini ziyarət etdi - VİDEO
26 Noyabr 2020 Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
25 Noyabr 2020 Ordumuz Kəlbəcərə hansı istiqamətlərdən daxil olub? - AÇIQLAMA
24 Noyabr 2020 Kəlbəcərin girişində olan "Artsax" sözü götürüldü
24 Noyabr 2020 Sonuncu erməni ailəsi də Kəlbəcəri tərk etdi – Qəbir daşlarını da aparırlar – VİDEO