b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_87965997-EDF6-47FA-87CD-29F2F4AE9AC1jpeg-1603653836.jpeg

Prezident İlham Əliyevin xalqa son müraciəti də əvvəlki çıxışları kimi xeyli diqqətçəkən məqamlarla yadda qaldı. Ölkə başçısının çıxışındakı məqamları təhlil etdikdə aydın olur ki, ermənipərəst dövlətlər müharibənin dayandırılması, işğal prosesini uzadılması və İrəvanı xilas etmək üçün bütün çirkin üsullara əl atırlar. Müharibə təkcə Qarabağda getmir – Dövlətimiz həm də diplomatiya meydanında savaşır, dünyanın ədalətsiz kəsminin təhdidləri qarşısında dirəniş və qətiyyət göstərir.  

Ölkə başçısından sitat:  “Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun. Şuşada, Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa, gündə beş-altı dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və biz haqqı, ədaləti müdafiə edirik”.

Dövlət başçısı çıxışında qeyd edib ki, Azərbaycan qan tökmək istəmir, 3 dəfə əldə olunan humanitar atəşkəsi pozan Ermənistandır. Bu isə o deməkdir ki, Azərbaycan Ermənistanın hücumlarını dəf etmək üçün adekvat tədbirlər görmək məcburiyyətindədir.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_4123389.jpg

Prezidentdən sitat: “Hüquqi baza bizə imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq və torpaqlarımızdan rədd edək. Biz yolumuza davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, bizim torpaqlarmızdan rədd olsun, çıxsın. Biz sona kimi gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq və qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və güclüyük”.

Hərb meydanındakı uğurlarımız Ermənistanın havadarlarını daha da qıcıqlandırır. Bu qüvvələr müxtəlif təzyiq vasitələrinə əl ataraq Bakını geri çəkilməyə məcbur etmək istəyirlər. Amma həmin dövlətlər anlamırlar ki, Azərbaycan heç vaxt hansısa güncün diqtəsi və təzyiqi ilə siyasət yürütməyib və bundan sonra da geri addım atmayacaq.

Prezident Dağlıq Qarabağda atəşkəs istəyənlərə, Azərbaycanı müxtəlif vasitələrlə təhdid edənlərə növbəti dəfə sərt mesaj da göbndərib.

O bildirib ki, Azərbaycanı başladığı haqq işindən heç bir güc dayandıra bilməz və bizə qarşı hər hansı aqressiya olarsa, Türkiyə F16 qırıcılarını görəcəklər.

Prezidentdən sitat: “Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, baxın görün  F-16 nə edir: havadadır ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_231942_srcfddddf.jpg

Dövlət başçısının F 16 bəyanatı heç şübhəsiz ki, sözgəlişi dilə gətirilməyib. Bu o deməkdir ki, Azərbaycana qarşı hər hansı real hərbi təhdid hiss olunarsa, Türkiyə Azərbaycana hərbi dəstək vermək üçün əməli işə başlayacaq. Hələ ki, belə bir addıma ehtiyac yoxdur. Amma Prezident öz çıxışında Türkiyənin F16 qırıcıları ilə bağlı danışarkən, onların həm də səmada görünə biləcəyinə açıq işarə etməklə, Azərbaycanı dayandırmaq üçün təzyiq edənlərə, Ermənistanın tərəfini tutanlara ciddi bir xəbərdarlıq göndərmiş oldu. Yəni ki, Azərbaycana yönəlik hər hansı hərbi hərəkətə yol verilərsə, qarşınızda Azərbaycanla yanaşı, Türkiyəni və onun Silahlı Qüvvələrini görəcəksiz. Bu həm də o deməkdir ki, Azərbaycan Dövləti Ordusunun əks hücum əməliyyatına kimin hansı reaksiya verəcəyini, kimin hansı addım atacağını da dəqiqiliklə hesablayıb. Prezident demək istədi ki, bizim bütün variantlara hazırlığımız var.

Onu da qeyd edək ki, Türkiyə rəsmiləri Azərbaycanı həm siyasi, həm də döyüş meydanında dəstəkləyəcəklərini, köməyə hər zaman hazır olduqlarını dəfələrlə bəyan ediblər.

Hazırda Azərbaycan Ordusu döyüş meydanında, siyasi rəhbərlik isə diplomatiya meydanında uğur missiyasını böyük məharətlə yerinə yetirir.  Odur ki, Ermənistanın havadarları Prezidentin bu xəbərdarlığından nəticə çıxarmalı, ölkəmizə qarşı sərgilədikləri ədalətsiz mövqeyə düzəliş etməlidirlər.

Missiya.Az


24 Noyabr 2020 Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ
24 Noyabr 2020 Bərdədən Ağdama dəmir yolu xətti çəkiləcək - SƏRƏNCAM
24 Noyabr 2020 Putindən Qarabağla bağlı yeni açıqlama
24 Noyabr 2020 Kəlbəcərin girişində olan "Artsax" sözü götürüldü
24 Noyabr 2020 Sonuncu erməni ailəsi də Kəlbəcəri tərk etdi – Qəbir daşlarını da aparırlar – VİDEO
23 Noyabr 2020 “Şuşa uğrunda döyüşlərdə bizə elə bil ilahi güc gəlmişdi” – Xüsusi təyinatlı Həmid Əhmədov
23 Noyabr 2020 İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı - RƏSMİ
21 Noyabr 2020 Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib
21 Noyabr 2020 Lavrov: “Qarabağla bağlı bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir”
21 Noyabr 2020 Sergey Şoyqu Bakıya gəlib
21 Noyabr 2020 Azərbaycanın Xalq artisti vəfat etdi
20 Noyabr 2020 Mehriban Əliyevadan Ağdam təbriki
20 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxma sayında yeni antirekord
20 Noyabr 2020 “Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu
20 Noyabr 2020 Prezident İlham Əliyev: "Bütün ağdamlıları ürəkdən təbrik edirəm"
20 Noyabr 2020 Prezident xalqa müraciət edib - CANLI
20 Noyabr 2020 Əhali Ağdamın azad olunması belə qeyd edir - VİDEO
19 Noyabr 2020 Bu gün Ağdam işğaldan azad edilir
19 Noyabr 2020 “Ermənilərin törətdiyi ekoloji terror bütövlükdə region üçün ciddi təhlükə yaradır” – Ramin Əhmədov
19 Noyabr 2020 NATO-nun ən güclü ordularının adı açıqlanıb