b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_639393ggg.jpg

Müasir dövdə uğurlu xarici siyasət müəyyənləşdirmək və həyata keçirmək olduqca çətindir. Burada həm dövrün geosiyasi, iqtisadi, mədəni mürəkkəblikləri və ziddiyyətlərini, həm də regionun özəlliklərini, konkret ölkənin tarixi təkamül xüsusiyyətlərini nəzərə almaq lazımdır. Lakin bu da kifayət etmir. Xarici siyasət kursunu formalaşdırmaq prosesində başlıca məqam vahid məqsədi müəyyənləşdirmək və çoxlu sayda elementdən ibarət nəhəng sistemi həmin məqsədə xidmət istiqamətində çalışdırmaqdır. Obrazlı desək, xarici siyasətlə məşğul olan adamın iki yolu var. Hər iki yolda o çalışıb qalib gəlməlidir. Böyük siyasətçi dövlət xadimi U.Çörçil bu barədə deyib: “ Heç zaman, heç zaman, heç zaman təslim olmayın”. Elə biz də təslim olmadığımız və addım-addım qələbələrimizə doğru irəlilədiyimiz yola nəzər salmaq istədik. Məğlub bir ölkəni qalib bir dövlətə çevirən mükəmməl siyasətin müəllifləri, fitnə-fəsad oyunbazları, qurulan tələlər və daha nələr, nələr..

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dgfgrgrtrtrtrt.jpg

Əvvəlcə ondan başlayaq ki, elə bu günlərdə - 19 oktyabr 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransa tərəfindən TŞ Prezidentinin (rotasiya qaydasına uyğun olaraq oktyabr ayı üçün Rusiyadır) bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdır. Qətnaməni nə üçün qəbul etdirmək istədiklərini və mahiyyəti barədə aşağıda qeyd edəcəyik. Hələliksə, zərrə qədər hörmət qoyulmayan, qərarları heçə sayılan BMT-dən danışaq. BMT-nin və digər beynəlxalq təşkilatların fəaliyyəti çoxtərəfli diplomatiyanın  inkişafına xidmət etməlidir. Burada qəbul olunan qərarlar iştirakçıların razılaşdırdığı xüsusi prosedurlar əsasında həyata keçirilir; iştirakçıların mövqeyi fikir mübadiləsi, açıq çıxışlar və şəxsi görüşlər əsasında işlənib hazırlanır; qərarlar ya məcburi qüvvəyə malik olan, ya da tövsiyə xarakteri daşıyan hüquqi aktlar formasında qəbul edilir. Hazırlanır, qəbul edilir və həyata keçirilir. Çox sadə və asan fəaliyyət istiqaməti.Təbii ki, icra edən, icra olunmasına nəzarət edən də olsa, lap əla olardı. 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası,1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilmişdir. Tarixə fikir verin. 2 mart 1992-ci il. Yəni, bu o tarixdir ki, bütün dünyanın gözləri qarşısında tam 1 həftə öncə 26 fevral 1992-ci ildə Xocalı şəhərində erməni faşistləri azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımını törətmişdilər. BMT üzvlüyü Azərbaycana bərabərhüquqlu üzv kimi beynəlxalq ictimaiyyətə qovuşmaq və Təşkilatın Nizamnaməsində əks olunmuş mexanizmlərdən istifadə edərək, öz təhlükəsizliyi və rifahını təmin etmək və eləcə də beynəlxalq sülh və inkişafa töhfə vermək üçün əməkdaşlıq etmək imkanını açmalı idi. Yenicə müstəqillik qazanmış bir dövlətin ən çətin, terrorla üz-üzə qaldığı bir məqamda belə bir ali təşkilata üzv olması, bir ümid işığı, közərən bir qığılcım olsa da, dünya bu dəhşətə göz yumdu. Susdu, kor oldu. Biz isə dözdük, səbr etdik...

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_gfgghhghhjhggh.jpg

Sülh və təhlükəsizlik istiqaməti üzrə Azərbaycan-BMT əməkdaşlığında ən ümdə məsələ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Ermənistanın davam edən güc tətbiqinə son qoyulmasına və ölkənin ərazi bütövlüyünün təmin olunmasına beynəlxalq dəstək əldə etmək idi. Və yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və səyi nəticəsində  Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm BMT sənədləri Təhlükəsizlik Şurasının 822- (30 aprel 1993), 853- (29 iyul 1993), 874 – (14 oktyabr 1993), 884- (12 noyabr 1993) saylı qətnamələri qəbul olundu. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələb edilirdi. Həmin qətnamələr illərdir ki, yalnız kağız üzərində, icrası dondurulmuş vəziyyətdə qaldı. Və ən maraqlısı odur ki, 19 oktyabr 2020-ci ildə  ortaya atılan bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən  822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almadı. Bəyanat layihəsini yayan həmsədrlərin təmsil olunduğu ATƏT-in Minsk qrupu ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgə yaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra etməlidir. İcra edirmi və ya bu 30 ilə yaxın müddətdə icra etdimi? Əlbəttə ki, xeyr!

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_gfgfgfgf.jpg

Bu illər ərzində Azərbaycan qonşu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşmüş 1 milyona yaxın vətəndaşına  təkbaşına himayədarlıq etdi. Sözdə atəşkəs elan olunmuş münaqişənin əzablarına təkbaşına qatlandı. Bu illər ərzində Azərbaycan tərəfi minlərlə şəhid verdi.Bunların arasında hərbi qulluqçularla yanaşı mülki vətəndaşlar, körpələr, qadınlar da var idi. Dünya göz yummağa, ATƏT rəsmiləri isə vaxt keçirməyə davam etdi. Hərdən mənasız, kəsəri olmayan bəyanatlarla çıxış etsələr də, bunun yalnız gözdən pərdə asmaq üçün olduğunu hər kəs gözəl anlayırdı. Və artıq istər diplomatiya, iiqtisadi əməkdaşlıq, hərbi güc, istərsə də kəşfiyyat və xarici siyasi təbliğat sahəsində düşünülmüş və düzgün hesablanmış kurs seçən Azərbaycan ona qarşı yönəlmiş haqsızlığa son vermək missiyasını həyata keçirməyə qərar verdi. Bu, ölkəmizi bütün dünyada səsi, sözü, imzası keçərli, qüdrətli bir dövlətə çevirən Azərbaycan Respublikasının prezidenti, tarix yazan sərkərdəsi İlham Əliyevin uğurlu siyasətinin təntənəsi, siyasi qələbəsi idi. Uzaggörən ölkə başçımız TŞ-nın tamamilə mənasız bir quruma çevrildiyini hiss edir, bu təşkilatın  anti-demokratik bir qurum olduğunun fərqinə varmışdı. Açıq aydın görünürdü ki, TŞ daimi üzvlərinin girovuna çevrilib və bu qurumun  daimi üzvləri ancaq çirkin siyasi konyuktura ilə məşğul olurlar. Bu çirkin oyunların fonunda cənab İlham Əliyevin  daha böyük, daha uzağa düşünülmüş hesablarından xəbərsiz olan maskalanmış simasızlar unudurdular ki, xarici siyasət mücərrəd bir məkanda icra edilmir. Siyasət konkret məkan və zaman çərçivəsində həyata keçirilir. Elə bu səbəblə, hər hansı hərbi-siyasi bloka qoşulmayan və müstəqil təhlükəsizlik siyasəti yürüdən ölkəmiz BMT-dən sonra ən çox dövləti öz sıralarında birləşdirən siyasi platforma olan Qoşulmama Hərəkatının əməkdaşlıq prinsiplərinə bağlı olduğunu elan edərək 2011-ci il mayın 26-dan etibarən qurumun tamhüquqlu üzvünə çevrildi...

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_15719-1571996594.jpg

Hərəkatın işində fəal şəkildə iştirak edən Azərbaycan bu platformadan, eyni zamanda, ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün səmərəli şəkildə faydalandı. Təqdirəlayiq haldır ki, ölkəmizin Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşdı və 2012-ci ildən etibarən Hərəkatın nazirlər görüşləri və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edildi. Burada Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən nazirlər konfransının açılış mərasimində çıxışı zamanı səsləndirdiyi fikirlər təşkilata üzvlüklə bağlı bütün motivləri aydın şərh edir və dillərdə əzbərə, sloqana çevrilmişdi: "Hamımız müstəqil həyat sürməyi arzulayırıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik”. Bəzən bir sıra müxalifət nümayəndələri “QH-na qoşulmaq Azərbaycanın nəyinə lazımdır”, “Nəyə görə başqa ölkələrə humanitar və maliyyə yardımlar edilir” kimi yanlış mühakimələr yürüdürdülər. Amma onlar başa düşmürlər ki, Prezident İlham Əliyevin xarici siyasət xətti ölçülüb-biçilmiş, düşünülmüş, uzunmüddətli hədəflərə hesablanmış bir xarici siyasətdir. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə QH-nın sədri seçildi. Prezident İlham ƏIiyev QH ölkələri adından koronavirusa qarşı BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etdi ki, dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi. Azərbaycan yalnız COVİD-19 ilə bağlı 30-dan ölkəyə maliyyə və humanitar yardımlar göstərdi.  Biz bu addımların nəticəsini bu gün görürük. Məlum olub ki, TŞ-də təmsil olunan məhz Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini təklif edib. Lakin həmsədr ölkələr bunun qəbul edilməz olduğunu bildirsələr də, bəyanatın iki dəfə sükut proseduru vasitəsilə qəbuluna cəhd göstərilməsinə baxmayaraq QH ölkələri prinsipial mövqe nümayiş etdirərək TŞ qətnamələrinə istinadın yer almasında təkid ediblər. Yalnız bundan sonra həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkməyə məcbur qalıblar. Maraqlıdır ki, Dağıq Qarabağın separatçı rejiminə, Ermənistanın terror siyasətinə göz yuman ATƏT həmsədrləri Ermənistan kimi biçarə dövləti müdafiə etməklə, nəyə ümidlidirlər? Son 25 ildə ilk dəfə idi ki, Qarabağ məsələsi TŞ-də müzakirə olunurdu. Həmsədrlər bu bəyanat layihəsini - atəşkəsə nail olunması, danışıqların aparılması kimi şablon, çeynənmiş fikirlərin əks olunduğu  məzmunsuz, ünvansız, işğalçı və işğala məruz qalan ölkə arasında fərqin  qoyulmadığı bir cızmaqaranı dünya ictimaiyyətinə hansı üzlə təqdim etmişdilər? Öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilməyən həmsədrlər ortaya qoyduqları bu münasibətlə bir daha özlərini ifşa etdilər.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_15375785802055723670_1000x669.jpg

Azərbaycan 27 ildən sonra Ermənistanın hərbi təcavüzünə cavab olaraq başladığı əks-hücum əməliyyatları ilə Füzuli, Cəbrayıl, Zəngilanı işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin bir hissəsinin icrasını özü təmin edə biləcəyini bütün dünyaya sübut etdi. Diz üstə çökərək dünya liderlərinə - əsasən də Minsk qrupu üçlüyünə yalvaran Nikol Paşinyan  timsah göz yaşları ilə dünya ictimaiyyətini aldadacağını düşünür. Azərbaycan ordusu tərəfindən dərisi boğazından çıxarılmış Ermənistan - bir tülkünü, onun harayına qaçıb səs-küy yaratmaq istəyənlər isə çaqqal sürüsünü xatırladır.Humanizmdən danışmağa haqqı olmayan bu dövlətlərin hər birində Qarabağda yerləşdirdikləri separatçı rejimin nümayəndəlikləri var. Elə məhz bu üçlük bütün fəlakətlərin memarı və baş rolunun ifaçısıdr. Bu gün Njde kimi bir üzdəniraq faşistin heykəlinə və ideologiyasına sitayiş edən Ermənistanı dəstəkləyənlər elə faşizmi bəsləyənlərdir. Beş-on terrorçunu qorumaq naminə, 780 min nəfərin təbii haqlarını pozmağın beynəlxalq qanunlarda adı nədir? Bu insanlar 27 ildə heç bir irəliləyiş əldə olunmayan danışıqların fonunda əziyyət çəkməkdə davam edirlər.Bunu görməzdən gələnlərin insani keyfiyyətləri yoxdursa, heç olmasa sussunlar!Azərbaycan xalqı öz haqqını əldə edəcək.

Daha bir qazancımız isə dostlarımızı və düşmənlərimizi saf-çürük etmək şansıdır. Bu gün qondarma “demokrat” Nikol Paşinyanın oyunbazlığı sayəsində yeni bir müharibə ocağı alovlanıb. Babası faşizmə köpəklik etmiş Nikolun dəstəkçiləri arasında əsil demokratlar gözə dəymir. “Qoca qarının cavan əri”, xəstə təxəyüllü Makron, altdan-altdan erməniyə qaz verən Putin və erməni diasporunun ən “xod” gedən nümayəndəsi Kardaşyandan ilhamlanan ABŞ, bir də Nikol ağılda olan 3-5 dövlət başçısından başqa heç kim gözə dəymir axı. Bizim isə liderimiz bəlli, məqsədimiz də gün kimi aydındır! Qarabağ Azərbaycandır! Bu gün Azərbaycan dövlətinin lideri 60 milyonluq azərbaycanlıların lideridir və 300 milyonluq türk dünyasının seçkinlərindəndir. Bizimlə dost qalmaq istəyənlər, siyasətlərinə yenidən baxsınlar! Biz əl uzadıb görüşdüklərimizi əməlinə uyğun qarşılayıb, yolçu etməyi də çox yaxşı bacarırıq. O ki, qaldı, bəyanata, cənab prezident demişkən, SİZİN BAŞINIZA DƏYSİN, o bəyanat!

Lamiyə RÖVŞƏNQIZI
Missiya.Az


27 Noyabr 2020 Allahverdi Bağırovun qızları 27 il sonra onun qəbrini ziyarət etdi - VİDEO
27 Noyabr 2020 Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Qarabağa gələcək
27 Noyabr 2020 Səhiyyə Nazirliyindən COVİD-19-la bağlı təhlükəli PROQNOZ
27 Noyabr 2020 Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib
26 Noyabr 2020 Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
25 Noyabr 2020 Ordumuz Kəlbəcərə hansı istiqamətlərdən daxil olub? - AÇIQLAMA
24 Noyabr 2020 Kəlbəcərin girişində olan "Artsax" sözü götürüldü
24 Noyabr 2020 Sonuncu erməni ailəsi də Kəlbəcəri tərk etdi – Qəbir daşlarını da aparırlar – VİDEO
23 Noyabr 2020 “Şuşa uğrunda döyüşlərdə bizə elə bil ilahi güc gəlmişdi” – Xüsusi təyinatlı Həmid Əhmədov
23 Noyabr 2020 İşğaldan azad edilmiş rayonlarımızda dövlət strukturları fəaliyyətə başladı - RƏSMİ
21 Noyabr 2020 Prezident İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib
21 Noyabr 2020 Lavrov: “Qarabağla bağlı bəyanatı şübhə altına almaq cəhdləri qəbuledilməzdir”
21 Noyabr 2020 Sergey Şoyqu Bakıya gəlib
21 Noyabr 2020 Azərbaycanın Xalq artisti vəfat etdi
20 Noyabr 2020 Mehriban Əliyevadan Ağdam təbriki
20 Noyabr 2020 Azərbaycanda koronavirusa yoluxma sayında yeni antirekord
20 Noyabr 2020 “Mübariz postu”na Azərbaycan Bayrağı sancan zabitimiz ata oldu
20 Noyabr 2020 Prezident İlham Əliyev: "Bütün ağdamlıları ürəkdən təbrik edirəm"
20 Noyabr 2020 Prezident xalqa müraciət edib - CANLI
20 Noyabr 2020 Əhali Ağdamın azad olunması belə qeyd edir - VİDEO