b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_livan-ermenileri4.jpg

Oktyabrın 27-də Azərbaycanla Ermənistan arasında davam edən müharibənin birinci ayı tamam olacaq.  Müharibə Azərbaycanın müqayisəsiz üstünlüyü ilə davam edir. Demək olar ki, hər gün Ali Baş Komandan, Prezident İlham Əliyev yeni ərazilərimizin azad olunduğu barədə məlumatlar paylaşır. Bu məqam Ordumuzun sürətlə irəlilədiyini, Qələbə Gününün uzaqda olmadığını deməyə əsas verir.

Ölkə başçısı bütün müsahibələrində Azərbaycanın qan tökmək istəmədiyini, münaqişənin sülh yolu ilə həll olunması üçün 26 ildən çox səbr etdiyini açıq şəkildə ifadə edir. Amma 26 il müddətində Azərbaycana sülh yolu ilə heç bir ərazi verilməyib. Nəticədə Azərbaycan güc yolu ilə status-kvonu dəyişdi və Ermənistanın 30 il ərzində qurduğu təmas xəttini qısa vaxtda darmadağın etdi. Azərbaycan Ordusunun sürətli irəliləyişi Ermənistan rəhbərliyini heç olmasa bundan sonar məntiqli davranmağa vadar etməlidir.

Müharibənin davam etdiyi bir vaxtda iki ölkənin Xarici İşlər Nazirlərinin görüşməsi  Ermənistanın beynəlxaql hüququn tələblərinin yerinə yetirməyinə hazır olub-olmamasını müəyyənləşdirmək üçün vacibdir. Rəsmi İrəvan isə döyüş meydanında məğlub olduğu halda yenə öz məkirli əməllərindən geri çəkilmir.  Ermənistan hakimiyyətinin məqsədi Azərbaycan torpaqlarından qoşunlarını çıxarmadan qalıcı atəşkəsə beynəlxalq təminat almaqdır. Rəsmi İrəvan nə qoşunları Azərbaycan ərazilərindən çıxarmır, nə də qüvvəyə minan humanitar atəşkəs rejiminə əməl edir.

Ölkə başçısı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bu məqama xüsusilə diqqət yetirib və Ermənistanın iki dəfə əldə olanan humanitar atəşkəs rejimini pozduğunu qeyd edib.
b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_dgfgfhfhg.jpg

Prezidentdən sitat: “Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar”.

Ermənistanın belə təcavüzkar addımları həm müharibəni, həm qoşunların Azərbaycan ərazilərindən çıxarılma prosesini, həm də qalıcı atəşkəs rejiminin tətbiqini uzadır. Azərbaycan Prezidenti bu məsələdə qəti mövqeyini dəfələrlə bəyan edib və bildirib ki, münaqişəyə sülh yolu ilə son qoymaq üçün Azərbaycan torpaqlarından Ermənistan qoşunları tam çıxarılmalıdır.

Prezidentin yaponiyalı jurnalistin “Ermənistan desə ki, onlar ilkin olaraq beş rayonu boşaltmağa hazırdır, Siz danışıqlara getməyə hazır olarsınızmı?” sualına verdiyi cavabdan bir daha aydın olur ki, Azərbaycan danışıqlara hər zaman hazırdır, o halda ki, Erməni qoşunları Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxacaq.

Ölkə başçısından sitat: “Azərbaycanın bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə ki, biz vaxt çərçivəsindən danışa bilərik və əsas prinsiplərdə vaxt çərçivəsi ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci, hansı mərhələdə rayonların ikinci hissəsi boşaldılacaq. Beləliklə bunu müzakirə etmək olar. Lakin aydındır ki, işğal olunmuş bütün ərazilər qaytarılmalıdır. Bu, əvvəlcədən elan olunmalıdır. Bütün azərbaycanlılar öz qədim torpaqlarına qayıtmalıdır”.

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_ffhgfjhgjgjh.jpg

Azərbaycan prezidenti müsahibəsində  münaqişənin sülh yolu üzrə nizamlanması perspektivlərinin niyə uzanması barədə konret məqamları sadalayıb:

1.Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız edir;

2.Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması idi. Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verəndə və Azərbaycanın digər şəhərlərinə gündəlik olaraq hücum edəndə, danışıqları aparmaq üçün o qədər də imkan qalmır.

Aydın olur ki, həm müharibənin başlamasına, həm də uzanmasına səbəb rəsmi İrəvanın təxribatçı fəaliyyəti, atəşkəs rejiminə əməl etməməsi, Azərbaycanın şəhərlərini bombalaması, mülki əhaliyə, hərbi mövqelərinə hücumlarının dayandırılmaması, azad edilmiş əraziləri yenidən geri götürmək üçün hücum etməsidir. Bütün hərbi təcavüz prosesi, hücumlar Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən idarə olunur. Çünki Azərbaycan şəhərlərinə atılan balistik raketlərə atəş əmrini vermək yalnız Nikol Paşinyanın ixtiyarındadır. Ona görə də Nikol Paşinyan sübut etməlidir ki, atəşkəs rejiminə əməl edəcək və Azərbaycan torpaqlarının boşaldılması üçün əməli işə başlayacaq.

Ölkə başçısı da Yaponiya mətbuatına müsahibəsində qeyd edib ki, iki dəfə imzalanan atəşkəsin pozulmasına səbəb Ermənistanın təxribatçı fəaliyyəti və hücumları davam etdirməsidir.

fgfdfgfgg.jpg

Prezidentdən sitat: “Atəşkəsə nail olmaq üçün ikinci cəhd ona görə uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən 2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə də bizim dinc şəhərlərimizə hücum etdilər. Bu səhər saat 6-dan 8-ə qədər onlar dinc əhalinin yaşadığı və ən çox ziyan görən Tərtər şəhərinə 100-dən çox raket atıblar. Onlar bizim hərbi mövqelərimizə hücum edirlər. Onlar artıq azad edilmiş əraziləri yenidən geri götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci atəşkəs cəhdindən sonra 24 saatdan az müddətdə onlar Ermənistan ərazisindən ballistik raketlə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə hücum etdilər. Bu da hərbi cinayətdir və Ermənistan hökuməti buna görə məsuliyyət daşıyacaq. Beləliklə, onlar atəşkəsi pozublar”.

İrəvan artıq anlamalıdır ki, Azərbaycanın şərtlərini qəbul etmədiyi, qoşunları işğal altında olan torpaqlardan çıxarmadığı müddətdə münaqişən mümkün deyil. Paşinyan bundan sonra regionda geosiyasi vəziyyətin əvvəlki kimi olmayacağını və Türkiyənin Qarabağ münaqişəsinin həllindəki aktiv rolunu qəbul etməlidir. Türkiyə prosesə yalnız sabitləşdirici töhfə verə bilər. Türkiyə Qafqazın hər üç ölkəsi ilə həmsərhəd olan yeganə dövlətdir. Həmçinin Türkiyə Azərbaycanla qardaş ölkədir və müttəfiqdir. Bu səbəbdən, nizamlanma prosesində Ankaranın iştirak etməsi üçün həm hüquqi, həm də coğrafi əsas var.

Ermənistan həm döyüş meydanında, həm də masa arxasında Azərbaycanın diqtəsi ilə hərəkət etmək məcburliyyətdədir. Çünki Azərbaycan Ordusu münaqişənin əsas mənbəyi olan Dağlıq Qarabağ regionunun bir çox ərazilərini azad edib. Bu isə danışıqlar prosesində Azərbaycanın mövqelərini gücləndirir. Ölkə başçısı da müsahibəsində Dağlıq Qarabağda heç vaxt referendumun keçirilməyəcəyini açıq şəkildə bəyan edib.

Prezidentdən sitat: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_724094_vxnmpj4mo9.jpg

Proseslər göstərir ki, Paşinyanın danışıqlar masasında Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu qalmayıb. O isə hələ də boş xəyallarla vəziyyəti öz xeyrinə dəyişə biləcəyini düşünür. Paşinyanın son müraciətində əhalini silaha sarılmağa, “vətəni” müdafiə etməyə səsləməsi onun reallıq hissini itirməsindən xəbər verir. Müharibənin uzanması Ermənistan üçün əlavə xərc, insan itkisi və məhv olmuş iqtisadiyyat deməkdir. Ağlı başında olan adam dərhal ordusunun işğal olunmuş ərazilərimizdən çıxarılması barədə göstəriş verər ki, heç olmasa ölkəsi qorusun.  Azərbaycan sülhə həmişə hazır olub, indi də hazırdır. Prezident dəfələrlə bəyan edib ki, sülh yalnız Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra təmin ediləcək. Odur ki, ermənilər üçün tövbə qapısı hələ də açıqdır…


Missiya.Az


02 Dekabr 2020 Hulusi Akar: "Sonadək Azərbaycanın yanında olacağıq"
02 Dekabr 2020 DiktatorTV-nin təhlükəli fəaliyyəti: Manaf Cəlilzadəyə qarşı cinayət işi niyə açılmır?
02 Dekabr 2020 Hulusi Akar: "Türkiyə-Rusiya Birgə Mərkəzinin inşası gedir"
02 Dekabr 2020 Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək
02 Dekabr 2020 Şəhid olduğu deyilən əsgər sağ qayıtdı - Kəşfiyyatçı ilə müsahibə - VİDEO
01 Dekabr 2020 Prezident İlham Əliyev xalqa müraciət edib
01 Dekabr 2020 Ermənilər İsveçrədə "Qarabağ" restoranına hücum edib - VİDEO
30 Noyabr 2020 Bu gün Laçın işğaldan azad edilir
30 Noyabr 2020 Azərbaycan Ordusu Laçına girir - VİDEO
30 Noyabr 2020 Erməni əsgərin döyüşlərlə bağlı etirafı: "Onların gəlişi, ölüm mələyinin gəlişi kimi idi, qaçırdıq"
30 Noyabr 2020 Paşinyan hakimiyyətini itirə bilər - Prezident Sarkisyan baş nazirə qarşı çıxdı
27 Noyabr 2020 Azərbaycan hərbçiləri Zod qızıl mədəni ətrafında - Paşinyandan reaksiya - VİDEO
27 Noyabr 2020 Paşinyan ölkədə çevriliş ehtimalından danışdı: “Qan tökməyə çalışırlar” – “Qarabağ klanına” açıq işarə
27 Noyabr 2020 Ermənilər Laçını belə boşaldır – Noyabrın 30-na qədər vaxt verilib - VİDEO
27 Noyabr 2020 Allahverdi Bağırovun qızları 27 il sonra onun qəbrini ziyarət etdi - VİDEO
26 Noyabr 2020 Səfir Fransa Senatının Qarabağla bağlı qərarını şərh edib
25 Noyabr 2020 Ordumuz Kəlbəcərə hansı istiqamətlərdən daxil olub? - AÇIQLAMA
24 Noyabr 2020 Kəlbəcərin girişində olan "Artsax" sözü götürüldü
24 Noyabr 2020 Sonuncu erməni ailəsi də Kəlbəcəri tərk etdi – Qəbir daşlarını da aparırlar – VİDEO
23 Noyabr 2020 “Şuşa uğrunda döyüşlərdə bizə elə bil ilahi güc gəlmişdi” – Xüsusi təyinatlı Həmid Əhmədov