b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_uuunhgf.jpg

Sentyabrın 27-də erməni silahlı birləşmələri bizə qarşı növbəti hərbi təxribat törədib. Mən onları xəbərdar etmişdim. Onlara BMT kürsüsündən sözlərimi demişdim. Bütün beynəlxalq ictimaiyyətə sözlərimi demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə məşğul olan tərəflər erməni hökumətinə lazımi səviyyədə təsir edə bilməmişlər. Əgər onlar işğalçını dayandıra bilmirlərsə, Azərbaycan əsgəri onları dayandıracaqdır. Azərbaycan əsgəri onları öz torpaqlarından çıxaracaq və haqq-ədaləti bərpa edəcək. Mən demişdim ki, əgər iyul və avqust aylarında bizə qarşı törədilmiş həbi təxribatlar təkrarlanarsa, Ermənistan peşman olacaq və sözümün üstündə dururam. Bu gün döyüş meydanında əldə olunmuş üstünlük, azad edilmiş yaşayış məntəqələrimiz, strateji yüksəkliklər bir daha onu göstərir ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir.

Missiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu fikirləri Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşündə bildirib.

Prezident İlham Əliyev deyib:

“Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır. Bunun əvəzinə Ermənistanın baş naziri bizə qarşı şərtlər qoyur. Bizə qarşı yeddi şərt qoyubdur. Mən bir müddət bundan əvvəl demişdim ki, biz bu şərtləri rədd edirik. Bizim bir şərtimiz var, torpaqlarımızdan qeyd-şərtsiz, tam və dərhal çıxıb rədd olmalıdırlar. Bu şərtim qüvvədədir və əgər bu şərtimə Ermənistan hökuməti əməl edərsə, döyüşlər dayanacaq, qan tökülməyəcək, sülh olacaq, bizim bölgəmizə sülh gələcək”.


22 Oktyabr 2020 Mehriban Əliyeva: "Xalq öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir"
22 Oktyabr 2020 Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
22 Oktyabr 2020 Zəngilanın bir qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
22 Oktyabr 2020 "Birliyimizi pozmağa cəhd edən xainlərin bütün cəhdləri iflasa uğrayacaq" - Ramin Əhmədov
22 Oktyabr 2020 Prezident: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq"
21 Oktyabr 2020 Cəbrayılın işğaldan azad olunan Çərəkən kəndi - VİDEO
21 Oktyabr 2020 Müdafiə Nazirliyi Ermənistanın daha bir yalanını ifşa etdi
20 Oktyabr 2020 Prezident: “Ermənistan rəhbərliyində nə ağıl var, nə mənəviyyat”
20 Oktyabr 2020 İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
20 Oktyabr 2020 Ermənilər Tərtər və Ağdamı atəşə tutur - RƏSMİ
20 Oktyabr 2020 Ceyhun Bayramovun Mayk Pompeo ilə görüşü nəzərdə tutulub
20 Oktyabr 2020 İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır - RƏSMİ
20 Oktyabr 2020 Ağcabədidə kişi qardaşı oğlunu güllələdi
20 Oktyabr 2020 Ərdoğan Qarabağ üçün nazirləri toplayır
20 Oktyabr 2020 Bakının mərkəzində tıxac yarandı
19 Oktyabr 2020 Ermənistan Tərtərdə pambıq fabrikini vurdu - FOTO
19 Oktyabr 2020 Son sutkada koronavirusa yoluxan 4 nəfər vəfat etdi
19 Oktyabr 2020 Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb
19 Oktyabr 2020 Düşmən Göygölü atəşə tutur - RƏSMİ
19 Oktyabr 2020 Azərbaycan əsgəri yeni tarix yazır! - FOTO