guoplik.jpeg

Britaniyalı jurnalist James Wilson “PKK-nın Ermənistan-Azərbaycan Münaqişəsinə qarışması Avropanın  təhlükəsizliyini poza bilər” - başlıqlı məqalə yazıb. Məqalə Avropada 2 nüfuzlu media orqanında çap edilib.

Missiya.az həmin məqaləni olduğu kimi diqqətinizə çatdırır:

Ermənistanın gələcək döyüşlərə hazırlaşmaq və erməni hərbiçilərini yetişdirmək üçün Suriyada və İraqda olan Kürdüstan İşçi Partiyası (PKK) terrorçularını işğal altında olan Dağlıq Qarabağ ərazilərinə köçürməsi məsələsi yalnız Azərbaycanın deyil, həm də Avropanın  yuxusuz qalmasına səbəb olacaq bir xəbərdir.

Bu addım ABŞ və Avropa Birliyi də daxil olmaqla, bütün Qərb ölkələrinin terror təşkilatı kimi tanıdığı PKK silahlılarının Dağlıq Qarabağa yerləşdirilməsi, eyni zamanda qanunsuz olaraq Livan, Suriya və İraqdan erməni mənşəli qaçqınları gətirərək Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik göstəricilərin dəyişdirilməsi deməkdir.

2009-cu il Suriya müharibəsindən və bu ilin 4 avqust tarixində Beyrutda baş verən  partlayışdan  sonra Ermənistan Dağlıq Qarabağın demoqrafik vəziyyətini dəyişdirmək üçün  süni köçürmə siyasətinə start verərək  30 illik erməni işğalını daha da möhkəmləndirməyə çalışır. Bu siyasət isə beynəlxalq hüququn, Cenevrə Konvensiyasının və müxtəlif beynəlxalq müqavilələrin pozulması deməkdir. Peşəkar muzdlu döyüşçülərin və terrorçuların Dağlıq Qarabağa köçürülməsi, beynəlxalq hüquq normalarına görə bölgədəki sülhü və sabitliyi təhlükə altına alan  hərbi cinayət kimi qiymətləndirilməlidir.

Qahirə 24 Xəbər Agentliyinin və digər etibarlı mənbələrin verdiyi məlumata görə, Ermənistan artıq o qədər irəli gedib ki,  Lahur Şeyx Cangi Talabani və Bafel Talabaninin rəhbərlik etdiyi Kürd quruluşunun ən döyüşkən qanadı olan Kürdüstanın Vətənpərvərlər Birliyi ilə Ermənistanın ən üst səviyyəli karyera diplomatları səviyyəsində görüşür, terrorçular üçün köçürmə planınını müzakirə edir. Bu hadisə Kürdüstan Muxtar Regionunun lideri Neçirvan Bərzani ilə Kürd silahlılarının Dağlıq Qarabağa göndərilməsi üçün bir dəhliz yaratmaq planı barədə razılığa gəlmək üçün ilk uğursuz cəhdlərindən sonra baş verib. Xəbərlərdə bildirilir ki, Ermənistanın səyləri, yüzlərlə silahlı terrorçunun PKK-nın İraqdakı qalası hesab edilən Süleymaniyyədən İran üzərindən Dağlıq Qarabağa köçürülməsinə səbəb olub.

İraqın Ərbil şəhərinin cənubundakı Maxmur bazasında yaradılan üçüncü bir PKK / YPG silahlı qrupu əvvəlcə Hizbullahın İraq qanadının Bağdaddakı qərargahında yerləşib. Daha sonra İran üzərindən Dağlıq Qarabağa köçürülərkən, çoxlarının PKK-nın Suriya qanadı olduğu düşündüyü ayrı bir YPG silahlı qrupu, Suriya-İraq sərhədindəki Qamışlı bölgəsindən Dağlıq Qarabağa göndərilib. Kəşfiyyat məlumatlarına görə, İslam İnqilabı Keşikçiləri terrorçuların Dağlıq Qarabağa göndərilməzdən əvvəl İran torpaqlarında onlara təlim keçmək üçün xüsusi düşərgələr qurur. Həmin düşərgələrdən onların PKK-nın son illərdə daha çox basqın edilən Kandil bazasının təlim düşərgələrinə də çıxışı var.

Ermənistan ilk dəfə deyil ki, öz maraqları naminə Dağlıq Qarabağda terrorçu və muzdlulardan pul qarşılığında istifadə edir.  Bu, 1990-cı illərdə Dağlıq Qarabağ müharibəsi zamanı da belə idi. Hələ Sovet dövründə də, kürdlər Rusiya və Ermənistan tərəfindən istifadə olunurdu. Buna əyani misal olaraq 1923-1929-cu illərdə Azərbaycan, Ermənistan və İranda yaşayan kürdlərin bu bölgəyə köçürülməsini asanlaşdırmaq üçün Dağlıq Qarabağdakı “Qırmızı Kürdüstan” muxtar bölgəsinin yaradılmasını göstərə bilərik.

Bununla yanaşı, hazırki Ermənistan rəhbərliyi Azərbaycana qarşı getdikcə artan düşmənçiliyini nümayiş etdirir. Daxildə səhiyyə və iqtisadi böhranı ört basdır etmək üçün danışıqlar prosesini qəsdən pozur. Hazırkı Ermənistan rəhbərliyi nəinki ATƏT-in prinsipial şəkildə razılaşdırılmış sazişinə riayət etməkdən imtina edir, hətta sülh danışıqlarının sıfırdan başlamasını istəyir. Ermənilər övladlarını ön cəbhəyə göndərməkdən getdikcə daha çox imtina etdikləri üçün, Ermənistan rəhbərliyi terror qruplaşmasının döyüşçülərindən istifadə etməklə şəxsi itkilərini minimuma endirmək taktikasından istifadə edir. Baş nazir Nikol Paşinyan, Burkino Faso kimi dünyanın digər münaqişə bölgələrində ilham aldığı nümunələr ilə ölkədə hərbi rejim elan edib. Onun rəhbərliyi altında, iyulun 12-də Ermənistan-Azərbaycan sərhəddində yerləşən Azərbaycanın Tovuz rayonuna hücum təşkil olunub. Ağır artilleriyadan istifadə etməklə, Qafqaz regionunda son bir neçə ilin ən ağır hərbi əməliyyatı həyata keçirilib . Hücumlar 12 azərbaycanlının , o cümlədən 75 yaşlı bir mülki şəxsin ölümü, 4 nəfərin yaralanması və Azərbaycanın sərhəd kəndlərinə və təsərrüfatlarına ciddi ziyan dəyməsi ilə nəticələnib. Ermənistanın sentyabrın 21-də atəşkəsi yenidən pozması nəticəsində isə  Tovuz bölgəsində Azərbaycanın bir əsgəri şəhid olub.

Artıq 30 ildir ki BMT-nin Azərbaycan ərazisi olaraq tanıdığı Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə Ermənistanın işğalı altındadır. BMT- nin Ermənistanın silahlı qüvvələrinin bu torpaqlardan dərhal geri çəkilməsini tələb edən dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq Ermənistanın adı çəkilən torpaqlarda işğal siyasəti davam etməkdədir. Bu işğal siyasəti davam edərsə Yaxın Şərqdəki hərbiləşdirilmiş muzdluların iştirakı ilə münaqişənin beynəlmiləlləşməsinə gətirib çıxara və regional güc mərkəzlərini qarşı-qarşıya qoya bilər. Ermənistanın bu cür təhlükəli hərəkətləri Avropa üçün strateji əhəmiyyətə malik olan bölgənin sabitliyini riskə atır. Çünki Ermənistan tərəfindən son aparılan hərbi əməliyyatlar  olan ərazi vasitəsi ilə Azərbaycan Gürcüstan, Türkiyə və Avropaya enerji və nəqliyyat əlaqələrini  təmin edir.

Bir sözlə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolu kimi böyük infrastruktur layihələrinin keçdiyi bu ərazidə Ermənistan tərəfindən başladılan  hərbi əməliyyatlar  Avropanın enerji və nəqliyyat təhlükəsizliyini böyük riskə məruz qoyur.



Musavat.com

 


29 Oktyabr 2020 Prezidentdən işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı FƏRMAN
29 Oktyabr 2020 Erməni hərbçiləri arasında atışma olub, ölən və yaralananlar var
29 Oktyabr 2020 Ermənistanla sərhəddə Rusiya zastavasının atəşə tutulması məlumatı yalandır - RƏSMİ
29 Oktyabr 2020 Düşmən Goranboya raket atdı: Ölən var - RƏSMİ
29 Oktyabr 2020 Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29 Oktyabr 2020 Düşmənin bu gecə məhv edilən döyüş texnikaları - SİYAHI
28 Oktyabr 2020 Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
28 Oktyabr 2020 Azərbaycanda xüsusi karantin rejimi bu tarixədək uzadıldı
28 Oktyabr 2020 Yeni ərazilər işğaldan azad edildi - Prezident elan etdi
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 20 nəfərə çatdı - Yenilənib
28 Oktyabr 2020 Bərdədə ölənlərin sayı 19-a çatdı
28 Oktyabr 2020 MN: Bərdə şəhəri "Smerç”lə vurulub
28 Oktyabr 2020 Bərdə şəhərinə yenə raket hücumu: Ölənlər var
28 Oktyabr 2020 Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
28 Oktyabr 2020 İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibə verib
28 Oktyabr 2020 Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
28 Oktyabr 2020 Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28 Oktyabr 2020 Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb
28 Oktyabr 2020 Lük Koffi: "Eşitmişəm ki, Azərbaycan dəhlizə nəzarət edir"
27 Oktyabr 2020 Qarabağda separatçıların “müdafiə naziri” belə məhv edildi - ANBAAN VİDEO