b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1600169657_1600168969_ilham-aliyev.jpg

"Sözsüz ki, Azərbaycanın qədim tarixi şəhəri olan Şuşada cinayətkar xunta rejiminin qondarma liderinin dırnaqarası andiçmə mərasimini təşkil etmək qərarı onların qəsdən etdiyi daha bir təxribatdır. Siz, həmçinin bilirsiniz ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşması məsələsi Azərbaycan tərəfindən bir çox beynəlxalq təşkilatlarda artıq qaldırılıb. Bu, beynəlxalq hüquqla kobud şəkildə ziddiyyət təşkil edir. Bu, Cenevrə Konvensiyasının pozulmasıdır və bu, cinayətdir. Onlar erməniləri Livandan Şuşaya, digər işğal olunmuş ərazilərə köçürürlər".

 

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib. 

 

"Onlar bunu nümayiş etdirirlər, televiziya vasitəsilə göstərirlər, internetdə göstərirlər. Faktiki olaraq, beynəlxalq hüquq normalarına tamamilə məhəl qoymurlar və cinayət törədirlər. Onların bu cür davranmaq imkanında olmasının səbəbi ondan ibarətdir ki, onları dayandıran yoxdur. Minsk qrupunun həmsədrləri onları dayandırmır. Minsk qrupunun bəyanatları birbaşa ünvanı olmayan bəyanatlardır. Çünki Azərbaycan heç bir təxribatçı addım atmayıb. Biz dövlət sərhədində onlara hücum etməmişik, diversiya qrupu göndərməmişik, könüllü qoşunun yaradılmasını elan etməmişik, heç bir başqa təxribat törətməmişik. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər. Onlara beynəlxalq təzyiqin olmaması, - mən bunu Minsk qrupunun həmsədrləri ilə görüşlərdə dəfələrlə qaldırmışam, - çox təhlükəli addımlara gətirib çıxarır ki, bunun da gözlənilməz nəticələri ola bilər. 

 

Bizdə başqa bir məlumat var. Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir.

 

Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm", - dövlət başçısı əlavə edib.


27 Oktyabr 2020 Hikmət Hacıyev: “İki dəqiqəyə atəşkəsi pozan düşmənə necə etibar etmək olar?!”
27 Oktyabr 2020 İlham Əliyev ümumi səfərbərlikdən DANIŞDI
26 Oktyabr 2020 Ermənistan ordusu İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq
23 Oktyabr 2020 Ərdoğan: “Türkiyənin sülh danışıqlarında iştirak etmək hüququ var”
23 Oktyabr 2020 Prezident şəhid olmuş Milli Qəhrəmanın atası ilə telefonla danışıb
21 Oktyabr 2020 Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
21 Oktyabr 2020 İlham Əliyevdən yeni ərazilərin işğaldan azad olunması ilə paylaşım
21 Oktyabr 2020 Ermənistan Müdafiə Nazirliyi zəif olduğunu etiraf etdi
20 Oktyabr 2020 Mehriban Əliyeva xalqı təbrik edib
19 Oktyabr 2020 Prezidentin köməkçisindən erməni əsirlərlə bağlı açıqlama
19 Oktyabr 2020 Düşmən təslim olur - Bəzi mövqelərdə ağ bayraq qaldırılır
19 Oktyabr 2020 İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
18 Oktyabr 2020 İlham Əliyev: “Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı”
18 Oktyabr 2020 Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə xalqı təbrik edib
18 Oktyabr 2020 Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi
17 Oktyabr 2020 Britaniya səfiri: “Gəncədə son olanlar qəbuledilməzdir”
17 Oktyabr 2020 Paşinyan Azərbaycanın diktə etdiyi şərtləri qəbul edir - Ermənistan ağ bayraq qaldırır
17 Oktyabr 2020 Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
17 Oktyabr 2020 Mehriban Əliyeva: “Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir”
15 Oktyabr 2020 Prezident: "Ermənistan bu çirkin siyasət davam edərsə peşman olacaq"