b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_inbound4254606316859932740.jpg

“Azərbaycan xalqı işğal altında olan torpaqlarımızın azadlığı uğrunda aktiv hərbi əməliyyatların başlayacağı günü səbirsizliklə gözləyir. Ordumuz Ali Baş Komandan İlham Əliyevin əmri ilə İrəvana qədər irəliləmək gücünə qadirdir. Təbii ki, cəbhə xəttində gərginlik yaşanan kimi vətəndaşlarımızda da müharibə əhval-ruhiyyəsi artır. Sosial şəbəkələrdə vətənpərvərliklə bağlı paylaşımlar edilir, Ordumuza, əsgərlərimizə dəstək nümayiş olunur. Amma bəzi vətəndaşlar və dövlətımizə qarşə məkirli niyyətləri olan dairələr ictimai rəyi çaşdırmaq, Ordumuza inamı azaltmaq məqsədi ilə dezinfomasiyalar yayırlar. Bu proses sistemli şəkildə aparılır və hər dəfə cəbhədə vəziyyət gərginləşən zaman aktiv fazaya keçir. Sanki həmin qüvvələr pusquda dayanıblar və vəziyyətin gərginləşməsini gözləyirlər ki, Azərbaycan cəmiyyətinin həssaslığından istifadə edərək öz niyyətlərini həyata keçirsinlər”.


Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov sosial şəbəkələrdə bəzi istifadəçilərin məsuliyyətsiz davranışları və Azərbaycan daxilində fəaliyyət göstərən bəzi təxribatçı qruplar barədə danışarkən deyib.

YAP rəsmisi bildirib ki, sosial şəbəkə istifadəçiləri Ordumuzun döyüş texnikasının hərəkət istiqamətini yaylmaqla, şəhid və yaralılarla, ümumilikdə cəhbə xəttindəki vəziyyətlə bağlı rəsmi olmayan məlumatlar paylaşmaqla düşmən ölkəyə yardım etmiş olurlar: “Bəzən insanlarımız təxribatçı paylaşımların təsiri altına düşürlər. Biz müharibə vəziyyətində yaşayırıq. Hər kəs bunu dərk etməli, paylaşımlarında maksimum məsuliyyətli olmalıdırlar. Məsuliyyətsiz davranışlar Azərbaycan əsgərini, zabitini təhlükə qarşısında qoya bilər. Düşmən bizi izləyir. Müdafiə Nazirliyi və digər müvafiq qurumlar dəfələrlə xəbərdarlıq edib ki, hərbi xəbərləri paylaşarkən diqqətli olun. Amma görünən odur ki, bəzi vətəndaşlar məsələnin ciddiliyini anlamır, əsgərimizi, zabitimizi böyük təhlükə ilə üz-üzə qoyduqlarının fərqinə varmırlar. Belə hallar yolverilməzdir və müvafiq qurumlar bu məsələyə daha diqqətli yanaşmalıdır”.

Ramin Əhmədov vətəndaşların yalnız rəsmi xəbərlərə inanmalı olduğunu deyib: “Biz Tovuz döyüşlərində şahid olduq ki, Azərbaycan əleyhinə kampaniya aparan, düşmən dəyirmanına su tökən bəzi xainlər Ermənistanın xeyirinə paylaşımlar edir və bununla Ordumuzu gözdən salmağa çalışırdılar. Vətəndaşlarımız bilməlidirlər ki, düşmən təkcə cəbhə bölgəsində, sərhəd zonalarında deyil, həm də sosial şəbəkələrdə təxribatlar yaratmağa çalışır. Biz çalışmalıyıq ki, ermənilərin təxribatlarında özümüz alətə çevrilməyək. Haradansa əlimizə keçən, hansısa səhifədə gördüyümüz, WhatsApp qruplarına göndərilən videoları paylaşmaqda maraqlı olmamalıyıq. Cəmiyyət cəbhədə baş verən hadisələrlə bağlı rəsmi qurumlar tərəfindən operativ və dəqiq şəkildə məlumatlandırılır. Yalnız bu məlumatlara inanmalı, yalnız bu məlumatların yayımasında maraqlı olmalıyıq”.

Missiya.Az 

29 Oktyabr 2020 30 hərbçi meyiti və iki mülki şəxs Ermənistana təhvil verildi
29 Oktyabr 2020 Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı - RƏSMİ
29 Oktyabr 2020 Müdafiə Nazirliyindən Ermənistanın yaydığı saxta videoya rekasiya
29 Oktyabr 2020 "Türkiyənin hər bir azərbaycanlının qəlbində xüsusi yeri var" - Mehriban Əliyeva
29 Oktyabr 2020 Prezidentin köməkçisi: "Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb"
29 Oktyabr 2020 Müdafiə Nazirliyi: Xeyli sayda itki verən düşmən geri çəkilib
28 Oktyabr 2020 Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır
28 Oktyabr 2020 Prezident: "Bərdə sakinlərinin qisası yerdə qalmayacaq"
28 Oktyabr 2020 Ordumuz Zəngilanda düşmənin diversiya-kəşfiyyat qrupunu məhv edib – VİDEO
28 Oktyabr 2020 Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi - SİYAHI
28 Oktyabr 2020 Bərdəyə raket atılması nəticəsində 14 nəfər ölüb, 40-dan çox şəxs yaralanıb
28 Oktyabr 2020 Paşinyan devrilərsə Qarabağ cəbhəsində nə baş verəcək? - Ermənistanda siyasi çaxnaşma - ŞƏRH
28 Oktyabr 2020 Ordumuz Bərdənin qisasını belə aldı - VİDEO
28 Oktyabr 2020 Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
28 Oktyabr 2020 Ermənistan ordusunda biabırçılıq - Hərbi vəzifəlilər də imtina edir
27 Oktyabr 2020 Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
27 Oktyabr 2020 Hikmət Hacıyev: “Ermənistanın Bərdəyə hücumu nəticəsində 3 mülki şəxs öldü, 10 nəfər yaralandı”
27 Oktyabr 2020 “Tariximizin biabırçı səhifələrindən birini yaşayırıq” - Ermənistanın ilk Baş Naziri
26 Oktyabr 2020 Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
26 Oktyabr 2020 Ermənistanın könüllülərdən tələbi: “Azərbaycan dilində bilməlisən” - FOTO