dfdgdfgfd.jpg

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri beynəlxalq media qurumları və nüfuzlu analitiklər tərəfindən geniş şəkildə analiz edilir. Analitiklərin fikirincə, Cənubi Qafqaz regionunda həm hərbi, həm siyasi, həm də iqtisadi üstünlük Azərbaycanın xeyirinədir.

Missiya.Az xəbər verir ki, Türkiyənin İstanbul “Yeditepe” Universitetinin politoloqu Kazin Xakki Almaniyanın “dw.com” saytına açıqlamasında bildirib ki, Türkiyə və Azərbaycanın təlimləri regionda sabitliyə xidmət edir: “Bu təlimləri dəstəkləyirəm. Türkiyə hərbi gücdən istifadə edir və regionda sabitliyə nail olmağa çalışır. Təlimlərdə həm hava, həm  quru, həm də xüsusi təyinatlı qüvvələr iştirak edir”.

Xakki qeyd edir ki, Qafqaz regionunda beynəlxalq iqtisadi əlaqələr hərbi sabitliyin nəticəsidir: “Azərbaycanın zəngin təbii resursları var. Avropaya milyardlarla kubmetr təbii qaz daşınır. Bu səbəbdən Türkiyənin regiondakı aktivliyi Avropa ölkələrinin də xeyirinədir”.

sfdfgdgfg.jpg

Sayt yazır ki, rəsmi Ankaranin Qafqazda  ciddi iqtisadi maraqları var. Son illər Azərbaycan Türkiyənin ən mühüm enerji təchizatçısına çevrilib.

Sitat: “Türkiyə ərazisindən 3 qaz kəməri keçir. Bir neçə il əvvəl işə salınan TANAP və Cənubi Qafqaz qaz kəmir Türkiyənin qaz təchizatında böyük paya sahibdir. Xəzərdən çıxarılan təbii qaz bu kəmərlər vasitəsi ilə Türkiyəyə daşınır. Türkiyənin Xəzər qazına marağının əsas səbəbi isə Rusiyadır. Rəsmi Ankara Rusiyadan qaz asılılığını azaltmaq istəyir. Yaxın vaxtlara qədər Türkiyənin ən böyük təbii qaz təchizatçısı Rusiya idi. Rusiya qazı Türkiyəyə “Türk axını” kəməri vasitəsi ilə Qara Dənizin dibi ilə daşınır. Bu kəmər həm də Rusiya qazını Avropaya çatdırmaq üçün nəzərdə tutulub”.


b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_hokm_c375fc857b7d3731330df641ecfcf1b5_zsft41krjeyqgwmpaic6-e1597049024270-620x440.jpg

Regionda iqtisadi cəhətdən yaranmış ciddi rəqabət fonunda Türkiyə və Azərbaycanın yaxın əməkdaşlığına diqqət çəkən jurnalist, rəsmi Moskvanın Bakı və Ankara arasındakı artan hərbi, siyasi və iqtisadi yaxınlaşmaya necə reaksiya verə biləcəyini araşdırıb.  

Rusiyanın xarici siyasi məsələlərə üzrə eksperti, türk politoloq Kərim Xasın sözlərində görə, hazırda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri Ankara və Moskva arasındakı münasibətləri kəskinləşdirməyəcək: “Lakin vəziyyət bir müddət sonra dəyişə bilər. Çünki Türkiyə hökuməti Azərbaycanda hərbi baza qurmaq fikirindədir. Güman edirəm ki, bu Ankara və Moskva arasında ciddi münaqişə üçün səbəb ola bilər”.

Elvin Məmmədov
Missiya.Az

 

 



19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
19 Sentyabr 2020 Bill Qeytsdən koronavirusla bağlı daha bir AÇIQLAMA
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18 Sentyabr 2020 Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
16 Sentyabr 2020 Ölkəmdəki siyasi vəziyyətin TƏHLİLİ - Ceyhun Musaoğlu
16 Sentyabr 2020 Nizami rayonunda yüksək bal toplamış tələbələr mükafatlandırıldı - FOTOLAR
15 Sentyabr 2020 İlham Əliyev və Həsən Ruhani birgə videokonfrans keçirəcəklər
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirir - VİDEO
15 Sentyabr 2020 Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 114 yeni yoluxma
15 Sentyabr 2020 İlham Əliyevdən Mayorovla bağlı SƏRƏNCAM
12 Sentyabr 2020 Prezidentin köməkçisi cəbhəboyu zonada olub - FOTO
11 Sentyabr 2020 “İstədilər ki, atama şər atım” – İşgəncə gördüyü iddia olunan azyaşlı qız – VİDEO
11 Sentyabr 2020 Azərbaycanda COVİD peyvəndi ilk olaraq bu şəxslərə vurulacaq - İşçi qrupunun rəhbəri açıqladı
11 Sentyabr 2020 İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
11 Sentyabr 2020 Ramiz Mehdiyevə qarşı bütün kartlar açılıbmı? – Akademikin təhlükəli oyunu - Halqa daralır…
10 Sentyabr 2020 DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
10 Sentyabr 2020 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
10 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı