b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_feroll189.jpg

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən silsilə əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan üç rayon sakini saxlanılıb.

Missiya.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupu məlumat yayıb. 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rauf Əliyev yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı oradan bir kiloqrama yaxın qurudulmuş marixuana və kibrit qutularında saxladığı çətənə bitkilərinin toxumları, eləcə də, evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi, hündürlüyü 30-195 sm-ə qədər olan 15 çətənə kolu aşkarlanıb.

Dindirilmə zamanı R.Əliyev çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olmaqda şübhəli daha iki rayon sakini – Samir Məmmədov və Bəhruz Babayev saxlanılıblar.

Samir Məmmədovun üzərinə keçirilən baxış zamanı ondan altı bükümdə qurudulmuş marixuana, Bəhruz Babayevə məxsus fərdi yaşayış evindən isə aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi dörd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Şabran RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb, istintaq tədbirləri davam etdirilir.



oxu.az



19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
19 Sentyabr 2020 Bill Qeytsdən koronavirusla bağlı daha bir AÇIQLAMA
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18 Sentyabr 2020 Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
16 Sentyabr 2020 Ölkəmdəki siyasi vəziyyətin TƏHLİLİ - Ceyhun Musaoğlu
16 Sentyabr 2020 Nizami rayonunda yüksək bal toplamış tələbələr mükafatlandırıldı - FOTOLAR
15 Sentyabr 2020 İlham Əliyev və Həsən Ruhani birgə videokonfrans keçirəcəklər
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirir - VİDEO
15 Sentyabr 2020 Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 114 yeni yoluxma
15 Sentyabr 2020 İlham Əliyevdən Mayorovla bağlı SƏRƏNCAM
12 Sentyabr 2020 Prezidentin köməkçisi cəbhəboyu zonada olub - FOTO
11 Sentyabr 2020 “İstədilər ki, atama şər atım” – İşgəncə gördüyü iddia olunan azyaşlı qız – VİDEO
11 Sentyabr 2020 Azərbaycanda COVİD peyvəndi ilk olaraq bu şəxslərə vurulacaq - İşçi qrupunun rəhbəri açıqladı
11 Sentyabr 2020 İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
11 Sentyabr 2020 Ramiz Mehdiyevə qarşı bütün kartlar açılıbmı? – Akademikin təhlükəli oyunu - Halqa daralır…
10 Sentyabr 2020 DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
10 Sentyabr 2020 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi
10 Sentyabr 2020 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı