b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_revu1.jpg

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədilə dövlət-biznes əməkdaşlığı çərçivəsində sosial aksiyaya start verilib.

Missiya.az xəbər verir ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, “Mətanət A” şirkətinin dəstəyi ilə paytaxt Bakıda və ölkə regionlarında həyata keçirilmiş maarifləndirici aksiya çərçivəsində vətəndaşlara koronavirus infeksiyasından qorunmaq üçün tibbi maska paylanılıb, xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb.

İyulun 21-dən start götürən aksiya Bakı şəhərində, Abşeron və Qazax rayonlarında baş tutub. “Mətanət A” şirkətinin əməkdaşları və KOB könüllüləri vətəndaşların daha çox olduğu xidmət, ticarət və ictimai iaşə obyektlərinə yaxın yerlərdə tibbi maska paylayıb, koronavirus infeksiyasının profilaktikasına dair ətraflı məlumat veriblər.

Qeyd etmək lazımdır ki, pandemiya müddətində “Mətanət A” şirkətində korporativ məsuliyyət və virusla mübarizə ən yüksək səviyyədə olub. Hələ virusun ilk yaranma vaxtlarından etibarən şirkətin bütün inzibati binalarında, zavodlarında xüsusi qabaqlayıcı tədbirlərə start verilib. Belə ki, hər bir əməkdaş işə gəldiyi vaxt onun temperaturu ölçülür, xüsusi dezinfeksiya maddələrindən istifadə etməklə, maska və baxillə təmin edilir və daha sonra iş prosesinə daxil olur. Bundan başqa, hər həftə bütün zavod və inzibati binalar dezinfeksiya edilir.

Xüsusi həkim briqadası və məlumatlandırıcı lövhələr vasitəsilə əməkdaşlar arasında maarifləndirmə işləri aparılır və bununla da pandemiyayla mübarizədə dövlətin həyata keçirdiyi maarifləndirmə işlərinə dəstək göstərilir. Məhz bu tip tədbirlərin davamı olaraq “Mətanət A” şirkətinin zavod və istehsal müəssisələrinin cəmləndiyi üç şəhərdə keçirilən aksiya zamanı 5000-dən çox tibbi maska paylanılıb və geniş ictimaiyyət infeksiyanın profilaktikası haqqında əlavə məlumat əldə edib. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_revu2.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_revu1.jpg

29 Sentyabr 2020 İlham Əliyev: Bu dəfə biz onlara növbəti dərs verəcəyik
28 Sentyabr 2020 SON DƏQİQƏ! Azərbaycanda karantin rejimi bu tarixə qədər uzadıldı
28 Sentyabr 2020 “Ermənistan ordusu ərzaq qıtlığı və dərman ləvazimatları çatışmazlığı ilə üzləşib” - RƏSMİ
27 Sentyabr 2020 Erməni tərəfi böyük ərazi itkilərini təsdiqlədi
27 Sentyabr 2020 BMT Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi
27 Sentyabr 2020 İDDİA: Putin Paşinyanın tələbini rədd etdi
27 Sentyabr 2020 Azərbaycan PUA-sı Ermənistana məxsus S-300 sistemini məhv edib
27 Sentyabr 2020 Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
27 Sentyabr 2020 Ordumuz bu əraziləri düşməndən azad etdi - SON DƏQİQƏ
27 Sentyabr 2020 Yaralıların sayı və adları AÇIQLANDI - RƏSMİ
25 Sentyabr 2020 Azərbaycanda daha 101 yeni yoluxma faktı qeydə alınıb
25 Sentyabr 2020 Ceyhun Bayramov XİN başçıları şurasının iclasında iştirak edib
25 Sentyabr 2020 İlham Əliyev: “Ermənilərə beynəlxalq təzyiqin olmaması çox təhlükəli addımlara gətirib çıxarır”
25 Sentyabr 2020 Avropa İttifaqının xüsusi nümayəndəsi Azərbaycana gəlib
24 Sentyabr 2020 Azərbaycanda daha 19 şagird koronavirusa yoluxdu - RƏSMİ
24 Sentyabr 2020 Məleykə Abbaszadə ali məktəblərə qəbul olanlara müraciət edib
24 Sentyabr 2020 Toylarla bağlı qadağanın aradan qaldırılması xəbərinə RƏSMİ AÇIQLAMA
23 Sentyabr 2020 Müdafiə Nazirliyindən Paşinyanın arvadı ilə bağlı açıqlama
23 Sentyabr 2020 Yaşı 65-dən yuxarı olan müəllimlərin nəzərinə: Nazirlik qərar verdi
22 Sentyabr 2020 Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı - VİDEO