ssfsdfdfd.jpg

“Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Azərbaycanın məqsədyönlü fəaliyyəti nəticəsində rəsmi İrəvanın faşist mahiyyətinin ifşa olunduğunu bir daha önə çəkdi. Cənab Prezident bu həqiqətləri - Ermənistanın yeni hakimiyyətinin əvvəlki rejimdən fərqlənmədiyini, eyni ideologiyaya xidmət etdiklərini, faşist ideologiyasını dəstəklədiklərini hələ baş nazir Nikol Paşinyanın ölkəyə rəhbərlik etməyə başladığı ilk aylarda demişdi. Çox keçmədi ki, Ermənistan hakimiyyəti faşist ideologiyasına, faşist qəhrəmanlara sevgisini açıq şəkildə nümayiş etdirdi”.
 

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov deyib.

Ermənistandakı yeni hakimiyyətin faşizmi müdafiə etməsi barədə fikrirləri beynəlxalq tribunalarda ilk dəfə Prezident İlham Əliyevin səsləndirdiyini deyən Ramin Əhmədov bildirib ki, ölkə başçısının faktlara əsaslanan çıxışı qarşısında Paşinyan aciz qalır: “Prezident İlham Əliyev 2019-cu il oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Ermənistan hakimiyyətinin faşizm ideologiyasını dəstəklədiyini Paşinyanın üzünə söylədi. Paşinyanın Prezidentdə “cavabı” isə mövzunun mahiyyətinə uyğun olmadı və o, MDB dövlət başçılarının qarşısında biabırçı vəziyyətə düşdü. Ölkə başçısı həmin iclasda qeyd etdi ki, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin həyasız addımlarına dəfələrlə etirazı edib. Xüsusilə qeyd etmək lazımdır ki, Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistanda faşist Njdeyə qoyulan heykəlin götürülməməsini sərt şəkildə tənqid etmişdi”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_dfdgdgfdgdfgdfg.jpg

YAP rəsmisi qeyd edib ki, Prezident İlham Əliyev Ermənistanda Nikol Paşinyan diktaturası ilə Serj Sarkisyanın xunta rejimini müqayisə edərkən ifşaedici faktlar səsləndirib: “Prezidentin, “1998-ci ildən 2018-ci ilə qədər Ermənistana quldurlar rəhbərlik ediblər” fikrinin kökündə Azərbaycan xalqının canlı şahidi olduğu faktlar, yaşadığı bəlalar dayanır. Serj Sarkisyan-Seyran Ohanyan cütlüyünün Xocalı şəhərində, Birinci Dağlıq Qarabağ Müharibəsində törətdiyi vəhşiliklərə bütün dünya şahiddir. Həmçinin Nikol Paşinyan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçmiş rejimin mövqeyini müdafiə etməsi, ədalətsizlik nümayiş etdirməsi rəsmi İrəvanın ideoloji xəttinin dəyişmədiyini bir daha ortaya qoyur. Bundan başqa, yeni hakimiyyətin öz xalqına, müxalif düşərgəyə qarşı sərgilədiyi aqressiv mövqe “demokrat” adı ilə hakimiyyətə gələn Nikol Paşinyanın əsl mahiyyətini ifşa edir”.

Missiya.Az


07 Avqust 2020 Azərbaycanda daha dörd nəfər koronavirusdan öldü: 129 yeni yoluxma
07 Avqust 2020 Azərbaycanda yüksək vəzifəyə təyinat-FOTO
07 Avqust 2020 Dövlət şirkətləri ilə bağlı islahatlara başlanıldı - Fərman
07 Avqust 2020 "Əhalinin sağlamlığı və sosial vəziyyəti İlham Əliyev üçün hər şeydən önəmlidir" - Ramin Əhmədov
06 Avqust 2020 Azərbaycanda Türkiyənin hərbi bazası qurula bilərmi? - Polkovnik şərh edir (Özəl)
06 Avqust 2020 Avqustun 13-dən bu qərar qüvvəyə minir
06 Avqust 2020 Polis əməliyyat keçirdi: Tutulanlar var
05 Avqust 2020 Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı
05 Avqust 2020 Deputatdan TƏBİB və operativ qərargaha sərt İTTİHAMLAR
05 Avqust 2020 Qoşunlarda yay tədris dövrü başlayıb - FOTO
04 Avqust 2020 Gültəkin Hacıyeva növbəti dəfə özünü ifşa etdi - "Bu, bizə sərf edir..." - VİDEO
04 Avqust 2020 Prezident SƏRƏNCAM İMZALADI
04 Avqust 2020 Rusiya daha bir ölkədə hərbi mövcudluğunu artırır - 450 tank, 900 zirehli maşın göndərdi - FOTO
04 Avqust 2020 Daha bir ölkə birdəfəlik plastik torbalardan imtina etdi
04 Avqust 2020 Bakıda 28 yaşlı gənc qətlə yetirildi
03 Avqust 2020 190 manat yenidən veriləcək? - Prezidentin köməkçisindən açıqlama
03 Avqust 2020 Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi
03 Avqust 2020 Fazil Məmmədovun kürəkəni 3,3 milyona bina alıb - FOTO
03 Avqust 2020 Azərbaycanda koronavirusla bağlı müsbət dinamika - VİDEO
01 Avqust 2020 Vilayət Eyvazovdan yeni TƏYİNATLAR