b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_aa15.jpg

“Baxmayaraq ki, iqtisadiyyatımız tənəzzülə uğrayıb, amma bəzi sahələrdə inkişaf da var. Misal üçün, kənd təsərrüfatı. Biz beş ayın yekunlarına görə bu sahədə 3 faizdən çox artım gördük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar və şəffaflıq bu gün çox yaxşı nəticələrə gətirib çıxarır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bu da son illər ərzində sənayeləşmə prosesinin təzahürüdür. Ona görə mən hesab edirəm ki, biz bütövlükdə bu ili də lazımi səviyyədə başa vuracağıq”.

Missiya.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində bizim valyuta ehtiyatlarımız cəmi 98 milyon dollar azalıbdır:

“Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni, bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək.

Bilirsiniz, Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Çünki neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərəcək. Əgər neftin qiyməti uzun müddət aşağı səviyyədə olarsa, biz istər-istəməz investisiya xərclərimizi azaltmalı olacağıq. Belə olan halda işsizlik artacaq. Biz məcbur olub sosial xərcləri ixtisar edəcəyik və insanlar bundan əziyyət çəkəcəklər. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir.

Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.



14 Avqust 2020 Mədəniyyət Nazirliyində yeni təyinat
14 Avqust 2020 Azərbaycanda vəzifəli şəxs cəzalandırıldı
14 Avqust 2020 Əli Abbasov işdən çıxarıldı
14 Avqust 2020 Gürcüstan icazə vermədiyi üçün Rusiya Ermənistana silahları bu yolla verib - FOTO
13 Avqust 2020 Eldar Həsənov həbs olundu - DTX-nın əməliyyatı
13 Avqust 2020 Bakını tərk etmək istəyən COVID-19 xəstəsi postda tutuldu
13 Avqust 2020 İlham Əliyev Rusiyanın Ermənistana silah satmasına görə Putinə zəng etdi
13 Avqust 2020 İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı oldu
12 Avqust 2020 Baş Prokurorluq və DİN-in vəzifəli şəxsləri Bərdəyə ezam edildi
12 Avqust 2020 Putinin "peyvəndi tapdıq" bəyanatına ÜST-dən reaksiya - Yararlıdırmı? - VİDEO
12 Avqust 2020 Nazir Afaq Bəşirqızının gəlininə vəzifə verdi
12 Avqust 2020 Prezident “Azərsu”ya vəsait ayırdı
12 Avqust 2020 PKK liderinin olduğu avtomobil dronla vurulub? - Nazirdən açıqlama
12 Avqust 2020 Azərbaycanda nazirliyin vəzifəli şəxsi işdən çıxarıldı - FOTO
11 Avqust 2020 Prezident Təhsil Nazirliyinə 1,5 milyon manat vəsait ayırdı
11 Avqust 2020 Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bilərik? - RƏSMİ AÇIQLAMA
11 Avqust 2020 Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə danışıqlarda - VİDEO
11 Avqust 2020 İlk vaksin qeydiyyatdan keçdi - Putinin qızına da vurulub
11 Avqust 2020 Şəbnəm Tovuzlunun xalası oğlu intihar etdi
10 Avqust 2020 “İşləyənlərin orta əməkhaqqı təqribən 1200-1500 manatdır”