sfdsfsdfdfd.jpg

Sərt karantin rejiminin daha 2 həftə uzadılması ehtimalı cəmiyyətdə müəyyən müzakirələrə səbəb olub. Bəziləri bunun gərəksiz olduğunu, insanlara boş yerə əziyyət verildiyini düşünür. İddia olunur ki, sərt karantin rejimi uzandıqca vətəndaşların sosial vəziyyəti pisləşir, sahibkarlar çətin duruma düşür.

Bəli, həqiqətən də belədir. Həyatımız əzəli axarından çıxıb. Hamı bu və ya digər dərəcədə çətinlik içindədir. Bəs yaxşı, dövlətin hansı itkilərə məruz qaldığını, karantin rejimlərinin iqtisadiyyata hansı zərbələr vurduğunu düşünürükmü? Heç nə demirəm, təkcə ticarət obyektlərinin, istirahər və əyləncə mərkəzlərinin, şadlıq evləri və restoranların işlək vəziyyətdə olmaması dövləti molyonlarla manat vergi yığımlarından məhrum edir. Fəaliyəti dayandırılan obyektlərdə çalışmış insanların işsiz qalımasının özü dövlətə əlavə yük deməkdir. Dövlətin nəyinə lazımdır ki, xəstəxanaları, klinikaları, otelləri, bölgələrdəki istirahət və əyləncə mərkəzlərini, bəzilərinin iddia etdiyi kimi, "boş yerə" adamlarla doldurub öz qayğılarını artırsın, üstəlik də ki, bəzən, "baxmırlar", "dərman vermirlər", "qayğı göstərmirlər" kimi iradlarla qarşılaşsın? Tibbi ləvazimatların və avadanlıqların, eləcə də dərman preparatlarının alınmasına dövlət böyük vəsaitlər xərcləyir. Neftin dünya bazarlarındakı hazırkı aşağı qiymətinin ölkəni gəlir itkisinə məruz qoyduğu halda dövlət niyə "boş və mənasız yerə" modul tipli xəstəxanalar tikib öz maliyyə vəziyyətini daha da ağırlaşdırır? Dövlət özünün qəsdinəmi durub? Əlbəttə ki, yox, görülən bütün işlər pandemiyanın yaratdığı vəziyyətə görədir, insanların sağlamlığını qorumaq üçündür.

Sərt karantin rejimi heç bir halda dövlətin marağında deyil və ola da bilməz. Dövlət sərt karantin rejimi tətbiq edirsə, deməli gedişat ürəkaçan deyil, insanların sağlamlığı təhlükə altındadır. Belə bir vəziyyətdə dövlətə minnətdar olmaq, onun müəyyən etdiyi qaydalara əməl etmək, qadağalara tabe olmaq əvəzinə, bəziləri, "əşi boş şeydir", "mənasız qadağalardır" kimi arsız reaksiyalar verib, qanacaqsızlıq nümayiş etdirirlər. Yumşalma istəyən bu adamlar, sabah yoluxma halları, ölüm sayları artanda, yenə dövləti ittiham edəcəklər ki, gərək belə etməyəydi...

Virus ətrafımızı sarıb, az qala hər gün tanıdığımız adamları itiririk. Dövlət xalqın sağlamlığı üçün sərt qərarlar qəbul etmək məcburiyyətindədir. Anlayışla qarşılamalı, qadağağala hamılıqla tabe olmalıyıq. İndi bizim dövləyin "ətəyindən" bərk tutmaqdan başqa yolumuz yoxdur. Deyirlər daha 15 gün əziyyət çəkməlisiz, deməli çəkməliyik. Çünki bu əziyyət SAĞ QALMAĞIMIZ üçündür!


Nicat DAĞLAR



07 Avqust 2020 "Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır" - Siyavuş Novruzov
06 Avqust 2020 “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Video
06 Avqust 2020 Prezident dövlət şirkətlərini tənqid etdi
06 Avqust 2020 Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq
06 Avqust 2020 İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avqust 2020 "Erkin Qədirlinin xəbəri yoxdur ki, məktəblərdə rüblər ləğv olunub" - Təhsil Eksperti
06 Avqust 2020 Prezident koronavirusla bağlı müşavirə keçirdi
06 Avqust 2020 Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
06 Avqust 2020 Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ
04 Avqust 2020 Fəttah Heydərov vəfat etdi - 1-ci Fəxri xiyabanda dəfn olunacaq
03 Avqust 2020 Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ
03 Avqust 2020 Heydər Əliyev Fondu 100 mindən çox aztəminatlı ailəyə qurban payı çatdırıb - VİDEO