b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_bedel.jpg

“Əgər belə getsə, yəqin, metronu yenidən bağlayacaqlar”. 

Bu sözləri Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının üzvü Fərhad Bədəlbəyli dünən metroda maskaya görə polislə vətəndaşlar arasında yaranmış münaqişə ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib. 

Vətəndaşları daha məsuliyyətli olmağa çağıran Xalq artisti videonu izləyərkən təəssüf hissi keçirdiyini vurğulayıb:

“Biz qanuna əməl etməliyik. Əvvəla, bu qanun ancaq və ancaq vətəndaşlar üçündür. Onların sağlam olması, xəstəliyin yayılmaması üçündür. Elementar bir şeydir. Mən məəttəl qalıram. Videoda maskasız yekə kişilər, yaşlı qadın gördüm, ora bura qaçırdı. Əksinə, siz cavanlara başa salmalısız ki, maskalar onlar üçündür. Bu, oyun deyil, polis öz vəzifəsini icra edir. Biz də vətəndaş borcumuzu bilməliyik. Axı, bu, bizim  üçündür. Mən çox qorxuram ki, ikinci dalğa gələcək. 

Ona görə çağırıram, ay mənim əzizlərim, hamınıza qurban olum, maska taxın. Bu, vacibdir. Neyləyək ki, bu bəla bütün dünyanı əhatə elədi. Qanun varsa, onu icra etmək lazımdır. Milli Məclis qərar qəbul edib ki, 200 manat cərimə olacaq. 200 manat böyük puldu axı, özü də indiki vəziyyətdə. Ondansa bir maska geyinin. Heç puldan da söhbət getmir, özünüzün, yaxınlarınızın can sağlığı üçün maska geyinin, sosial məsafəni saxlayın. Ümidvaram ki, belə hadisələr gələcəkdə olmayacaq”.




07 İyul 2020 Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb
07 İyul 2020 Masallıda karantin qaydalarını pozan çay evi aşkarlandı
07 İyul 2020 Polis Bakı küçələrini nəzarətə götürüb - FOTO
07 İyul 2020 İcazələrin verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
07 İyul 2020 Vilayət Eyvazovdan yeni təyinat
07 İyul 2020 Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu
06 İyul 2020 Avropada koronavirusun yeni dalğası başlayıb
06 İyul 2020 Ağsuda yas mərasimi yarımçıq dayandırıldı, iştirakçılar saxlandı - FOTO
06 İyul 2020 Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 8 nəfər vəfat etdi
06 İyul 2020 Kafe və restoranlarda müştərilərin sıxlığı belə olacaq - Yeni qərar
06 İyul 2020 Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı - RƏSMİ
06 İyul 2020 DTX-nin həbs etdiyi vəzifəli şəxs Safura Əlizadənin atasıdır - FOTO
06 İyul 2020 DTX-nin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatın VİDEOSU
06 İyul 2020 Məhkəmə "Fairmont Baku" hotelində jurnalistləri təhqir edən şəxs barədə QƏRAR VERDİ
06 İyul 2020 Şıxovdakı istirahət mərkəzində də əməliyyat keçirildi - FOTO
06 İyul 2020 Bakıda marketlərdə polis postları yaradıldı
06 İyul 2020 Hoteldə karantini pozan aparıcı Mələk Heydərova işdən çıxarıldı
06 İyul 2020 Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozuldu - VİDEO
06 İyul 2020 Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
04 İyul 2020 Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA