b_550_325_16777215_00_images_xeber_sekilleri_15may2020_852674_0000.jpg

COVİD-19 yeni növ koronavirus infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi yumşaldıldıqdan sonra paytaxtdakı mənzərə heç də ürəkaçan deyil. Bəzi karantin qaydalarının ləğvi vətəndaşların məsuliyyətsizliyini yenidən üzə çıxarıb. Bu da Operativ Qərargahın yoluxma ilə bağlı açıqladığı statistikada öz əksini açıq şəkildə büruzə verir. Yoluxanların sayının 3 rəqəmli statistikadan aşağı düşməməsini vətəndaşların sosial məsafə saxlamamaq və maskadana istifadə etməməkləri ilə əlaqələndirmək hazırkı duruma görə məntiqlidir. 

Hadisələrin belə cərəyan edəcəyi halda karantin qaydaları yenidən sərtləşdirilə bilərmi? Belə olacağı halda vətəndaşları hansı cərimələr gözləyir?

Bununla bağlı Milli.Az-a danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözlədiklərini bildirib:

"Operativ Qərargah hansı tədbirləri görsə biz onu icra edirik. Karantin rejiminə riayət olunmasına nəzarəti fasiləsiz olaraq bizim polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları ölkə ərazisində, o cümlədən paytaxtda həyata keçirir. Metrodan istifadə edən sərnişinlərdən mütləq qaydada maskadan istifadə etmək tələb olunur. Polis icraçıdır, biz hansı qərar qəbul olunsa onun icrasına nəzarət edirik".

Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə cəzaların sərtləşdiriləcəyini və yeni qaydaların olacağı xəbərini verib:

"Parklarda, bulvarda gəzmək sosial məsafə qaydalarına ciddi riayət etməklə olmalıdır. Tibbi maskanın taxılması qapalı sahələrdə məcburidir. Taxılmayacağı halda ciddi cərimələr tətbiq olunacaq. Açıq havada isə tövsiyə olunur. Vətəndaşlarımız öz sağlamlıqlarına riayət etsinlər. Xüsusilə hündürmərtəbəli yaşayış binalarında, biznes mərkəzlərində liftlərlə enərkən onlar infeksiyanın bu tip sahələrdə qala biləcəyi ehtimalını nəzərə almalıdırlar. Ancaq açıq havada da bankların qarşısında, hansısa bir digər məqsədlərlə növbələr olarsa, burada da məcburi olacaqdır, açıq hava olmasına baxmayaraq. Yəni maska taxılması qapalı sahələrdə və açıq sahələrdəki növbələrdə məcburi olacaqdır". 

Qeyd edək ki, mövcud vəziyyətdə xüsusi karantin rejimi mayın 31-nə kimi qüvvədədir. İyunun 1-dən bəzi qadağaların ləğvi gözlənilir.

 



08 Avqust 2020 "Haqsız cərimələrlə bağlı konkret fakt varsa, bunu araşdıra bilərik” - Prezidentin köməkçisi
07 Avqust 2020 "Bandotdel" Bakıda əməliyyat keçirdi - VİDEO
07 Avqust 2020 "Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır" - Siyavuş Novruzov
07 Avqust 2020 "Əhalinin sağlamlığı və sosial vəziyyəti İlham Əliyev üçün hər şeydən önəmlidir" - Ramin Əhmədov
06 Avqust 2020 “Biz başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur” - Video
06 Avqust 2020 Prezident dövlət şirkətlərini tənqid etdi
06 Avqust 2020 Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq
06 Avqust 2020 İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”
06 Avqust 2020 "Erkin Qədirlinin xəbəri yoxdur ki, məktəblərdə rüblər ləğv olunub" - Təhsil Eksperti
06 Avqust 2020 Prezident koronavirusla bağlı müşavirə keçirdi
06 Avqust 2020 Bakıda məşhur restoranda polis əməliyyatı - Qaçan müştəri belə tutuldu - VİDEO
06 Avqust 2020 Xüsusi karantində gizli nişan keçirdilər - FOTO
06 Avqust 2020 Azərbaycanda vəzifəli şəxsə ağır itki - FOTO
05 Avqust 2020 Bakıda bir milyon manatlıq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR
05 Avqust 2020 Prezident Dövlət Agentliyinə vəsait ayırdı
05 Avqust 2020 Rayonlara yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq
04 Avqust 2020 Beyrutdakı partlayışda ölənlərin sayı 30 nəfərə çatdı, minlərlə yaralı var
04 Avqust 2020 Prezident Bakıda qanunsuz zəbt olunan ərazinin satışının qarşısını alıb - VİDEO
04 Avqust 2020 Prezident yeni parkda görüləcək işlərlə tanış oldu - FOTO
04 Avqust 2020 İki vəzifəli şəxs məsuliyyətə cəlb olunub - RƏSMİ