b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15481817581948228894_1000x.jpg

“Biz ilk növbədə ona diqqət etməliyik ki, Dağlıq Qarabağ münaqişəsi necə həll olunmalıdır. Buna görə də tarixə baxmaq lazımdır”.  

Missiya.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada Münhen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən debatda deyib.  

Prezident bildirib ki, Qarabağ Azərbaycanın tarixi və əzəli torpağıdır. Ölkə başçısı qeyd edib ki, beynəlxalq aləmdə də Qarabağ Azərbaycanın torpağı kimi qəbul olunur.  

İlham Əliyev vurğulayıb ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ölkə başçısı tarixdən nümunələr gətirərək, Qarabağın Azərbaycan torpağı olmasını əsaslandırıb. 

“Bütün bunlar tarixi faktlardır”, - deyə Prezident əlavə edib.  

İlham Əliyev daha sonra Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb: 

“Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparıb”.  

Prezident BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsini də xatırladıb. 

Qeyd edək ki, debatın moderatoru Rusiya-Amerika Fondunun icraçı direktoru Selesta Vallanderdir. 


30 Noyabr 2020 Suqovuşan və Talışa çəkilən yollardan yeni - Fotolar
29 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərin kəndlərinin görüntüləri - VİDEO
28 Noyabr 2020 Füzulidə minaya düşən maşından geriyə qalan mənzərə - Foto
28 Noyabr 2020 “Qarabağa gedib Azərbaycana qarşı döyüşdük” - PKK-dan etiraf
28 Noyabr 2020 FRANCE-24 Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar
28 Noyabr 2020 DİN-dən işğaldan azad olunmuş ərazilərə gedənlərə - Xəbərdarlıq
28 Noyabr 2020 “Qarabağ”ın futbolçuları Ağdamda - Fotolar
28 Noyabr 2020 Azərbaycanda daha 4 212 nəfər koronavirusa yoluxub
27 Noyabr 2020 Ramin Əhmədovun erməni vandallığından bəhs edən məqaləsi ərəb mətbuatında
27 Noyabr 2020 Bakı polisinə yeni rəis təyin edildi
27 Noyabr 2020 Sabah hava yağışlı olacaq
27 Noyabr 2020 İcra başçısı ölməyib, vəziyyəti ağırdır - Xəstəxanadan açıqlama
26 Noyabr 2020 Rus hərbçilərin Şuşa yolunu minalardan təmizləmə - Videosu
26 Noyabr 2020 Daxili İşlər Nazirliyi əhaliyə çağırış etdi
26 Noyabr 2020 Türkiyə XİN Fransa Senatının qətnaməsini pisləyib
26 Noyabr 2020 Milli Məclisdə Fransa Senatına etiraz bəyanatı qəbul olunub
26 Noyabr 2020 Deputat: "Parisdəki səfirimizi geri çağırmalıyıq"
25 Noyabr 2020 İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü - VİDEO
25 Noyabr 2020 Rusiya Qarabağdakı sülhməramlılarının sayını artırdığını təkzib edib
25 Noyabr 2020 TƏBİB-in sözçüsü koronavirusa yoluxub