b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_84182051_612853436214028_9133780350500077.jpg
Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
 
Missiya.Az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
 
Prezidentin imzaladığı sərəncamda belə deyilir:
 
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
 
1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin;
 
1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
 
Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi pensiya artımı ilə bağlı açıqlama yayıb.
 
Açıqlamada deyilir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır. Bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir. Sərəncamla pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir. Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq. Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır".


19 Sentyabr 2020 SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19 Sentyabr 2020 "Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları var" - İlham Əliyev
19 Sentyabr 2020 Prezident köməkçisinin QHT-lərlə görüşünü təşkilat sədri belə dəyərləndirdi
19 Sentyabr 2020 DTX qalmaqallı "rus siyahısı" barədə açıqlama yaydı - Təxribatdır
19 Sentyabr 2020 Bill Qeytsdən koronavirusla bağlı daha bir AÇIQLAMA
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxıldı
18 Sentyabr 2020 Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb
16 Sentyabr 2020 Ölkəmdəki siyasi vəziyyətin TƏHLİLİ - Ceyhun Musaoğlu
16 Sentyabr 2020 Nizami rayonunda yüksək bal toplamış tələbələr mükafatlandırıldı - FOTOLAR
15 Sentyabr 2020 İlham Əliyev və Həsən Ruhani birgə videokonfrans keçirəcəklər
15 Sentyabr 2020 Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində birgə uçuşlar keçirir - VİDEO
15 Sentyabr 2020 Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 114 yeni yoluxma
15 Sentyabr 2020 İlham Əliyevdən Mayorovla bağlı SƏRƏNCAM
12 Sentyabr 2020 Prezidentin köməkçisi cəbhəboyu zonada olub - FOTO
11 Sentyabr 2020 “İstədilər ki, atama şər atım” – İşgəncə gördüyü iddia olunan azyaşlı qız – VİDEO
11 Sentyabr 2020 Azərbaycanda COVİD peyvəndi ilk olaraq bu şəxslərə vurulacaq - İşçi qrupunun rəhbəri açıqladı
11 Sentyabr 2020 İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
11 Sentyabr 2020 Ramiz Mehdiyevə qarşı bütün kartlar açılıbmı? – Akademikin təhlükəli oyunu - Halqa daralır…
10 Sentyabr 2020 DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
10 Sentyabr 2020 Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi