b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_2020-01-28-15-46-17GdefN2JuoohkWrA1FtXr_file.jpg
Bu gün Prezident İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
 
Missiya.Az xəbər verir ki, Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
 
Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
 
Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:
 
- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
 
- ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;
 
- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
 
- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;
 
- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
 
- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.
 
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.
 
O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
 
Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib. Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.
 
Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.
15 Fevral 2020 MSK bir şikayəti əsassız hesab etdi - RƏSMİ
14 Fevral 2020 Qənirə Paşayevadan spiker olacağı ilə bağlı xəbərlərə daha bir REAKSİYA
14 Fevral 2020 Dövlətə xəyanətdə ittiham olunan Fəxrəddin Abbasova ağır cəza
14 Fevral 2020 İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb - FOTO
13 Fevral 2020 MSK ATƏT/DTİHB-nin müraciətini təmin etdi
13 Fevral 2020 Hadi Rəcəblinin də dairəsinin nəticələri ləğv edildi
13 Fevral 2020 Hadi Rəcəblinin nəticələrinin ləğv olunması xəbərinə AÇIQLAMA
12 Fevral 2020 BŞİH mitinqlə bağlı qərar verdi
12 Fevral 2020 Yeni parlamentdəki dəyişikliklər rəqəmlərdə - TƏHLİL
11 Fevral 2020 Ərdoğan Azərbaycana gəlir
11 Fevral 2020 Prezident: "Bu seçkilərin Azərbaycanın gələcək inkişafında çox önəmli rolu olacaq"
10 Fevral 2020 Prezident Pirallahıda açılışda
10 Fevral 2020 Bu şəxslərin nəticələri ləğv oluna bilər - SİYAHI
09 Fevral 2020 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlandı
08 Fevral 2020 "Seçkilər İlham Əliyevin islahatlarının davamı olacaq" -Saakaşvili
07 Fevral 2020 Vladimir Jirinovski: “Rusiyadan yalnız Azərbaycan üz döndərməyəcək”
06 Fevral 2020 Prezident Çindən təxliyə olunan azərbaycanlılarla bağlı göstəriş verdi
06 Fevral 2020 İlham Əliyev: “Avropa Şurasında deqradasiya prosesi gedir”
05 Fevral 2020 Trampdan İrana mesaj: “Hansı yolu seçəcəklərini görəcəyik”
05 Fevral 2020 Mövlud Çavuşoğlu Azərbaycana gəlir