b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_icrabashchilari_5dca7f6c3f7c9.jpg

Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə Bakının Yasamal, Suraxanı və Xətai rayonlarına yeni icra başçıları təyin edilib.

Missiya.Az xəbər verir ki, Əziz Əzizov Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Rafiq Quliyev Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Bundan başqa, millət vəkili Elşən Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Missiya.Az icra başçılarının tərcümeyi-halını təqdim edir:

Elşad Eldar oğlu Həsənov 1976-cı il sentyabrın 27-də Bakı şəhərində müəllim ailəsində anadan olub. 1982-ci ildə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən, o vaxt A.S Puşkin adına olan, hazırda Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun adını daşıyan 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə həmin məktəbi qızıl medalla bitirib.

1992-ci ilin payızında ilk dəfə olaraq test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə görə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli məclisi 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.

Rafiq Çəpərxan oğlu Quliyev 17 yanvar 1974-cü ildə Ermənistanın Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək icra başçısının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır.

2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. M.Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisi vəzifəsini icra edən, 1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbəsinin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, 2006-2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Prezidentinin 2 fevral 2018-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

16 Dekabr 2019 Həbs edilən polkovnik azadlığa buraxıldı
16 Dekabr 2019 Bakıda yüksək vəzifəli məmur özünü öldürdü
16 Dekabr 2019 Polisə bu məlumatları verənlər pul alacaqlar
13 Dekabr 2019 Əhməd Davudoğlu yeni partiya qurdu - Hakimiyyətə gəlmə istəyir
13 Dekabr 2019 Zaur Baxşəliyev cinayət məsuliyyətinə cəlb edilə bilər
13 Dekabr 2019 Yanvarın 1-dən 50 AZN ödəməlisiz, əks halda 30 AZN cərimə ödəyəcəksiz
12 Dekabr 2019 Rəsmi Moskvadan Qarabağla bağlı açıqlama: “Əla nümunədir”
12 Dekabr 2019 İlham Əliyevdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım - FOTO
11 Dekabr 2019 Vilayət Eyvazov mayora yeni vəzifə verdi
11 Dekabr 2019 “YAP-ın namizədlər siyahısında yeni simalar olacaq” - Əli Əhmədov
11 Dekabr 2019 Bakıda dəhşətli qəza: "Kamaz" 2 tələbənin üzərindən keçdi - ANBAAN VİDEO
10 Dekabr 2019 Vilayət Eyvazovdan yeni - TƏYİNAT
10 Dekabr 2019 “ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
09 Dekabr 2019 Beşinci çağırış Milli Məclisin ən fəal deputatları - Adlar açıqlandı
09 Dekabr 2019 Rumıniyalı müğənni Azərbaycanda deputat olmaq istəyir
06 Dekabr 2019 Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ DETALLAR
05 Dekabr 2019 Azərbaycanda vəzifəli şəxsin əmlakına həbs qoyuldu
04 Dekabr 2019 Şəhid kapitanımızın övladı ilə ürək dağlayan son görüşü - VİDEO
03 Dekabr 2019 Prezidentin yüksək vəzifə verdiyi Daşqın İskəndərov kimdir? - DOSYE
02 Dekabr 2019 Nazirlər Kabinetinin yeni şöbələri - SİYAHI