b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75406475_1456960997776020_7019436829069803520_n.jpg
Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solisti Fəxri Kazım-Nicatın növbəti solo konserti keçiriləcək.

Missiya.Az xəbər verir ki, konsert noyabrın 12-də Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyasında təşkil olunacaq. 

Konsertə hazırlığın gedişatı ilə bağlı saytımıza açıqlama verən Fəxri Kazım-Nicat bildirib ki, konsert 12 noyabr Konstitusiya Gününə, eləcə də yaradıcılığının 15 illiyinə həsr olunub: “Bu mənim Gəncə şəhərində ilk solo konsertimdir. Hesabat konserti olduğunu deyə bilərəm. İlk musiqi təhsilimi Gəncə şəhərində almışam. Sonrakı mərhələdə konservatoriyanı, magistraturanı Bakıda oxumuşam. Hazırda Asəf Zeynallı adına musiqi məktəbində dərs deyirəm. Azərbaycan Dövlət Flarmoniyasının və Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin solistiyəm. Mən bu illər ərzində böyük bir məktəb, ifaçılıq yolu keçmişəm. İndi illər ərzində qazandığım təcrübəni doğma gəncəlilərlə də bölüşmək istəyirəm. Onların qarşısında çıxış etməkdən şərəf duyuram. Göstərmək istəyirəm ki, gəncəli olaraq bu şəhərdən çıxmışam, amma Gəncəni unutmamışam. Uğurlarımı Bakıya borclu olsam da, sənətimin təməl daşları məhz Gəncədə atılıb. Deyə bilərm ki, doğma şəhərimə əli dolu gedirəm. Gəncə Azərbaycan incəsənətinə, poeziyasına böyük töhfələr, dahi şəxsiyyətlərlər bəxş edib. Bu şəhərin dinləyiciləri qarşısında çıxış etmək, həm də böyük məsuliyyət tələb edir. Ümid edirəm ki, gəncəlilərə unudulmaz anlar bəxş etməyə müvəffəq olacağıq. Məşqlərimiz davam edir. Zəngin repertuar tərtib etmişik”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75649407_493009174624494_8854618213678317568_n.jpg

Konsert zamanı F.Kazım-Nicatı Gəncə Dövlət Flarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və kamera orkestri müşayət edəcək. Konsertin təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəısi və Gəcndə Dövlət Filarmoniyasıdır.

Qeyd edək ki, Fəxri Kazım-Nicatın bundan əvvəlki solo konserti bu il mayın 1-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib.

Missiya.Az


74979730_1270960646424026_8364251141680136192_n.jpgb_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_75241055_455400885090765_244696312761548800_n.jpg
b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_74563155_538601210016146_2095429950042537984_n.jpg




25 May 2020 İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - FOTO
25 May 2020 Koronavirusa görə karantinə alınan icra başçısı açıqlama verdi
25 May 2020 Bütün kənd nəzarətə götürüldü - Koronavirus yayılır
25 May 2020 XİN: Ermənistan rəhbərinin təbriki riyakarlığın ən yüksək səviyyəsidir
24 May 2020 “Şuşadakı “inaqurasiya” oyunu ermənilərin diqqətini böhrandan yayındırmaq və danışıqları pozmaq cəhdidir” – Deputat Aqil Məmmədov
24 May 2020 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
23 May 2020 Rüstəm Usubova ağır itki
23 May 2020 Bayram namazı ilə bağlı QMİ-dən AÇIQLAMA
23 May 2020 SON DƏQİQƏ! "Alov Qüllələri"nin ətrafındakı meşəlik yanır - VİDEO
22 May 2020 Prezident xalqı təbrik etdi
22 May 2020 İlham Əliyevdən yeni SƏRƏNCAM
21 May 2020 ATV-nin koronavirusa yoluxan əməkdaşları danışdı - VİDEO
20 May 2020 Azərbaycanlı zabit koronavirusdan dünyasını dəyişdi
20 May 2020 Ramazan bayramında rayonlara gediş-gəliş açılacaq? - RƏSMİ CAVAB
19 May 2020 Prezidentdən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ
19 May 2020 Prezidentdən yeni təyinat – SƏRƏNCAM
19 May 2020 Sosial yardımın təyin olunması ilə bağlı - YENİLİK
18 May 2020 Prezident FƏRMAN İMZALADI
18 May 2020 Baş prokurordan yeni TƏYİNATLAR
15 May 2020 İşsizlər üçün VACİB XƏBƏR - Təklif edilən işlər açıqlandı - SİYAHI