b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dgfhgj.jpg
2019-cu ilin 03 noyabr tarixində saat 04:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Biləsuvar kəndi yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 1 nəfər naməlum şəxsin döv­lət sərhədini pozaraq mühəndis çəpərinə yaxınlaşması mü­şa­hidə olunub.

DSX-nın mətbuat xidmətindən Missiya.Az-a verilən xəbərə görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti əra­zi tam qapadıl­ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La­kin sərhəd pozu­cu­su əmrə tabe olmayıb, üzərindəki çantanı ataraq İİR istiqamətində qaçmağa cəhd göstər­ib.

“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucusuna qarşı silah tətbiq olun­ub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerin­də və­fat edib. Zərərsizləşdirilmiş sərhəd pozucusuna və əraziyə baxış za­manı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 12 kq 340 qram olan müxtəlif növ nar­­­kotik vasitələr, 1 ədəd “Pietro Beretta” markalı tapança, 1 ədəd daraq, 8 ədəd patron aş­kar olunub.

Hadisə yerinin bilavasitə yaxınlığında sərhəd pozucusunu qarşı­layan göy rəngli “Niva” markalı 99-FC-999 dövlət nömrə nişanlı avto­mobildə Biləsuvar rayonunun sakini 1991-ci il təvəllüdlü Həsənov Elgün Həsənxan oğlu və Mingəçevir rayonunun sakini 1995-ci il təvəllüdlü Nəsirzadə Orxan Məhəmməd oğlu şübhəli şəxs qismində saxlanıl­ıblar. Araşdırma nəticəsində zərərsizləşdirilmiş sərhəd pozucusunun Cəlilabad rayonunun sakini 1994-cü il təvəllüdlü Əmirov Tural Əliəşrəf oğlu olması və oktyabr ayının 31-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsindən keçməklə İran İslam Respublikasına getməsi müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Lən­kəran Hərbi Prokurorluğunun əmək­daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə­rə­kət­ləri həyata keçirilir.

Dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

21 Noyabr 2019 Mehriban Əliyeva Dmitri Medvedevlə görüşüb
21 Noyabr 2019 “Yenə də meydanlarda sülənir, guya heç kim bilmir, bunun keçmişi nədir” – İlham Əliyev
21 Noyabr 2019 “Azərbaycan hakimiyyəti o günə qalmayıb ki, Atanı o tədbirə göndərsin” - Əli Həsənov
21 Noyabr 2019 Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib - FOTO
21 Noyabr 2019 “Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında əlaqələrin dinamik inkişafına xidmət edir” - Ramin Əhmədov
21 Noyabr 2019 Oqtay Gülalıyev yenə əməliyyat olundu - beyninə “trubka” qoyuldu
21 Noyabr 2019 Baş nazirdən ikili diplomla bağlı - QƏRAR
20 Noyabr 2019 Prezidentdən yaşlı qadına böyük jest - VİDEO
18 Noyabr 2019 Bakı limanında ölüm - Qadın qəfil dünyasını dəyişdi
16 Noyabr 2019 Azərbaycanda bu şəxslərə hər saat üçün 15 manat ödəniləcək - Baş nazirdən qərar
15 Noyabr 2019 Qaz sayğacları ilə bağlı MÜHÜM AÇIQLAMA
15 Noyabr 2019 Vilayət Eyvazov İnterpola rəis TƏYİN ETDİ
13 Noyabr 2019 Oqtay Əsədovdan deputatlara - XƏBƏRDARLIQ
12 Noyabr 2019 Prezidentdən 5 icra başçına xəbərdarlıq: "Əgər bunu etsəniz cəzanızı alacaqsınız"
12 Noyabr 2019 Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
11 Noyabr 2019 Ülvi Qılıncdan ŞOK sözlər: "Öləcəyim günü və necə öləcəyimi bilirəm" - VİDEO
11 Noyabr 2019 Qazaxda toy karvanında silahdan atəş açıldı - VİDEO
09 Noyabr 2019 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
09 Noyabr 2019 Mehriban Əliyevadan Bayraq Günü paylaşımı - VİDEO
09 Noyabr 2019 Azərbaycanda Dövlət Bayrağı günüdür