b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfgfhgjhj.jpg

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin mətbuatında gülüş hədəfinə çevrilib.


Missiya.Az xəbər verir ki, səfir A.Xudiyev Ukrayna tv-lərindən birinə verdiyi müsahibə zamanı biabırçı səhvlər buraxıb. Səfir Ukrayna ilə Azərbaycan arasında münasibətlərdən danışarkən əlaqələrin “hələ Kiyev Rus Dövləti zamanından” başlanğıc götürdüyünü və Azərbaycan məhsullarının Kiyev Rus Dövlətinə Volqa-Don kanalı vasitəsi ilə daşındığını deyib. Amma izah verməyib ki, həmin dövrdə olmayan bir kanal vasitəsi ilə mal daşımaq necə mümkün olub? Məsələ burasındadır ki, Kiyev Rus Dövləti eramızın 9-12-ci əsrlərində mövcud olub. Volqa-Don kanalı isə 1952-ci ildə tikilib. Görünür, səfirin tarixi bilikləri çox zəifdir.

Amma xətalar bununla bitmir. Azər Xudiyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrindən danışarkən də səhvə yol verib. Ukrayna mətbuatı yazır ki, səfir müsahibəsi zamanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə qəbul etdiyi qətnamələrin sayını qarışdırıb. Belə ki, A.Xudiyev BMT-nin 5 qətnaməsi olduğunu vurğulayıb. Halbuki qətnamələrin say 4-dür. Səfirin Azərbaycanla bağlı qəbul edilmiş strateji sənədlər barədə məlumatsız olması təəssüfləndirici haldır...

Bundan başqa, A.Xudiyev Azərbaycanda qaçqınların sayını da dəqiq deməyib. O, qaçqınların sayını 1 milyon 200 min kimi göstərib.

Nəhayət daha bir xəta səfirin Ukrayna ilə Azərbaycanın eyni şəkildə ərazi itkisi yaşamasından danışarkən qeydə alınıb. Onun ölkələrin ərazi bütövlüyünü problem kimi qeyd etməsi təəccüblə qarşılanıb: “Təəssüf ki, Ukrayna da ərazi bütövlüyü faciəsi ilə üzləşib”. İndi biz cənab səfirdən soruşuruq: Ölkələrin ərazi bütövlüyü nə vaxtdan problem hesab olunur? Problem, ərazi bütövlüyünün pozulmasıdır. Siz, Azərbaycanı təmsil edən bir diplomat kimi belə kobud səhvə yol verməməlisiz. Bir müsahibə ərzində buraxdığınız ciddi səhvlərə görə, Ukrayna mətbuatında gülüş hədəfinə çevrilmisiniz. Deməli, sizin timsalınızda təmsil etdiyiniz ölkəyə gülürlər...

Biz deyək, siz yadınızda saxlayın: Azərbaycandanla, yəni o zamankı Şirvanşahlar dövləti ilə Kiyev Rus Dövləti arasında ticari əlaqələr Bakı-Xarkov qatarı vasitəsi ilə həyata keçirilib.

Zarafat edirik cənab səfir, o vaxt dəmir yolları hələ çəkilməmişdi...
 


Missiya.Az
19 Noyabr 2019 Oqtay Gülalıyev İstanbuldakı Amerikan xəstəxanasına köçürülüb
19 Noyabr 2019 Əflatun Amaşov: "Erməni jurnalistlərin Azərbaycana səfəri ilə bağlı cəmiyyətdə müəyyən diskussiyalar gedir"
19 Noyabr 2019 İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib - FOTO
19 Noyabr 2019 Baş nazir tanınmış jurnalisti işdən çıxardı
19 Noyabr 2019 Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü - VİDEO
19 Noyabr 2019 Tbilisidə mitinq belə dağıdıldı - FOTO
18 Noyabr 2019 Baş nazir xəstəxanalarla bağlı sərəncam imzalayıb
18 Noyabr 2019 Məşhur türk iş adamı Azərbaycanı Dirçəliş Günü münasibəti ilə təbrik etdi - FOTO
16 Noyabr 2019 Döyüldüyünü iddia edən Güləli Fərziyevlə bağlı rəsmi açıqlama - "Qanunazidd tələblər irəli sürür"
16 Noyabr 2019 İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında - FOTO
16 Noyabr 2019 Prezident: Savadsız bir demaqoq müdafiə naziri, xırda alverlə məşğul olan biri baş nazir olmuşdu
15 Noyabr 2019 Prezidentdən Bilal Əliyevin yubileyinə hədiyyə: 3 otaqlı ev
15 Noyabr 2019 APA 15 illik yubleyini qeyd edir
15 Noyabr 2019 “Fədayəyə oxumağı mən öyrətmişəm, bacısı nə danışdığını bilmir" - Tacir - VİDEO
15 Noyabr 2019 Polislər uşaqları yanmaqdan belə xilas etdi - TƏSİRLİ FOTOLAR
15 Noyabr 2019 Şeyx dünənki ziyafətə oğlu və nəvəsi də qatılıb - FOTO
14 Noyabr 2019 Siyasi mühacir kələfində “alman düyünü” - Jalə Mütəllimovanın yazısı
14 Noyabr 2019 Gəncənin klassika heyranlığının FƏXRİ zirvəsi - REPORTAJ (FOTOLAR)
14 Noyabr 2019 Prezident: Qarabağ Azərbaycanın tərkibində qalmalıdır
14 Noyabr 2019 "Söyüş müxalifəti"nin təmsilçisi Fransada həbs olundu - Deportasiya ediləcək